Cümə, 30 Oktyabr 2026 03:24:27 ☀ Bakı · 25°C
REKLAM YERİBanner üçün sahəReklam yerləşdirmək üçün redaksiya ilə əlaqə saxlayın
30 Oktyabr 2026
SON XƏBƏRLƏR
Ceyranbatanda zəhərləndiyi deyilən şagirdlərdə rotavirus aşkarlandı29.10.2026 21:00 Vaşinqtonda “Qlobal körpülər – Azərbaycanı kəşf edək” adlı mədəni-maarifləndirici tədbir keçirilib (FOTO)29.10.2026 18:00 Azərbaycanla sülhü 400 il və daha çox müddətə təmin etməliyik – Paşinyan29.10.2026 15:00 Azərbaycan XİN Türkiyəni təbrik etdi (FOTO)29.10.2026 12:00 Nömrəsini və telefonunu kirayə verənlər cərimələnəcək29.10.2026 09:00 Azərbaycanla NATO hərbi əməkdaşlığın inkişafını müzakirə edib (FOTO/VİDEO)28.10.2026 21:00 Pulsuz hüquqi yardım göstərməyən vəkillər cərimələnəcək28.10.2026 18:00 İran Azərbaycan əsilli rejissora 5 il həbs cəzası verdi28.10.2026 15:00 Mədəniyyətlərarası dialoq – ortaq gələcəyə aparan yol28.10.2026 12:00 Qaradağ rayonunda sel nəticəsində dağılmış körpünün yerində yenisi inşa edilib28.10.2026 09:00 Ramiz Mehdiyev 14 il müddətinə azadlıqdan məhrum edilib27.10.2026 21:00 Məhkəmələrdən mediaya məlumat verəcək şəxs seçildi27.10.2026 18:00 Ceyranbatanda zəhərləndiyi deyilən şagirdlərdə rotavirus aşkarlandı29.10.2026 21:00 Vaşinqtonda “Qlobal körpülər – Azərbaycanı kəşf edək” adlı mədəni-maarifləndirici tədbir keçirilib (FOTO)29.10.2026 18:00 Azərbaycanla sülhü 400 il və daha çox müddətə təmin etməliyik – Paşinyan29.10.2026 15:00 Azərbaycan XİN Türkiyəni təbrik etdi (FOTO)29.10.2026 12:00 Nömrəsini və telefonunu kirayə verənlər cərimələnəcək29.10.2026 09:00 Azərbaycanla NATO hərbi əməkdaşlığın inkişafını müzakirə edib (FOTO/VİDEO)28.10.2026 21:00 Pulsuz hüquqi yardım göstərməyən vəkillər cərimələnəcək28.10.2026 18:00 İran Azərbaycan əsilli rejissora 5 il həbs cəzası verdi28.10.2026 15:00 Mədəniyyətlərarası dialoq – ortaq gələcəyə aparan yol28.10.2026 12:00 Qaradağ rayonunda sel nəticəsində dağılmış körpünün yerində yenisi inşa edilib28.10.2026 09:00 Ramiz Mehdiyev 14 il müddətinə azadlıqdan məhrum edilib27.10.2026 21:00 Məhkəmələrdən mediaya məlumat verəcək şəxs seçildi27.10.2026 18:00
Xəbər xətti

Bizim üçün COP 29 böyük bir çağırış və imkan idi

11.01.2025 09:43 · 1 baxış · rubinroot
REKLAM YERİBanner üçün sahəReklam yerləşdirmək üçün redaksiya ilə əlaqə saxlayın

Azərbaycan Respublikasının Prezidenti  cənab İlham Əliyev yanvarın 7-də yerli televiziya kanallarına müsahibə verib və bir çox mühüm sualları cavablandırıb.

Bu suallardan biri yaxın zamanlarda ölkəmizdə keçirilən, beynəlxalq səviyyədə ilin ən mühüm tədbirlərindən biri olan Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının (COP29) bağlı cavabı vurğulamaq lazımdır. Təbii ki, COP29 ölkəmizin beynəlxalq aləmdəki nüfuzunun parlaq bir göstəricisi, uğurlu addımı idi. Ölkəmizin təqdimatı bizim üçün mühüm amil idi. Bu tədbirdə 197 ölkədən 76 min iştirakçı qeydiyyatdan keçmişdi.

Regionumuzda son vaxtlarda hələ buna bənzər, bu qədər sayda qonağın iştirak etdiyi ikinci belə mühüm tədbir keçirilməmişdi. Prezident İlham Əliyevin vurğuladığı kimi, görüşdüyü və ölkəmizə ilk dəfə səfər edənlərin hamısı şahid olduqlarının onlarda böyük, əvəzolunmaz  təəssürat yaratdığını söyləmişdilər, çünki Azərbaycan haqqında məlumat azlığı, ölkəmiz haqqında məqsədyönlü  dezinformasiya bəzilərinin fikirlərinə təsir edir və onlar ölkəmizə gəlib  fəal cəmiyyət, savadlı insanlar, peşəkar personal, şəhərin gözəlliyi və cəmiyyətdə ümumi rahatlığı gördükdə, bu, əlbəttə  onlarda fərqli təəssürat yaratmışdı.

İndi heç kimə sirr deyil ki, yeni dünya nizamı formalaşdırır. Rəsmi Bakı ev sahibi qismində qarşıya qoyulan məqsədlərə nail olmuş, COP29-un hədəflərinə çatması üçün gərgin iş aparmışdır. Dünyanın ən müxtəlif qurumları, qeyri-hökumət təşkilatları, beynəlxalq institutları ilə qarşılıqlı müzakirələr, dialoq yolu ilə hədəfə istiqamətlənən yoldakı  maneələr uğurla aradan qaldırılmışdır. Bu cür beynəlxalq tədbirə ev sahibliyi etmək son dərəcədə məsuliyyətli və çətin bir iş idi, Azərbaycan da həmişəki kimi bu işin öhdəsindən layiqincə gəldi.

 

Yunis Əsgərli

Suraxanı RİHB-nın Əmircan qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəsinin müavini

 

 

 

↑