Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişikliyi Konfransları BMT-nin İqlim Dəyişikliyi haqqında Çərçivə kommisiyası çərçivəsində hər il keçirilən konfranslardır. Bu konfransların məqsədi iqlim dəyişikliyinə qarşı mübarizədə əldə edilmiş uğurların qiymətləndirilməsi, dünyanın hər yerindən hökümət nümayəndələrinin COP-da toplaşaraq iqlim dəyişmələrinin qarşısının alınması istiqamətində birgə səylər göstərməsidir. Hər il fərqli ölkələrdə keçirilən bu konfransın 11 dekabr tarixində Dubayda keçirilən COP-28-in plenar iclasında COP29-un Bakıda keçirilməsi qərarı verilib.
COP29-un Bakıda keçirilməsi, həm BMT tərəfindən Azərbaycanın iqlim məsələsində üzərinə götürdüyü bütün öhdəlikləri yerinə yetirməsinin etirafıdır, həm də BMT səviyyəsində ölkədə siyasi və iqtisadi sabitliyin tanınmasından xəbər verir. Azərbaycan çoxsaylı siyasi, iqtisadi və regional layihələrdə iştirak edib. Ölkəmiz ardıcıl olaraq 4-cü ildirki, BMT-dən sonra ikinci ən böyük beynəlxalq təşkilata – Qoşulmama Hərəkatına sədrlik edir. Həmçinin Avropa İttifaqının 9 üzvü ilə strateji tərəfdaşlıq edir. Bu dünya siyasətinin unikal nümunəsidir, çünki dünyada çox az sayda ölkə varki, eyni anda həm İslam Əməkdaşlıq Təşkilatının həm də Avropa Şurasının üzvüdür.
COP29-un Azərbaycanda keçirilməsi qərarı Azərbaycanın yaşıl enerji siyasətinə qlobal dəstəyini ifadəçisidir. Buna uyğun olaraq Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamı ilə 2024-cü il Azərbaycanda “Yaşıl Dünya Naminə həmrəylik ili” elan edilib. Məlum olduğu kimi, 44 günlük müharibədən dərhal sonra Prezident İlham Əliyev Qarabağı, Şərqi Zəngəzuru və Naxçıvanı “yaşıl enerji” bölgəsi adlandırıb.
COP29-un Bakıda keçirilməsi həm Azərbaycanın beynəlxalq arenada nüfuzunun daha da güclənməsinə müsbət təsir edəcək, həm də bütün Postsovet ölkələri arasında ilk dəfə olaraq Azərbaycan belə bir mötəbər qlobal tədbiri qəbul edir.
Prezident İlham Əliyev çıxışlarının birində vurğulamışdı ki, Antiterror əməliyyatından sonra bəzi Qərb ölkələri, xüsusilə, Fransa Azərbaycana qarşı əsassız ittihamlar irəli sürmüşdü. Halbuki, artıq bütün dünya görür ki, Ermənistan belə bu vəziyyətlə barışıb, buna əyani sübut COP29-un Bakıda keçirilməsidir.
Azərbaycanın dünyanın ən böyük və mühüm dövlətlərarası tədbirlərindən biri olan COP29-a ev sahibliyi etməsi Prezident İlham Əliyevin siyasi arenadakı növbəti möhtəşəm qələbəsidir. Əlbəttə ki, son zamanlar Azərbaycana qarşı çirkin kampaniya aparan qərb ölkələrinə tutarlı cavabdır.
Gələcəyimiz üçün çox əhəmiyyətli bir tədbirə ev sahibliyi etdik. Konfransda 196 ölkədən 76 min qeydiyyata alınmış iştirakçı, onların arasında 80 Prezident, Vitse-Prezident və Baş Nazir Var. Minlərlə media nümayəndəsi tədbiri izləyir, konfransla yanaşı, ölkəmizin mədəniyyəti, tarixi, qonaqpərvərliyi haqqında məlumatlanır. Haqqımızda dünyanın dörd bir yanında məqalələr, iştirakçıların xoş təəssüratları dərc edilir.
Prezident İlham Əliyevin COP29 haqqında təəssüratları çox maraqlıdır: “Müddətin qısa olmasına baxmayaraq, Azərbaycan COP-un rahat və yüksək səviyyədə keçirilməsi üçün bütün lazımlı hazırlıqları həyata keçirməyə nail oldu. Mübaliğəsiz deyə bilərik ki, Bakıda keçirilən COP tədbiri ən möhtəşəm COP-lardan biri kimi tarixə düşəcək. Genişmiqyaslı və planlaşdırılmış böhtan və qarayaxma kampaniyasına baxmayaraq, Azərbaycan iqlim danışıqlarında tarixi nəticələr əldə etməyə müvəffəq oldu. Bütün proses boyu biz inkişaf etməkdə olan ölkələrin, xüsusən kiçik ada dövlətlərinin və ən az inkişaf etmiş dövlətlərin ehtiyaclarını nəzərə alan nəticə əldə etməyə çağırış etdik, çünki onlar iqlim dəyişmələrinin ən ağır yükünü daşıyırlar. Azərbaycan inkişaf etmiş və inkişaf etməkdə olan ölkələr arasında körpülərin qurulması üçün əlindən gələni əsirgəmir.
Bakı COP29-da İtki və Zərər fondu tam işlək vəziyyətə gətirildi. Biz, həmçinin karbon bazarına dair çoxdan gözlənilən 6-cı maddənin tam işlək vəziyyətə gətirilməsinə nail olduq.
Ən əsası Bakı COP 2035-ci ilə qədər inkişaf etməkdə olan ölkələrə 300 milyard ABŞ dolları təmin etmək üçün qarşıya yeni qlobal məqsəd qoyan Yeni Kollektiv Kəmiyyət Məqsədinin şahidi oldu.
Mən Bakı nailiyyətini çoxtərəfliliyin təntənəsi kimi qiymətləndirirəm. COP29 iqlim diplomatiyasında dönüş nöqtəsidir.”
Könül Hüseynova
Suraxanı rayonu, A.Səfərov adına 114 № tam orta məktəbin direktoru