Cümə, 30 Oktyabr 2026 05:25:16 ☀ Bakı · 25°C
REKLAM YERİBanner üçün sahəReklam yerləşdirmək üçün redaksiya ilə əlaqə saxlayın
30 Oktyabr 2026
SON XƏBƏRLƏR
Ceyranbatanda zəhərləndiyi deyilən şagirdlərdə rotavirus aşkarlandı29.10.2026 21:00 Vaşinqtonda “Qlobal körpülər – Azərbaycanı kəşf edək” adlı mədəni-maarifləndirici tədbir keçirilib (FOTO)29.10.2026 18:00 Azərbaycanla sülhü 400 il və daha çox müddətə təmin etməliyik – Paşinyan29.10.2026 15:00 Azərbaycan XİN Türkiyəni təbrik etdi (FOTO)29.10.2026 12:00 Nömrəsini və telefonunu kirayə verənlər cərimələnəcək29.10.2026 09:00 Azərbaycanla NATO hərbi əməkdaşlığın inkişafını müzakirə edib (FOTO/VİDEO)28.10.2026 21:00 Pulsuz hüquqi yardım göstərməyən vəkillər cərimələnəcək28.10.2026 18:00 İran Azərbaycan əsilli rejissora 5 il həbs cəzası verdi28.10.2026 15:00 Mədəniyyətlərarası dialoq – ortaq gələcəyə aparan yol28.10.2026 12:00 Qaradağ rayonunda sel nəticəsində dağılmış körpünün yerində yenisi inşa edilib28.10.2026 09:00 Ramiz Mehdiyev 14 il müddətinə azadlıqdan məhrum edilib27.10.2026 21:00 Məhkəmələrdən mediaya məlumat verəcək şəxs seçildi27.10.2026 18:00 Ceyranbatanda zəhərləndiyi deyilən şagirdlərdə rotavirus aşkarlandı29.10.2026 21:00 Vaşinqtonda “Qlobal körpülər – Azərbaycanı kəşf edək” adlı mədəni-maarifləndirici tədbir keçirilib (FOTO)29.10.2026 18:00 Azərbaycanla sülhü 400 il və daha çox müddətə təmin etməliyik – Paşinyan29.10.2026 15:00 Azərbaycan XİN Türkiyəni təbrik etdi (FOTO)29.10.2026 12:00 Nömrəsini və telefonunu kirayə verənlər cərimələnəcək29.10.2026 09:00 Azərbaycanla NATO hərbi əməkdaşlığın inkişafını müzakirə edib (FOTO/VİDEO)28.10.2026 21:00 Pulsuz hüquqi yardım göstərməyən vəkillər cərimələnəcək28.10.2026 18:00 İran Azərbaycan əsilli rejissora 5 il həbs cəzası verdi28.10.2026 15:00 Mədəniyyətlərarası dialoq – ortaq gələcəyə aparan yol28.10.2026 12:00 Qaradağ rayonunda sel nəticəsində dağılmış körpünün yerində yenisi inşa edilib28.10.2026 09:00 Ramiz Mehdiyev 14 il müddətinə azadlıqdan məhrum edilib27.10.2026 21:00 Məhkəmələrdən mediaya məlumat verəcək şəxs seçildi27.10.2026 18:00
Xəbər xətti

Azərbaycan-Somali münasibətlərinin yeni mərhələsi

14.02.2025 17:40 · 1 baxış · rubinroot
REKLAM YERİBanner üçün sahəReklam yerləşdirmək üçün redaksiya ilə əlaqə saxlayın

Xarici siyasət hər bir dövlətin, o cümlədən müstəqillik yolu ilə inamla irəliləyən Azərbaycan Respublikasının siyasi iradəsinin göstəricisi olmaqla yanaşı, onun beynəlxalq münasibətlər sistemində mövqelərinin müəyyən edilməsini və möhkəmlənməsini, iqtisadi, siyasi və humanitar sahələrdə qarşılıqlı faydalı əməkdaşlığın qurulmasını və inkişafını, milli təhlükəsizlik sahəsində mənafelərinin ödənilməsini, regional və beynəlxalq problemlərin birgə səylərlə aradan qaldırılmasını nəzərdə tutur.

