Cümə, 30 Oktyabr 2026 04:04:58 ☀ Bakı · 25°C
REKLAM YERİBanner üçün sahəReklam yerləşdirmək üçün redaksiya ilə əlaqə saxlayın
30 Oktyabr 2026
SON XƏBƏRLƏR
Ceyranbatanda zəhərləndiyi deyilən şagirdlərdə rotavirus aşkarlandı29.10.2026 21:00 Vaşinqtonda “Qlobal körpülər – Azərbaycanı kəşf edək” adlı mədəni-maarifləndirici tədbir keçirilib (FOTO)29.10.2026 18:00 Azərbaycanla sülhü 400 il və daha çox müddətə təmin etməliyik – Paşinyan29.10.2026 15:00 Azərbaycan XİN Türkiyəni təbrik etdi (FOTO)29.10.2026 12:00 Nömrəsini və telefonunu kirayə verənlər cərimələnəcək29.10.2026 09:00 Azərbaycanla NATO hərbi əməkdaşlığın inkişafını müzakirə edib (FOTO/VİDEO)28.10.2026 21:00 Pulsuz hüquqi yardım göstərməyən vəkillər cərimələnəcək28.10.2026 18:00 İran Azərbaycan əsilli rejissora 5 il həbs cəzası verdi28.10.2026 15:00 Mədəniyyətlərarası dialoq – ortaq gələcəyə aparan yol28.10.2026 12:00 Qaradağ rayonunda sel nəticəsində dağılmış körpünün yerində yenisi inşa edilib28.10.2026 09:00 Ramiz Mehdiyev 14 il müddətinə azadlıqdan məhrum edilib27.10.2026 21:00 Məhkəmələrdən mediaya məlumat verəcək şəxs seçildi27.10.2026 18:00 Ceyranbatanda zəhərləndiyi deyilən şagirdlərdə rotavirus aşkarlandı29.10.2026 21:00 Vaşinqtonda “Qlobal körpülər – Azərbaycanı kəşf edək” adlı mədəni-maarifləndirici tədbir keçirilib (FOTO)29.10.2026 18:00 Azərbaycanla sülhü 400 il və daha çox müddətə təmin etməliyik – Paşinyan29.10.2026 15:00 Azərbaycan XİN Türkiyəni təbrik etdi (FOTO)29.10.2026 12:00 Nömrəsini və telefonunu kirayə verənlər cərimələnəcək29.10.2026 09:00 Azərbaycanla NATO hərbi əməkdaşlığın inkişafını müzakirə edib (FOTO/VİDEO)28.10.2026 21:00 Pulsuz hüquqi yardım göstərməyən vəkillər cərimələnəcək28.10.2026 18:00 İran Azərbaycan əsilli rejissora 5 il həbs cəzası verdi28.10.2026 15:00 Mədəniyyətlərarası dialoq – ortaq gələcəyə aparan yol28.10.2026 12:00 Qaradağ rayonunda sel nəticəsində dağılmış körpünün yerində yenisi inşa edilib28.10.2026 09:00 Ramiz Mehdiyev 14 il müddətinə azadlıqdan məhrum edilib27.10.2026 21:00 Məhkəmələrdən mediaya məlumat verəcək şəxs seçildi27.10.2026 18:00
Xəbər xətti

Azadlığa gedən yolun başlanğıcı

21.01.2025 14:52 · 0 baxış · rubinroot
REKLAM YERİBanner üçün sahəReklam yerləşdirmək üçün redaksiya ilə əlaqə saxlayın

20 Yanvar Azərbaycan xalqının yaddaşlarında qara hərflərlə yazılmış tarix.  Artıq bu tarixdən 35 il ötür. Amma ötüb keçməsinə baxmayaraq ağrı acısı unudulmur.

Azərbaycanı istiqlala, suverenliyi aparan bu tarixin başlanğıcı 1988-ci ildə Azadlıq Meydanında qoyuldu.  Bildiyimiz kimi 71 il mövcud olan Sovet imperiyası artıq öz dayaqlarını itirmək üzrə idi, yəni dağılırdı. Tərkibində olan 15 respublikalar kimi Azərbaycan da öz müstəqilliyini tələb edirdi.

SSRİ rəhbərliyi isə ittifaqın dağılmasını qəbul etmir və müxtəlif cinayətlərə əl atırdı.  Belə qanlı cinayətlərdən biridə 20 yanvar 1990-cı ildə Azərbaycanda törədildi. SSRİ Daxili İşlər Nazirliyi, SSRİ Təhlükəsizlik və SSRİ Müdafiə Nazirliyinin qoşunları Bakıya və regionlara yeridildi. Qoca, uşaq demədən dinc, əli yalın əhaliyə divan tutuldu. Həbs olunanlar müxtəlif yerlərdə sovet həbsxanalarına göndərildilər. Bütün bu törənən hadisələr öncədən planlaşdırılmış oyun idi.

O dovrkü Azərbaycan rəhbərliyinin bacarıqsızlığı, zəif idarəçilik qabiliyyəti, hakimiyyətdə olan boşluqlar xalqımızın qanı bahasına başa gəldi.

Azərbaycanda baş verən hadisələr Ümummilli lider Heydər Əliyevə çox pis təsir edir. Heydər  Əliyev Azərbaycanın Moskvadakı nümayəndəliyinə gələrək SSRİ rəhbərliyinin törətdiyi qanlı hadisələri qanuna, demokratiyaya zidd bir hərəkət kimi qiymətləndirir. O sovet rəhbəri Qorbaçovu diktator adlandırır.

Bu qanlı hadisələrdən 35 il keçməsinə baxmayaraq Azərbaycan xalqı bu hadisələri unutmur, hər zaman   şəhidlərini ziyarət edir, dualar oxuyur.

Allah şəhidlərimizə rəhmət etsin! Ruhları qarşısında baş əyirik.

 

Arzu Məmmədova

Suraxanı rayonu, 226 nömrəli tam orta məktəbin direktoru

↑