Cümə, 30 Oktyabr 2026 05:26:13 ☀ Bakı · 25°C
REKLAM YERİBanner üçün sahəReklam yerləşdirmək üçün redaksiya ilə əlaqə saxlayın
30 Oktyabr 2026
SON XƏBƏRLƏR
Ceyranbatanda zəhərləndiyi deyilən şagirdlərdə rotavirus aşkarlandı29.10.2026 21:00 Vaşinqtonda “Qlobal körpülər – Azərbaycanı kəşf edək” adlı mədəni-maarifləndirici tədbir keçirilib (FOTO)29.10.2026 18:00 Azərbaycanla sülhü 400 il və daha çox müddətə təmin etməliyik – Paşinyan29.10.2026 15:00 Azərbaycan XİN Türkiyəni təbrik etdi (FOTO)29.10.2026 12:00 Nömrəsini və telefonunu kirayə verənlər cərimələnəcək29.10.2026 09:00 Azərbaycanla NATO hərbi əməkdaşlığın inkişafını müzakirə edib (FOTO/VİDEO)28.10.2026 21:00 Pulsuz hüquqi yardım göstərməyən vəkillər cərimələnəcək28.10.2026 18:00 İran Azərbaycan əsilli rejissora 5 il həbs cəzası verdi28.10.2026 15:00 Mədəniyyətlərarası dialoq – ortaq gələcəyə aparan yol28.10.2026 12:00 Qaradağ rayonunda sel nəticəsində dağılmış körpünün yerində yenisi inşa edilib28.10.2026 09:00 Ramiz Mehdiyev 14 il müddətinə azadlıqdan məhrum edilib27.10.2026 21:00 Məhkəmələrdən mediaya məlumat verəcək şəxs seçildi27.10.2026 18:00 Ceyranbatanda zəhərləndiyi deyilən şagirdlərdə rotavirus aşkarlandı29.10.2026 21:00 Vaşinqtonda “Qlobal körpülər – Azərbaycanı kəşf edək” adlı mədəni-maarifləndirici tədbir keçirilib (FOTO)29.10.2026 18:00 Azərbaycanla sülhü 400 il və daha çox müddətə təmin etməliyik – Paşinyan29.10.2026 15:00 Azərbaycan XİN Türkiyəni təbrik etdi (FOTO)29.10.2026 12:00 Nömrəsini və telefonunu kirayə verənlər cərimələnəcək29.10.2026 09:00 Azərbaycanla NATO hərbi əməkdaşlığın inkişafını müzakirə edib (FOTO/VİDEO)28.10.2026 21:00 Pulsuz hüquqi yardım göstərməyən vəkillər cərimələnəcək28.10.2026 18:00 İran Azərbaycan əsilli rejissora 5 il həbs cəzası verdi28.10.2026 15:00 Mədəniyyətlərarası dialoq – ortaq gələcəyə aparan yol28.10.2026 12:00 Qaradağ rayonunda sel nəticəsində dağılmış körpünün yerində yenisi inşa edilib28.10.2026 09:00 Ramiz Mehdiyev 14 il müddətinə azadlıqdan məhrum edilib27.10.2026 21:00 Məhkəmələrdən mediaya məlumat verəcək şəxs seçildi27.10.2026 18:00
Xəbər xətti

Xocalıya ədalət təkcə Azərbaycanın yox bütün bəşəriyyətin borcudur

24.02.2025 16:31 · 1 baxış · rubinroot
REKLAM YERİBanner üçün sahəReklam yerləşdirmək üçün redaksiya ilə əlaqə saxlayın

Bəzən tarix qara hərflərlə yazılır. Bəzən insanlıq unudulur, bəşəriyyətin mənəvi sərhədləri aşılır və vicdanlar susur. 1992-ci il fevralın 26-na keçən gecə Xocalıda baş verənlər, yalnız bir xalqın yox, bütün insanlığın yaddaşına həkk olunmuş bir faciədir.

Həmin gecə Xocalı, yalnız alova bürünən evlərin deyil, dağılan talelərin, puç olan ümidlərin şəhərinə çevrildi. O qış gecəsində qarın üstünə yalnız qanın qızılı rəngi düşdü. Qoca, qadın, uşaq demədən qətlə yetirilən 613 nəfərin hər biri bir ömrün, bir hekayənin, bir sevdanın sonu oldu. Körpə gözlər qorxunun, soyuğun və ölümün içində dondu. 63 uşaq, 106 qadın, 70 nəfər yaşlı insan bu dəhşətin qurbanı oldu. 8 ailə tamamilə məhv edildi, yüzlərlə insanın həyatı bir anın içində kabusa döndü.

Xocalı təkcə bir şəhər deyildi, o, insanların doğulduğu, xatirələrinin toxunduğu, gələcəyə ümidlə baxdığı bir məkan idi. O gecə isə Xocalı nəfəssiz qaldı. Sükut çökdü, çünki o sükutun içində yalnız qırılan həyatların çığırtısı eşidildi. Ermənistan silahlı qüvvələri keçmiş Sovet ordusunun 366-cı motoatıcı alayının dəstəyi ilə Xocalıya hücum etdi. Günahsız insanlar qarlı meşələrdə qaçaraq xilas olmağa çalışsalar da, ölüm onları hər yerdə izləyirdi. Kimi gülləyə tuş gəldi, kimi şaxtada dondu, kimi isə əsir götürülərək naməlum taleyə sürükləndi.

Bu qətliam yalnız Xocalının yox, bütün Azərbaycanın ürəyində dərin yara açdı. 3200 fərdi yaşayış evi, məktəblər, kitabxanalar, mədəniyyət ocaqları yerlə-yeksan edildi. Tarix, mədəniyyət, insanlıq ayaqlar altına atıldı.

Amma Xocalı unudulmadı! Bu faciə dünyanın yaddaşına həkk olundu, zaman keçdikcə daha çox ölkə bu dəhşəti soyqırımı kimi tanıdı. Bosniya və Herseqovina, Kolumbiya, Meksika, Pakistan, Sudan, İndoneziya və ABŞ-ın 20-dən çox ştatı Xocalıya siyasi qiymət verdi. 2008-ci ildə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın başladığı “Xocalıya Ədalət” kampaniyası bu haqq səsini dünyaya çatdırmaq üçün mühüm addımlar atdı.

İllər keçdi, amma Xocalı dərdi bitmədi. Nəhayət, 2020-ci ildə Vətən müharibəsi ilə 30 illik əsarət sona çatdı. 2023-cü ilin sentyabrında Azərbaycan Ordusu Xocalını işğaldan azad etdi və 15 oktyabrda Prezident İlham Əliyev Xocalıda üçrəngli bayrağımızı ucaltdı. Şəhərin yenidən qurulması, Xocalı Soyqırımı Memorialının təməlinin qoyulması isə bu faciənin unudulmayacağını sübut etdi.

Hər il fevralın 26-da milyonlarla insan “Ana harayı” abidəsinin önündə baş əyir, göz yaşları ilə o gecəni xatırlayır. Bu faciəni unutmaq yalnız qurbanlara deyil, insanlığın özünə də xəyanət olardı. Xocalıya ədalət təkcə Azərbaycanın yox, bütün bəşəriyyətin borcudur!

 

Xatun İsmayılova

 Suraxanı rayonu, 290 nömrəli tam orta məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi

↑