Cümə, 30 Oktyabr 2026 06:15:04 ☀ Bakı · 25°C
REKLAM YERİBanner üçün sahəReklam yerləşdirmək üçün redaksiya ilə əlaqə saxlayın
30 Oktyabr 2026
SON XƏBƏRLƏR
Ceyranbatanda zəhərləndiyi deyilən şagirdlərdə rotavirus aşkarlandı29.10.2026 21:00 Vaşinqtonda “Qlobal körpülər – Azərbaycanı kəşf edək” adlı mədəni-maarifləndirici tədbir keçirilib (FOTO)29.10.2026 18:00 Azərbaycanla sülhü 400 il və daha çox müddətə təmin etməliyik – Paşinyan29.10.2026 15:00 Azərbaycan XİN Türkiyəni təbrik etdi (FOTO)29.10.2026 12:00 Nömrəsini və telefonunu kirayə verənlər cərimələnəcək29.10.2026 09:00 Azərbaycanla NATO hərbi əməkdaşlığın inkişafını müzakirə edib (FOTO/VİDEO)28.10.2026 21:00 Pulsuz hüquqi yardım göstərməyən vəkillər cərimələnəcək28.10.2026 18:00 İran Azərbaycan əsilli rejissora 5 il həbs cəzası verdi28.10.2026 15:00 Mədəniyyətlərarası dialoq – ortaq gələcəyə aparan yol28.10.2026 12:00 Qaradağ rayonunda sel nəticəsində dağılmış körpünün yerində yenisi inşa edilib28.10.2026 09:00 Ramiz Mehdiyev 14 il müddətinə azadlıqdan məhrum edilib27.10.2026 21:00 Məhkəmələrdən mediaya məlumat verəcək şəxs seçildi27.10.2026 18:00 Ceyranbatanda zəhərləndiyi deyilən şagirdlərdə rotavirus aşkarlandı29.10.2026 21:00 Vaşinqtonda “Qlobal körpülər – Azərbaycanı kəşf edək” adlı mədəni-maarifləndirici tədbir keçirilib (FOTO)29.10.2026 18:00 Azərbaycanla sülhü 400 il və daha çox müddətə təmin etməliyik – Paşinyan29.10.2026 15:00 Azərbaycan XİN Türkiyəni təbrik etdi (FOTO)29.10.2026 12:00 Nömrəsini və telefonunu kirayə verənlər cərimələnəcək29.10.2026 09:00 Azərbaycanla NATO hərbi əməkdaşlığın inkişafını müzakirə edib (FOTO/VİDEO)28.10.2026 21:00 Pulsuz hüquqi yardım göstərməyən vəkillər cərimələnəcək28.10.2026 18:00 İran Azərbaycan əsilli rejissora 5 il həbs cəzası verdi28.10.2026 15:00 Mədəniyyətlərarası dialoq – ortaq gələcəyə aparan yol28.10.2026 12:00 Qaradağ rayonunda sel nəticəsində dağılmış körpünün yerində yenisi inşa edilib28.10.2026 09:00 Ramiz Mehdiyev 14 il müddətinə azadlıqdan məhrum edilib27.10.2026 21:00 Məhkəmələrdən mediaya məlumat verəcək şəxs seçildi27.10.2026 18:00
Xəbər xətti

Qardaş Pakistanla münasibətlərimizdə yeni üfüqlər açılacaqdır

25.02.2025 17:08 · 1 baxış · rubinroot
REKLAM YERİBanner üçün sahəReklam yerləşdirmək üçün redaksiya ilə əlaqə saxlayın

Azərbaycan Respublikasını Pakistanla qırılmaz şəkildə bağlayan uzun tarixi keçmişə söykənən tarixi, mədəni və etnik bağlar var. Xüsusilə də, Səfəvilər və Əfşarlar sülaləsinin hakimiyyəti dövründə Azərbaycanın bu bölgə ilə çox yaxın siyasi, iqtisadi və mədəni əlaqələri mövcud olmuşdur. Yüz illər öncə mövcud olan Səfəvi-Moğol və Əfşar-Moğol münasibətləri Azərbaycan – Pakistan əlaqələrinin əsasını və təməllərini təşkil edən vacib amillərdəndir.

Məhz Pakistan İslam Respublikası Azərbaycan Respublikasının dövlət müstəqilliyini 12 dekabr 1991-ci ildə tanıyaraq bu addımı atan  ilk dövlətlər sırasına düşmüşdür. Azərbaycan Respublikası ilə Pakistan arasında mövcud olan dostluq və qardaşlıq münasibətləri hər iki dövlətin və xalqlarının çoxistiqamətli mənafelərini ifadə etməkdədir. Hər iki dövlət arasında mövcud olan yüksək səviyyəli siyasi münasibətlər xalqlar arasındakı inteqrasiyanın da güclənməsi zərurətini ortaya qoymaqdadır. Həmçinin hər iki dövlətin elm və təhsil sahəsindəki əməkdaşlıq imkanlarının reallaşması da inteqrasiya prosesinə təkan verən amillər sırasındadır.