Xarici siyasətin düzgün müəyyənləşdirilməsi və icrası dünyanın mürəkkəb, geosiyasi və geoiqtisadi maraqların kəsişmə nöqtəsində yerləşən Azərbaycan üçün həm ötən dövrlərdə, həm də indi müstəsna əhəmiyyətə malikdir. Belə ki, ölkəmiz öz milli maraqlarını, regionda aparıcı dövlət statusunu qorumaqla yanaşı, Qərb, islam ölkələri, türk dünyası və Müstəqil Dövlətlər Birliyinin siyasi iqtisadi-mədəni məkanları ilə qarşılıqlı faydalı münasibətlər qurur, beynəlxalq əməkdaşlığı və bərabərhüquqlu tərəfdaşlıq əlaqələrini genişləndirir. Bu gün Azərbaycan Respublikasının siyasi və iqtisadi potensialı artmış, regionda söz sahibi olan dövlətə çevrilmiş, beynəlxalq “siyasət səhnəsi”ndə nüfuzu və mövqeyi daha da möhkəmlənmişdir.

Fevralın 12-də Bakıda Azərbaycan Prezidenti İlham Əliyevin Somali Prezidenti Hasan Şeyx Mahmud ilə görüşü, iki ölkə arasında böyük strateji xarakter daşıyır. Azərbaycan-Somali münasibətləri iqtisadi potensiala, iqtisadi perspektivə söykənən münasibətlərdir. Ümumiyyətlə Azərbaycan tək Somali deyil, Afrika ölkələrinə kifayət qədər Qoşulmama hərəkatı çərçivəsində, COP29, Bakı təşəbbüs qrupu çərçivəsində öz tövhələrini verib və Fransanın müstəmləkəçilik siyasətinə qarşı ədalətli olmağa çağırış edib ki, bu da xüsusilə də COP29-da   Azərbaycanın çağırışları və sonda qəbul etdiyi qərarlarda öz əksini tapmışdır.

Əlverişli coğrafi məkanda yerləşən Azərbaycan Qərb və Şərq, Şimal və Cənub ölkələrini birləşdirən ən qısa nəqliyyat və enerji dəhlizidir. Strateji əhəmiyyətli energetika və nəqliyyat-kommunikasiya layihələrinin reallaşdırılması nəticəsində Azərbaycan Avropanın enerji təhlükəsizliyinin arxitekturasında mühüm yer tutur.  Azərbaycanın özünü aqrar sektorda təmin edən kənd təsərrüfatı modeli ilə Somalinin potensialını birləşdirməyə imkan verir. Azərbaycanın aqrar sahədə tətbiq etdiyi çağdaş texnologiyalar və suvarma sistemləri Somali üçün vacib təcrübə ola bilər. Yatırım sahələrinin infrastruktur, liman qurğuları və kənd təsərrüfatı kimi əsas sahələri əhatə etməsi, qarşılıqlı iqtisadi inteqrasiyanın səmərəli olacağını göstərir. Liman qurğuları sahəsində işbirliyi, Azərbaycanın daşımaçılıq-logistika imkanlarını genişləndirmək və qlobal ticarət yollarında yeni mövqelər qazanmaq baxımından önəmlidir.

Müdafiə sənayesi sahəsində Azərbaycanın Somali ilə işbirliyi qurması, təhlükəsizlik və sabitlik baxımından önəm daşıyır. Azərbaycanın hərbi texnologiyaları və hərbi təlim sahəsindəki təcrübəsi, Somalinin terrorçuluq və silahlı qruplaşmalara qarşı mübarizəsində önəmli rol oynaya bilər.

Azərbaycanın İslam mədəniyyətinə verdiyi töhfələr, Somalinin mədəni irsi ilə inteqrasiyada önəmli rol oynaya bilər. Bu sahədə, habelə qarşılıqlı turist axını ilə bağlı layihələrin  Azərbaycan və Somali arasında humanitar diplomatiyanı daha da gücləndirəcəkdir.

 

Dadaş Baba-zadə

Suraxanı rayonu, 89 nömrəli tam orta məktəbin direktoru

 

↑