Cümə, 30 Oktyabr 2026 00:28:17 ☀ Bakı · 25°C
REKLAM YERİBanner üçün sahəReklam yerləşdirmək üçün redaksiya ilə əlaqə saxlayın
30 Oktyabr 2026
SON XƏBƏRLƏR
Ceyranbatanda zəhərləndiyi deyilən şagirdlərdə rotavirus aşkarlandı29.10.2026 21:00 Vaşinqtonda “Qlobal körpülər – Azərbaycanı kəşf edək” adlı mədəni-maarifləndirici tədbir keçirilib (FOTO)29.10.2026 18:00 Azərbaycanla sülhü 400 il və daha çox müddətə təmin etməliyik – Paşinyan29.10.2026 15:00 Azərbaycan XİN Türkiyəni təbrik etdi (FOTO)29.10.2026 12:00 Nömrəsini və telefonunu kirayə verənlər cərimələnəcək29.10.2026 09:00 Azərbaycanla NATO hərbi əməkdaşlığın inkişafını müzakirə edib (FOTO/VİDEO)28.10.2026 21:00 Pulsuz hüquqi yardım göstərməyən vəkillər cərimələnəcək28.10.2026 18:00 İran Azərbaycan əsilli rejissora 5 il həbs cəzası verdi28.10.2026 15:00 Mədəniyyətlərarası dialoq – ortaq gələcəyə aparan yol28.10.2026 12:00 Qaradağ rayonunda sel nəticəsində dağılmış körpünün yerində yenisi inşa edilib28.10.2026 09:00 Ramiz Mehdiyev 14 il müddətinə azadlıqdan məhrum edilib27.10.2026 21:00 Məhkəmələrdən mediaya məlumat verəcək şəxs seçildi27.10.2026 18:00 Ceyranbatanda zəhərləndiyi deyilən şagirdlərdə rotavirus aşkarlandı29.10.2026 21:00 Vaşinqtonda “Qlobal körpülər – Azərbaycanı kəşf edək” adlı mədəni-maarifləndirici tədbir keçirilib (FOTO)29.10.2026 18:00 Azərbaycanla sülhü 400 il və daha çox müddətə təmin etməliyik – Paşinyan29.10.2026 15:00 Azərbaycan XİN Türkiyəni təbrik etdi (FOTO)29.10.2026 12:00 Nömrəsini və telefonunu kirayə verənlər cərimələnəcək29.10.2026 09:00 Azərbaycanla NATO hərbi əməkdaşlığın inkişafını müzakirə edib (FOTO/VİDEO)28.10.2026 21:00 Pulsuz hüquqi yardım göstərməyən vəkillər cərimələnəcək28.10.2026 18:00 İran Azərbaycan əsilli rejissora 5 il həbs cəzası verdi28.10.2026 15:00 Mədəniyyətlərarası dialoq – ortaq gələcəyə aparan yol28.10.2026 12:00 Qaradağ rayonunda sel nəticəsində dağılmış körpünün yerində yenisi inşa edilib28.10.2026 09:00 Ramiz Mehdiyev 14 il müddətinə azadlıqdan məhrum edilib27.10.2026 21:00 Məhkəmələrdən mediaya məlumat verəcək şəxs seçildi27.10.2026 18:00
Xəbər xətti

Şanlı Zəfərin təcəssümü

25.11.2024 11:07 · 0 baxış · rubinroot
REKLAM YERİBanner üçün sahəReklam yerləşdirmək üçün redaksiya ilə əlaqə saxlayın

2020-ci il noyabrın 25-i Azərbaycan tarixinə Kəlbəcərin erməni işğalından azad edildiyi gün kimi yazılıb. Prezident Cənab İlham Əliyevin 2023-cü il iyulun 31-də imzaladığı Sərəncama əsasən, 25 noyabr Kəlbəcər Şəhəri Günü kimi qeyd olunur. Azərbaycanın dilbər guşələrindən olan Kəlbəcərin işğaldan azad edilməsindən dörd il ötür. Qırx dörd günlük Vətən müharibəsində Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin sərkərdəliyi ilə şanlı Ordumuz Ermənistanı kapitulyasiya aktını imzalamağa və əraziləri boşaltmağa məcbur etdi. 2020-ci il noyabrın 25-də Kəlbəcər şəhəri də daxil olmaqla, rayonun 147 yaşayış məntəqəsi işğaldan azad edildi. Kəlbəcər işğaldan azad edildikdən sonra məhv olmuş bütün tarixi abidələri bərpa edilməyə başlandı.

1993-cü il aprelin 2-də Kəlbəcər rayonu işğal olunmuşdu. 1993-cü il mart ayının 23-dən aprel ayının 3-dək gedən gərgin döyüşlərdən sonra 60 min Kəlbəcər sakini təxliyə edilmişdi. İşğal nəticəsində 511 dinc sakin öldürülmüş, 321 nəfər əsir götürülmüşdür. Günahsız insanlar öz dədə-baba torpağından vəhşicəsinə qovulmuş, işğal zamanı Kəlbəcər rayonuna böyük ziyan vurulmuşdur. Ermənilər 1990-cı illərin əvvəllərində torpaqları işğal edərkən şəhər və kəndlərimizi dağıtmışdılar.

2021-ci il avqustun 16-da Prezident İlham Əliyev Kəlbəcər şəhərində Dövlət Bayrağını ucaltdı. Kəlbəcər rayonunda aparılan nəhəng quruculuq işləri diyarın gözəl gələcəyindən, azad olunmuş ərazilərə “Böyük Qayıdış”dan xəbər verir.

Kəlbəcər rayonu, eləcədə bütövlükdə işğaldan azad edilmiş doğma Qarabağımızın hər bir  bölgəsi tarixin yaddaşına yazılacaq və gələcək nəsillər bu möhtəşəm qələbəni qürur hissi ilə yad edəcəklər.

 

Fərid Rzayev

 Suraxanı RİHB-nın Yeni Suraxanı qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndənin                                       səlahiyyətlərini müvəqqəti icra edən, Yeni Suraxanı qəsəbə nümayəndəsinin müavini                             

↑