Ulu Öndərin siyasi kursunun uğurla davam etdirən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Pakistanla münasibətlərin inkişaf etdirilməsinə daim diqqətlə yanaşır. Qeyd edək ki, Cənubi Asiya dövlətləri sırasında Azərbaycanın ən sıx əlaqələri yaranmış və qarşılıqlı münasibətləri strateji tərəfdaşlıq səviyyəsinə yüksəlmiş ölkə Pakistandır. Pakistan İslam Respublikası Cənubi Asiyanın, İslam Şərqinin və İslam Əməkdaşlıq Təşkilatının ən fəal, nüfuzlu və hərbi-siyasi baxımdan güclü dövlətlərindən biridir. ABŞ ilə strateji tərəfdaşlıq münasibətlərinə malik olan bu ölkə həm də dünya siyasətində önəmli rol oynamaqdadır. Pakistan dünyada kütləvi qırğın silahına və raket texnologiyasına malik olan yeganə müsəlman dövlətidir. Bu dövlətlə qardaşlıq əlaqələrinin genişlənməsi siyasətini həyata keçirən cənab İlham Əliyevin siyasəti nəticəsində Pakistanla  müxtəlif sahələr üzrə əməkdaşlıq əlaqələrinin qurulması və inkişaf etdirilməsi ölkəmizin beynəlxalq müstəvidə nüfuzunu artırır. İndi regionda söz sahibi olan ölkəmizə Türkiyə qədər Pakistan da dəstək verir.

Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şərifin fevralın 23-də ölkəmizə növbəti rəsmi səfəri də bu proseslərin yüksək səviyyədə davam etməsinin təzahürüdür. Yüksək səviyyəli görüşdən sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şərif fevralın 24-də mətbuata bəyanatlarla çıxış ediblər.

Ölkəmizin başçısı ali qonağın ölkəmizə səfərindən məmnunluğunu ifadə edərək bildirmişdir: “Sizi görmək və söhbət etmək imkanı böyük şərəf və iftixar hissi oyadır. Çox şadam ki, dövri təmaslarımız iki qardaş ölkə arasında daha sıx tərəfdaşlıq münasibətlərinə zəmin yaratdı.” “Bütövlükdə bu dinamika, əslində, ölkələrimiz arasında sıx münasibətləri əks etdirir. Bu gün biz ikitərəfli gündəliyə aid çox mühüm məsələləri müzakirə etdik və ölkələrimiz arasında sıx tərəfdaşlığın vacibliyini bir daha qeyd etdik, ölkələrimiz, xalqlarımız və təmsil etdiyimiz regionlar üçün əməkdaşlığımızın strateji əhəmiyyətini bir daha vurğuladıq.”

Cənab Prezident İlham Əliyev qeyd edib ki, “İki qardaş ölkə olaraq biz beynəlxalq münasibətlərin bütün məsələlərində bir-birimizə dəstəyi davam etdirəcəyik. Biz ölkələrimizin suverenliyi və ərazi bütövlüyü məsələsində bir-birimizə qarşılıqlı surətdə dəstək veririk, beynəlxalq təsisatlarda fəal əməkdaşlıq edirik və iştirak etdiyimiz bütün beynəlxalq təşkilatlarda daim bir-birimizi dəstəkləyirik.”

Müdafiə sənayesi sahəsində əməkdaşlıqdan məmnunluğunu bildirən cənab Prezident deyib: “Azərbaycan Pakistandan müdafiə sənayesinin istehsal etdiyi avadanlığı artıq alıb və onun keyfiyyətindən çox razıyıq və birmənalı olaraq, bu işi davam etdirəcəyik. Eyni zamanda, müdafiə sənayesi məhsullarının birgə istehsalı imkanlarını müzakirə etdik və bu, əməkdaşlığımızın digər mühüm sektoru olacaq. Bilirik ki, Pakistanın çox inkişaf etmiş müdafiə sənayesi var. Azərbaycan da öz potensialını inkişaf etdirir. Müdafiə sənayesinin məhsullarını artıq 30-dan çox ölkəyə ixrac edirik. Düşünürəm ki, birgə istehsal ilə təchizatımız – ixracyönümlü təchizatımız daha da artacaq.”

“Pakistan bizim üçün ən yaxın dost və qardaşlardan biridir” fikrini xüsusi olaraq vurğulayan cənab İlham Əliyev bundan sonra da bu qardaş ölkə ilə əlaqələrin inkişaf etdiriləcəyini, əməkdaşlığın dərinləşəcəyini bildirmiş, ali qonağın  iki dost, qardaş ölkə arasında münasibətlərin inkişafında  rolunu alqışlamışdır.

Göründüyü kimi, Azərbaycan ona dost, qardaş ölkə ilə münasibətlərin inkişafında maraqlıdır. Bu cənab Prezident İlham Əliyevin siyasi kursudur. Xalqımız da bu kursu dəstəkləyir. Bizə dost əli uzadanlara, qardaş deyənlərə qardaşlıq münasibətimz davam edəcək, Pakistanla münasibətlərimizdə yeni üfüqlər açılacaqdır.

 

Arzu Miriyev

Suraxanı rayonu, Q.Qəhrəmanov adına 65 nömrəli tam orta məktəbin direktoru

 

↑