Cümə, 30 Oktyabr 2026 05:26:27 ☀ Bakı · 25°C
REKLAM YERİBanner üçün sahəReklam yerləşdirmək üçün redaksiya ilə əlaqə saxlayın
30 Oktyabr 2026
SON XƏBƏRLƏR
Ceyranbatanda zəhərləndiyi deyilən şagirdlərdə rotavirus aşkarlandı29.10.2026 21:00 Vaşinqtonda “Qlobal körpülər – Azərbaycanı kəşf edək” adlı mədəni-maarifləndirici tədbir keçirilib (FOTO)29.10.2026 18:00 Azərbaycanla sülhü 400 il və daha çox müddətə təmin etməliyik – Paşinyan29.10.2026 15:00 Azərbaycan XİN Türkiyəni təbrik etdi (FOTO)29.10.2026 12:00 Nömrəsini və telefonunu kirayə verənlər cərimələnəcək29.10.2026 09:00 Azərbaycanla NATO hərbi əməkdaşlığın inkişafını müzakirə edib (FOTO/VİDEO)28.10.2026 21:00 Pulsuz hüquqi yardım göstərməyən vəkillər cərimələnəcək28.10.2026 18:00 İran Azərbaycan əsilli rejissora 5 il həbs cəzası verdi28.10.2026 15:00 Mədəniyyətlərarası dialoq – ortaq gələcəyə aparan yol28.10.2026 12:00 Qaradağ rayonunda sel nəticəsində dağılmış körpünün yerində yenisi inşa edilib28.10.2026 09:00 Ramiz Mehdiyev 14 il müddətinə azadlıqdan məhrum edilib27.10.2026 21:00 Məhkəmələrdən mediaya məlumat verəcək şəxs seçildi27.10.2026 18:00 Ceyranbatanda zəhərləndiyi deyilən şagirdlərdə rotavirus aşkarlandı29.10.2026 21:00 Vaşinqtonda “Qlobal körpülər – Azərbaycanı kəşf edək” adlı mədəni-maarifləndirici tədbir keçirilib (FOTO)29.10.2026 18:00 Azərbaycanla sülhü 400 il və daha çox müddətə təmin etməliyik – Paşinyan29.10.2026 15:00 Azərbaycan XİN Türkiyəni təbrik etdi (FOTO)29.10.2026 12:00 Nömrəsini və telefonunu kirayə verənlər cərimələnəcək29.10.2026 09:00 Azərbaycanla NATO hərbi əməkdaşlığın inkişafını müzakirə edib (FOTO/VİDEO)28.10.2026 21:00 Pulsuz hüquqi yardım göstərməyən vəkillər cərimələnəcək28.10.2026 18:00 İran Azərbaycan əsilli rejissora 5 il həbs cəzası verdi28.10.2026 15:00 Mədəniyyətlərarası dialoq – ortaq gələcəyə aparan yol28.10.2026 12:00 Qaradağ rayonunda sel nəticəsində dağılmış körpünün yerində yenisi inşa edilib28.10.2026 09:00 Ramiz Mehdiyev 14 il müddətinə azadlıqdan məhrum edilib27.10.2026 21:00 Məhkəmələrdən mediaya məlumat verəcək şəxs seçildi27.10.2026 18:00
Xəbər xətti

Azərbaycan bütün dövlətlərlə bərabərhüquqlu münasibətlərin qurulmasında maraqlıdır

14.02.2025 17:42 · 2 baxış · rubinroot
REKLAM YERİBanner üçün sahəReklam yerləşdirmək üçün redaksiya ilə əlaqə saxlayın

Xarici siyasət hər bir dövlətin, o cümlədən müstəqillik yolu ilə inamla irəliləyən Azərbaycan Respublikasının siyasi iradəsinin göstəricisi olmaqla yanaşı, onun beynəlxalq münasibətlər sistemində mövqelərinin müəyyən edilməsini və möhkəmlənməsini, iqtisadi, siyasi və humanitar sahələrdə qarşılıqlı faydalı əməkdaşlığın qurulmasını və inkişafını, milli təhlükəsizlik sahəsində mənafelərinin ödənilməsini, regional və beynəlxalq problemlərin birgə səylərlə aradan qaldırılmasını nəzərdə tutur. Bu gün dünya xəritəsində olan heç də hər bir dövlət Azərbaycan kimi müstəqil xarici siyasət yürütmək iqtidarında deyil. Cənab İlham Əliyevin yürütdüyü xarici siyasət Azərbaycanı dünyada, ilk növbədə, etibarlı və strateji tərəfdaşa çevirib. Məhz bu siyasətin nəticəsidir ki, bu gün Azərbaycan beynəlxalq təşkilatlarda söz sahibi kimi qəbul edilir.

