Cümə, 30 Oktyabr 2026 01:56:58 ☀ Bakı · 25°C
REKLAM YERİBanner üçün sahəReklam yerləşdirmək üçün redaksiya ilə əlaqə saxlayın
30 Oktyabr 2026
SON XƏBƏRLƏR
Ceyranbatanda zəhərləndiyi deyilən şagirdlərdə rotavirus aşkarlandı29.10.2026 21:00 Vaşinqtonda “Qlobal körpülər – Azərbaycanı kəşf edək” adlı mədəni-maarifləndirici tədbir keçirilib (FOTO)29.10.2026 18:00 Azərbaycanla sülhü 400 il və daha çox müddətə təmin etməliyik – Paşinyan29.10.2026 15:00 Azərbaycan XİN Türkiyəni təbrik etdi (FOTO)29.10.2026 12:00 Nömrəsini və telefonunu kirayə verənlər cərimələnəcək29.10.2026 09:00 Azərbaycanla NATO hərbi əməkdaşlığın inkişafını müzakirə edib (FOTO/VİDEO)28.10.2026 21:00 Pulsuz hüquqi yardım göstərməyən vəkillər cərimələnəcək28.10.2026 18:00 İran Azərbaycan əsilli rejissora 5 il həbs cəzası verdi28.10.2026 15:00 Mədəniyyətlərarası dialoq – ortaq gələcəyə aparan yol28.10.2026 12:00 Qaradağ rayonunda sel nəticəsində dağılmış körpünün yerində yenisi inşa edilib28.10.2026 09:00 Ramiz Mehdiyev 14 il müddətinə azadlıqdan məhrum edilib27.10.2026 21:00 Məhkəmələrdən mediaya məlumat verəcək şəxs seçildi27.10.2026 18:00 Ceyranbatanda zəhərləndiyi deyilən şagirdlərdə rotavirus aşkarlandı29.10.2026 21:00 Vaşinqtonda “Qlobal körpülər – Azərbaycanı kəşf edək” adlı mədəni-maarifləndirici tədbir keçirilib (FOTO)29.10.2026 18:00 Azərbaycanla sülhü 400 il və daha çox müddətə təmin etməliyik – Paşinyan29.10.2026 15:00 Azərbaycan XİN Türkiyəni təbrik etdi (FOTO)29.10.2026 12:00 Nömrəsini və telefonunu kirayə verənlər cərimələnəcək29.10.2026 09:00 Azərbaycanla NATO hərbi əməkdaşlığın inkişafını müzakirə edib (FOTO/VİDEO)28.10.2026 21:00 Pulsuz hüquqi yardım göstərməyən vəkillər cərimələnəcək28.10.2026 18:00 İran Azərbaycan əsilli rejissora 5 il həbs cəzası verdi28.10.2026 15:00 Mədəniyyətlərarası dialoq – ortaq gələcəyə aparan yol28.10.2026 12:00 Qaradağ rayonunda sel nəticəsində dağılmış körpünün yerində yenisi inşa edilib28.10.2026 09:00 Ramiz Mehdiyev 14 il müddətinə azadlıqdan məhrum edilib27.10.2026 21:00 Məhkəmələrdən mediaya məlumat verəcək şəxs seçildi27.10.2026 18:00
Xəbər xətti

Azərbaycan Rusiya dostluğu həmişə olub, olacaqdır

20.12.2024 18:28 · 0 baxış · rubinroot
REKLAM YERİBanner üçün sahəReklam yerləşdirmək üçün redaksiya ilə əlaqə saxlayın

Azərbaycan Respublikasının Prezidenti Ali Baş Komandan İlham Əliyevin daxili siyasəti Azərbaycanın dinamik iqtisadi inkişafına, xarici siyasəti isə torpaqlarımızın işğaldan azad edilməsinə və dünya dövlətlərinin ədaləti dəstəkləməsinə, işğalçının işğalçı kimi tanınmasına istiqamətlənib.

