Cümə, 30 Oktyabr 2026 00:26:25 ☀ Bakı · 25°C
REKLAM YERİBanner üçün sahəReklam yerləşdirmək üçün redaksiya ilə əlaqə saxlayın
30 Oktyabr 2026
SON XƏBƏRLƏR
Ceyranbatanda zəhərləndiyi deyilən şagirdlərdə rotavirus aşkarlandı29.10.2026 21:00 Vaşinqtonda “Qlobal körpülər – Azərbaycanı kəşf edək” adlı mədəni-maarifləndirici tədbir keçirilib (FOTO)29.10.2026 18:00 Azərbaycanla sülhü 400 il və daha çox müddətə təmin etməliyik – Paşinyan29.10.2026 15:00 Azərbaycan XİN Türkiyəni təbrik etdi (FOTO)29.10.2026 12:00 Nömrəsini və telefonunu kirayə verənlər cərimələnəcək29.10.2026 09:00 Azərbaycanla NATO hərbi əməkdaşlığın inkişafını müzakirə edib (FOTO/VİDEO)28.10.2026 21:00 Pulsuz hüquqi yardım göstərməyən vəkillər cərimələnəcək28.10.2026 18:00 İran Azərbaycan əsilli rejissora 5 il həbs cəzası verdi28.10.2026 15:00 Mədəniyyətlərarası dialoq – ortaq gələcəyə aparan yol28.10.2026 12:00 Qaradağ rayonunda sel nəticəsində dağılmış körpünün yerində yenisi inşa edilib28.10.2026 09:00 Ramiz Mehdiyev 14 il müddətinə azadlıqdan məhrum edilib27.10.2026 21:00 Məhkəmələrdən mediaya məlumat verəcək şəxs seçildi27.10.2026 18:00 Ceyranbatanda zəhərləndiyi deyilən şagirdlərdə rotavirus aşkarlandı29.10.2026 21:00 Vaşinqtonda “Qlobal körpülər – Azərbaycanı kəşf edək” adlı mədəni-maarifləndirici tədbir keçirilib (FOTO)29.10.2026 18:00 Azərbaycanla sülhü 400 il və daha çox müddətə təmin etməliyik – Paşinyan29.10.2026 15:00 Azərbaycan XİN Türkiyəni təbrik etdi (FOTO)29.10.2026 12:00 Nömrəsini və telefonunu kirayə verənlər cərimələnəcək29.10.2026 09:00 Azərbaycanla NATO hərbi əməkdaşlığın inkişafını müzakirə edib (FOTO/VİDEO)28.10.2026 21:00 Pulsuz hüquqi yardım göstərməyən vəkillər cərimələnəcək28.10.2026 18:00 İran Azərbaycan əsilli rejissora 5 il həbs cəzası verdi28.10.2026 15:00 Mədəniyyətlərarası dialoq – ortaq gələcəyə aparan yol28.10.2026 12:00 Qaradağ rayonunda sel nəticəsində dağılmış körpünün yerində yenisi inşa edilib28.10.2026 09:00 Ramiz Mehdiyev 14 il müddətinə azadlıqdan məhrum edilib27.10.2026 21:00 Məhkəmələrdən mediaya məlumat verəcək şəxs seçildi27.10.2026 18:00
Xəbər xətti

Kəlbəcərin işğaldan azad edilməsi tarixi hadisədir

25.11.2024 10:46 · 0 baxış · rubinroot
REKLAM YERİBanner üçün sahəReklam yerləşdirmək üçün redaksiya ilə əlaqə saxlayın

2020-ci il noyabrın  25-i Azərbaycan tarixinə Kəlbəcərin işğaldan azad edildiyi gün  kimi  yazıldı.

Kəlbəcər toponiminin mənşəyi qədim türk  dilində  “çay üstündə qala” deməkdir. Kəlbəcər  Azərbaycanın ən yüksək  dağ rayonudur. Kəlbəcər qərbdən Ermənistan Respublikası, şimaldan Daşkəsən, Göygöl, Goranboy, şimal-şərqdən  Tərtər, şərqdən  Ağdam, Xocalı, cənubdan isə Laçın  rayonları ilə həmsərhəddir. Rayonun ərazisi 3054 km2   təşkil edir. İşğaldan əvvəl rayonda  1 şəhər, 1 qəsəbə, 145 kənd və 55 inzibati ərazi dairəsi  mövcud idi.

1993-cü il 2 aprel tarixində Ermənistan Respublikasının silahlı qüvvələri tərəfindən rayon işğal edilmişdir. BMT-in  prinsiplərinə  zidd olaraq  1999-cu ildən Kəlbəcər rayon ərazisində  ermənilərin  qeyri-qanuni şəkildə məskunlaşdırılması  işlərinə  başlanılmışdır.

İkinci Qarabağ müharibəsinin ilk günlərində, döyüşlər gedən zaman  Kəlbəcərin şimal  hissəsi Azərbaycan Silahlı Qüvvələri  tərəfindən  işğalçılardan azad edildi. 10 noyabr 2020-ci il tarixində  3 tərəfli bəyanata əsasən bir güllə də  atılmadan  rayon Azərbaycana təhvil verildi. Bu bəyanatın tələbləri ilə Kəlbəcər şəhəri də daxil olmaqla  rayonun 147 yaşayış məntəqəsi azad olundu.  Kəlbəcərin ermənilərdən boşaldılmasında onlar eybəcər simalarını, insanlığa yaraşmayan hərəkətlərini bir  daha nümayiş etdirdilər. Azərbaycan tərəfinin göstərdiyi yüksək humanistlikdən sui-istifadə edərək evləri, bağları, meşələri  yandıraraq  şəhəri tərk etdilər.

Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin sərancamları ilə Kəlbəcər rayonunun işğaldan azad  edilməsi üçün aparılan  döyüş əməliyyatlarında  iştirak  edərək  şəxsi  igidlik və şücaət  nümayiş etdirmiş Azərbaycan Silahlı Qüvvələrinin 9455 hərbi qulluqçusu “Kəlbəcərin  azad olunmasına görə” medalları ilə təltif  olunmuşdur.

Qələbəmizin əbədiləşməsinə xidmət edən təşəbbüs kimi  Prezident İlham Əliyevin 31 iyul 2023-cü  il tarixli  sərancamı ilə  Azərbaycan Respublikasının işğaldan  azad edilmiş əraziləri üzrə  şəhər  günləri  təsis edilmişdir. Sözü gedən sərancama  əsasən  25 noyabr  Kəlbəcər şəhəri kimi  günü müəyyən olunmuşdur. Ölkə rəhbəri  bu müddət ərzində  Kəlbəcərə  6 dəfə səfər edib, həyata  keçirilən  şəhərsalama, tikinti və yenidənqurma  işləri ilə yaxından tanış olub.

4 ildi  azadlığına qovuşan şəhər  Qarabağın  dağ turizm  mərkəzlərindən biri olacaq. Böyük Qayıdış planına uyğun olaraq Kəlbəcərin  baş planı  iqlimi , özünəməxsusluğu, coğrafi şəraiti və tarixi nəzərə alınmaqla hazırlanıb.

 

Günay Əliyeva

 Suraxanı rayonu, 84 nömrəli tam orta məktəbin ibtidai sinif müəllimi

 

 

↑