Cümə, 30 Oktyabr 2026 05:25:25 ☀ Bakı · 25°C
REKLAM YERİBanner üçün sahəReklam yerləşdirmək üçün redaksiya ilə əlaqə saxlayın
30 Oktyabr 2026
SON XƏBƏRLƏR
Ceyranbatanda zəhərləndiyi deyilən şagirdlərdə rotavirus aşkarlandı29.10.2026 21:00 Vaşinqtonda “Qlobal körpülər – Azərbaycanı kəşf edək” adlı mədəni-maarifləndirici tədbir keçirilib (FOTO)29.10.2026 18:00 Azərbaycanla sülhü 400 il və daha çox müddətə təmin etməliyik – Paşinyan29.10.2026 15:00 Azərbaycan XİN Türkiyəni təbrik etdi (FOTO)29.10.2026 12:00 Nömrəsini və telefonunu kirayə verənlər cərimələnəcək29.10.2026 09:00 Azərbaycanla NATO hərbi əməkdaşlığın inkişafını müzakirə edib (FOTO/VİDEO)28.10.2026 21:00 Pulsuz hüquqi yardım göstərməyən vəkillər cərimələnəcək28.10.2026 18:00 İran Azərbaycan əsilli rejissora 5 il həbs cəzası verdi28.10.2026 15:00 Mədəniyyətlərarası dialoq – ortaq gələcəyə aparan yol28.10.2026 12:00 Qaradağ rayonunda sel nəticəsində dağılmış körpünün yerində yenisi inşa edilib28.10.2026 09:00 Ramiz Mehdiyev 14 il müddətinə azadlıqdan məhrum edilib27.10.2026 21:00 Məhkəmələrdən mediaya məlumat verəcək şəxs seçildi27.10.2026 18:00 Ceyranbatanda zəhərləndiyi deyilən şagirdlərdə rotavirus aşkarlandı29.10.2026 21:00 Vaşinqtonda “Qlobal körpülər – Azərbaycanı kəşf edək” adlı mədəni-maarifləndirici tədbir keçirilib (FOTO)29.10.2026 18:00 Azərbaycanla sülhü 400 il və daha çox müddətə təmin etməliyik – Paşinyan29.10.2026 15:00 Azərbaycan XİN Türkiyəni təbrik etdi (FOTO)29.10.2026 12:00 Nömrəsini və telefonunu kirayə verənlər cərimələnəcək29.10.2026 09:00 Azərbaycanla NATO hərbi əməkdaşlığın inkişafını müzakirə edib (FOTO/VİDEO)28.10.2026 21:00 Pulsuz hüquqi yardım göstərməyən vəkillər cərimələnəcək28.10.2026 18:00 İran Azərbaycan əsilli rejissora 5 il həbs cəzası verdi28.10.2026 15:00 Mədəniyyətlərarası dialoq – ortaq gələcəyə aparan yol28.10.2026 12:00 Qaradağ rayonunda sel nəticəsində dağılmış körpünün yerində yenisi inşa edilib28.10.2026 09:00 Ramiz Mehdiyev 14 il müddətinə azadlıqdan məhrum edilib27.10.2026 21:00 Məhkəmələrdən mediaya məlumat verəcək şəxs seçildi27.10.2026 18:00
Xəbər xətti

Xocalı soyqırımı

24.02.2025 16:33 · 1 baxış · rubinroot
REKLAM YERİBanner üçün sahəReklam yerləşdirmək üçün redaksiya ilə əlaqə saxlayın

1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni silahlı dəstələri 366-cı motoatıcı alayın zirehli texnikası və hərbi heyətinin köməyi ilə Xocalı şəhərini zəbt etdilər. Erməni silahlı dəstələrinin  Xocalıya hücumunun əsas məqsədlərindən biri şəhərin coğrafi mövqeyinə görə idi. Qarabağdakı yeganə hava limanı Xocalıda idi.

1992-ci il fevral ayının 25-dən 26-na  keçən gecə Ermənistan hərbi birləşmələri Xocalı şəhərində qətliam törətdilər. Xocalı soyqırımı zamanı 106 qadın, 63 uşaq və 70 nəfər yaşlı insan olmaqla 613 nəfər vəhşicəsinə qətlə yetirildi. 1275 nəfər əsir götürüldü, 150 nəfərin taleyi isə bu günədək naməlum qalıb. Şəhər yerlə yeksan edildi, 8 ailə tamamilə məhv edildi.

Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə 1994-cü il fevralın 24-də Milli Məclis Xocalı soyqırımı günü haqqında qərar qəbul etmişdir. Bu faciəni xalqımızın böyük dərdi, kədəri adlandırmış Ümimilli Lider Heydər Əliyev, eyni zamanda, xalqımızın əsirlər boyu keçdiyi mübarizəni milli azadlıq yolunu şanlı, uğurlu yol kimi dəyərləndirmişdir. Ulu Öndər Heydər Əliyevin 25 fevral 1997 ci il tarixli sərəncamı ilə Xocalı soyqırımı qurbanlarının xatirəsini yad etmək məqsədi ilə hər il fevral ayının 26- sı saat 17-00 da Azərbaycan Respubilikası ərazisində Xocalı soyqırımı qurbanlarının xatirəsinə ehtiram əlaməti olaraq sükut dəqiqəsi elan  edilmişdir.

Beynəlxalq arenada  ‘’Xocalıya ədalət ’’ kompaniyası 2008-ci ildə irəli sürülüb. 2009-cu ilin fevral ayında bu kampaniya beynəlxalq müstəviyə çıxarılıb.

Xocalı şəhərində törədilmiş cinayətin xarakteri və miqyası bu soyqırım aktının BMT Baş məclisinin 1948-ci il 9 Dekabr tarixli 260 (ııı) sayılı qətnaməsi ilə qəbul edilmiş  ‘’Soyqırımı cinayətinin qarşısının alınması və ona görə cəzalar’’ haqqında konvensiya ilə müəyyən edilmişdir. 2020 ci il sentyabrın 27-də ölkə başçısı Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Şanlı Vətən Müharibəsində Azərbaycan ordusunun sayəsində torpaqlarımız işğaldan qurtuldu. 19 sentyabr 2023 – cü ildə aparılan lokal xarakterli antiterror əməliyyatları nəticəsində isə Xocalı işğaldan azad olundu.

Ölkəmizin başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyev oktyabrın 15-də Xocalı şəhərində üçrəngli bayrağımızı ucaltdı.

 

Günel Məhərrəmova

 Suraxanı rayonu, 315 nömrəli tam orta məktəbin təlim-tərbiyə işləri üzrə direktor müavini                 

 

↑