Azərbaycanı bu gün Cənubi Qafqazda ən qüdrətli orduya, iqtisadiyyata malik olan dövlət kimi bütün dünya tanıyır.

Azərbaycan Respublikasının Prezidentinin prinsipial, qətiyyətli mövqeyi sayəsində Azərbaycanın ardıcıl şəkildə qazandığı diplomatik uğurlar Ermənistanın rəhbərliyini çətin vəziyyətdə qoyur, işğalçı ölkə kimi onu beynəlxalq iqtisadi layihələrdən kənarda saxlayırdı.

Azərbaycan bütün dünya ölkələri ilə dostluq-əməkdaşlıq niyyətindədir və həmin ölkələrlə həm iqtisadi, həm siyasi sahədə əməkdaşlıq edir. Belə ölkələrdən biri də Rusiya Federasiyasıdır. Əsrlər boyu Azərbaycan Rusiya ilə qonşuluq  münasibətlərində olmuşlar. 2022-ci il fevralın 22-də Moskvada Azərbaycan və Rusiya Federasiyası arasında müttəfiqlik fəaliyyəti haqqında Bəyannamə imzalandı. Bu Bəyannamədə iki ölkənin prezidentləri arasında dostluq, mehriban qonşuluq, tarixi ənənələrə, mədəni-humanitar əlaqələrə arxalanaraq bir sənəd imzalanmışdı.  Bu ölkələr bir-birinin daxili işlərinə qarışmamaq, hüquqi bərabərliyi, ərazi bütövlüyünə toxunmamaq, mübahisəli məsələləri dinc yolla həll etmək razılaşması əldə olundu. Azərbaycan və Ermənistan Respublikası arasında münasibətlərin normallaşması istiqamətində Rusiya Federasiyasının rolu xüsusilə vurğulandı.

Bu gün Azərbaycan və Rusiya iki etibarlı tərəfdaşdır. Hər sahədə Rusiya və Azərbaycan mehriban qonşuluq münasibətindədir. Bütün Avropa ölkələri, o cümlədən ABŞ Ukrayna-Rusiya müharibəsində Rusiyaya qarşı sanksiyalar tətbiq etdiyi halda, Azərbaycan öz ədalətli siyasətini həyata keçirir.

İlham Əliyev müsahibəsində Makron hökumətinin Ermənistana verdiyi silahlardan da danışdı. Bunun nə dərəcədə təhlükəli olduğunu vurğuladı. Ermənistanı ABŞ və Hindistanda silahlarla təmin edirlər. Ermənistan silahların əksəriyyətini pulsuz və ya kreditlə alır.

Azərbaycan 2025-ci ildə hərbi büdcəsini 5 milyard dollara çatdırıb, çünki Ermənistan tərəfindən təhdidlər var, biz də bu səbəbdən hərbiyə bu rekord həddə pul xərcləyirik. Əgər bu tədbirlər  olmasa idi, bu pulları Qarabağın bərpasına istifadə edərdik.

Ermənistan öz konstitusiyasında  dəyişiklik etməlidir, ATƏT-in Minsk qrupu ləğv olunmalıdır. Əgər bu məsələlər ləğv olunsa, sülh sazişinin imzalanmasına heç bir maneə olmayacaq.

Müsahibədə Prezidentimiz  Gürcüstan, qardaş Türkiyə məsələsinə gəldikdə onlar bizim yaxın dostumuz və tərəfdaşımızdır deyə bildirdi.

Hazırda Azərbaycanda bir milyona yaxın şagird rus dilində təhsil alır və onu 2-ci dil kimi öyrənir. 2 universitet rus dilində fəaliyyət göstərir. Respublikamızda bu dilə çox ehtiyac var. Dil bilmək insanları zənginləşdirir. Azərbaycan Rusiya dostluğu həmişə olub, olacaqdır.

 

Günay Adnayeva

Suraxanı rayonu, 278 nömrəli tam orta məktəbin təlim-tərbiyə işləri üzrə direktor müavini

↑