Azərbaycan bütün dövlətlərlə bərabərhüquqlu münasibətlərin qurulmasında maraqlıdır. Prezident İlham Əliyevin müəyyən etdiyi siyasətin prioritet istiqaməti ikitərəfli münasibətlər formatıdır. İkitərəfli münasibətlər yaxşı olanda çoxtərəfli münasibətlər inkişaf edir. Somali Federativ Respublikası ilə münasibətlərin inkişafı ilk növbədə Azərbaycanın milli maraqları kontekstində maraqlıdır. Azərbaycan ilə Somali arasında diplomatik əlaqələr 2004-cü il mart ayının 22-dən qurulmuşdur. Diplomatik münasibətlərin 21 illik tarixi var.

Diplomatik münasibətlərin dahada gücləndirilməsi məqsədi ilə fevralın 12-də Somali Federativ Respublikasının prezidenti Hasan Şeyx Mahmudun Azərbaycan Respublikasında rəsmi səfərdə olub. Azərbaycan və Somali arasında iqtisadi əməkdaşlıq yeni formalaşır və böyük potensiala malikdir. Rəsmi səfər ilə  ölkələrimiz dostluq və əməkdaşlıq münasibətlərinin mühüm mərhələsinə qədəm qoyur. Bunu imzalanmış sənədlər də təsdiq edir. Azərbaycanla Somali arasında imzalanmış sənədlərin Azərbaycan Prezidenti İlham Əliyevin və Somali Prezidenti Hasan Şeyx Mahmudun iştirakı ilə mübadiləsi mərasimi olub. Bakıda imzalanmış sazişlərə əsasən, iki ölkə arasında ticarət dövriyyəsinin artırılması və qarşılıqlı sərmayələrin təşviqi planlaşdırılır.

Azərbaycanın Dövlət Neft Şirkəti (SOCAR) və digər strateji şirkətləri Somali bazarında fəaliyyət göstərə bilər, eyni zamanda Somali məhsullarının Azərbaycan bazarına çıxışı üçün imkanlar yaradılır.Ticarət əlaqələrinin gücləndirilməsi üçün aşağıdakı addımlar atıla bilər: ticarət və investisiya forumlarının təşkili, güzəştli ticarət sazişlərinin imzalanması, gəmiçilik və liman logistikası sahəsində əməkdaşlıq, təhsil sahəsində əməkdaşlıq ikitərəfli əlaqələrin mühüm hissəsidir. Azərbaycan hökuməti Somali tələbələri üçün ali təhsil müəssisələrində təqaüdlü təhsil imkanları yaratmaq niyyətindədir. Bu, Azərbaycanın inkişaf etməkdə olan ölkələrə verdiyi dəstəyin bir hissəsi kimi qiymətləndirilir.

Bu sənədlərin imzalanması, Azərbaycan və Somali arasında müxtəlif sahələrdə əməkdaşlığın inkişaf etdirilməsi istiqamətində mühüm addım olmaqla yanaşı, hər iki ölkənin iqtisadi, sosial və mədəni inkişafına da töhfə verəcəkdir. Nəticə etibarilə, Prezident İlham Əliyevin bəyanatı və imzalanmış sənədlər, Azərbaycan və Somali arasında ikitərəfli əlaqələrin inkişaf etdirilməsi istiqamətində qarşılıqlı iradənin mövcud olduğunu və bu əməkdaşlığın hər iki ölkənin inkişafına müsbət təsir göstərəcəyini nümayiş etdirir.

 

 Könül Namazova

 

Suraxanı rayonu, E.Cəfərov adına 118 nömrəli tam orta məktəbin informatika müəllimi

 

↑