Cümə axşamı, 29 Oktyabr 2026 23:03:32 ☀ Bakı · 25°C
REKLAM YERİBanner üçün sahəReklam yerləşdirmək üçün redaksiya ilə əlaqə saxlayın
29 Oktyabr 2026
SON XƏBƏRLƏR
Ceyranbatanda zəhərləndiyi deyilən şagirdlərdə rotavirus aşkarlandı29.10.2026 21:00 Vaşinqtonda “Qlobal körpülər – Azərbaycanı kəşf edək” adlı mədəni-maarifləndirici tədbir keçirilib (FOTO)29.10.2026 18:00 Azərbaycanla sülhü 400 il və daha çox müddətə təmin etməliyik – Paşinyan29.10.2026 15:00 Azərbaycan XİN Türkiyəni təbrik etdi (FOTO)29.10.2026 12:00 Nömrəsini və telefonunu kirayə verənlər cərimələnəcək29.10.2026 09:00 Azərbaycanla NATO hərbi əməkdaşlığın inkişafını müzakirə edib (FOTO/VİDEO)28.10.2026 21:00 Pulsuz hüquqi yardım göstərməyən vəkillər cərimələnəcək28.10.2026 18:00 İran Azərbaycan əsilli rejissora 5 il həbs cəzası verdi28.10.2026 15:00 Mədəniyyətlərarası dialoq – ortaq gələcəyə aparan yol28.10.2026 12:00 Qaradağ rayonunda sel nəticəsində dağılmış körpünün yerində yenisi inşa edilib28.10.2026 09:00 Ramiz Mehdiyev 14 il müddətinə azadlıqdan məhrum edilib27.10.2026 21:00 Məhkəmələrdən mediaya məlumat verəcək şəxs seçildi27.10.2026 18:00 Ceyranbatanda zəhərləndiyi deyilən şagirdlərdə rotavirus aşkarlandı29.10.2026 21:00 Vaşinqtonda “Qlobal körpülər – Azərbaycanı kəşf edək” adlı mədəni-maarifləndirici tədbir keçirilib (FOTO)29.10.2026 18:00 Azərbaycanla sülhü 400 il və daha çox müddətə təmin etməliyik – Paşinyan29.10.2026 15:00 Azərbaycan XİN Türkiyəni təbrik etdi (FOTO)29.10.2026 12:00 Nömrəsini və telefonunu kirayə verənlər cərimələnəcək29.10.2026 09:00 Azərbaycanla NATO hərbi əməkdaşlığın inkişafını müzakirə edib (FOTO/VİDEO)28.10.2026 21:00 Pulsuz hüquqi yardım göstərməyən vəkillər cərimələnəcək28.10.2026 18:00 İran Azərbaycan əsilli rejissora 5 il həbs cəzası verdi28.10.2026 15:00 Mədəniyyətlərarası dialoq – ortaq gələcəyə aparan yol28.10.2026 12:00 Qaradağ rayonunda sel nəticəsində dağılmış körpünün yerində yenisi inşa edilib28.10.2026 09:00 Ramiz Mehdiyev 14 il müddətinə azadlıqdan məhrum edilib27.10.2026 21:00 Məhkəmələrdən mediaya məlumat verəcək şəxs seçildi27.10.2026 18:00
Xəbər xətti

Zəfər günü Zəfər parkında qoyulan abidə ilə taclandırıldı

12.11.2024 13:14 · 0 baxış · rubinroot
REKLAM YERİBanner üçün sahəReklam yerləşdirmək üçün redaksiya ilə əlaqə saxlayın

 

Cənab Prezident İlham Əliyev Zəfər bayramı münasibətilə Azərbaycan xalqını təbrik etdi. Öz qətiətli çıxışı ilə Ermənistana və onun havadarlarına meydan oxudu.Torpaqlarımız 30 il ərzində işğalda olsada, Azərbaycan xalqı bununla heç vaxt barışmadı. Qərb dövlətləri sülh danışıqları ilə bu məsələni yubadır, xalqımızı bu işğalla barşmağa vadar edirdi. Biz bu işğalla barışmayacağımızı  güclü ordu yaradaraq iqtisadi inkişafı təmin edərək göstərdik. Cəmi 44 gün ərzində düşmənin  6-7 müdafiə xəttini yararaq torpaqlarımızı bir-bir işğaldan azad etdik. Dünyaya Azərbaycan xalqının əyilməz ruhunu, gücünü, iradəsini bir daha sübut etdik. Biz düşməni kapitaliyatsiya aktının imzalanmasına məcbur etdik.

Bizdən sonra gələn nəsillər bu tarixi heç vaxt unutmamalıdırlar.Necəki biz Qarabağı 30 il ərzində unutmadıq, bundan sonrada bu tarixi yaddaş heç vaxt yaddaşımızdan çıxmamalıdır.      2020- ci il noyabrın 8-də Şuşa əməliyyatı demək olar ki, düşmənin belini qırmışdı bundan qorxan düşmən kapitaliyatsiya aktını imzalamağa məcbur oldu.

Bu günkü reallıq onu göstərirki, yeganə düzgün addım müharibə idi. Sonrakı vaxtda bir güllə atmadan Ağdam, Kəlbəcər, Laçın rayonları işğaldan azad edildi. Biz Ermənistana seçim haqqı verdik, yenədə düzgün qərar qəbul etdmədilər, torpaqlarımızda terror törətməklə bizi qorxudacaqlarını zənn etdilər, 2023- cü ilin sentyabrında keçirilmiş cəmi bir necə saat davam etmiş antiteror əməliyyatı Ermənistana böyük dərs oldu.

Biz artıq öz torpaqlarımıza qayıdırıq, orada quruculuğ işləri aparırıq. Cənab Prezident İlham Əliyevin məqsədyönlü siyasəti nəticəsində işğaldan azad olunmuş torpaqlara sivilizasiya gəlir. Bu Zəfər günü Zəfər parkında qoyulan abidə ilə taclandırıldı.

 

Ayaz Hüseynov

Suraxanı rayonu, 315 nömrəli tam orta məktəbin tarix müəllimi

↑