Cümə axşamı, 29 Oktyabr 2026 22:33:05 ☀ Bakı · 25°C
REKLAM YERİBanner üçün sahəReklam yerləşdirmək üçün redaksiya ilə əlaqə saxlayın
29 Oktyabr 2026
SON XƏBƏRLƏR
Ceyranbatanda zəhərləndiyi deyilən şagirdlərdə rotavirus aşkarlandı29.10.2026 21:00 Vaşinqtonda “Qlobal körpülər – Azərbaycanı kəşf edək” adlı mədəni-maarifləndirici tədbir keçirilib (FOTO)29.10.2026 18:00 Azərbaycanla sülhü 400 il və daha çox müddətə təmin etməliyik – Paşinyan29.10.2026 15:00 Azərbaycan XİN Türkiyəni təbrik etdi (FOTO)29.10.2026 12:00 Nömrəsini və telefonunu kirayə verənlər cərimələnəcək29.10.2026 09:00 Azərbaycanla NATO hərbi əməkdaşlığın inkişafını müzakirə edib (FOTO/VİDEO)28.10.2026 21:00 Pulsuz hüquqi yardım göstərməyən vəkillər cərimələnəcək28.10.2026 18:00 İran Azərbaycan əsilli rejissora 5 il həbs cəzası verdi28.10.2026 15:00 Mədəniyyətlərarası dialoq – ortaq gələcəyə aparan yol28.10.2026 12:00 Qaradağ rayonunda sel nəticəsində dağılmış körpünün yerində yenisi inşa edilib28.10.2026 09:00 Ramiz Mehdiyev 14 il müddətinə azadlıqdan məhrum edilib27.10.2026 21:00 Məhkəmələrdən mediaya məlumat verəcək şəxs seçildi27.10.2026 18:00 Ceyranbatanda zəhərləndiyi deyilən şagirdlərdə rotavirus aşkarlandı29.10.2026 21:00 Vaşinqtonda “Qlobal körpülər – Azərbaycanı kəşf edək” adlı mədəni-maarifləndirici tədbir keçirilib (FOTO)29.10.2026 18:00 Azərbaycanla sülhü 400 il və daha çox müddətə təmin etməliyik – Paşinyan29.10.2026 15:00 Azərbaycan XİN Türkiyəni təbrik etdi (FOTO)29.10.2026 12:00 Nömrəsini və telefonunu kirayə verənlər cərimələnəcək29.10.2026 09:00 Azərbaycanla NATO hərbi əməkdaşlığın inkişafını müzakirə edib (FOTO/VİDEO)28.10.2026 21:00 Pulsuz hüquqi yardım göstərməyən vəkillər cərimələnəcək28.10.2026 18:00 İran Azərbaycan əsilli rejissora 5 il həbs cəzası verdi28.10.2026 15:00 Mədəniyyətlərarası dialoq – ortaq gələcəyə aparan yol28.10.2026 12:00 Qaradağ rayonunda sel nəticəsində dağılmış körpünün yerində yenisi inşa edilib28.10.2026 09:00 Ramiz Mehdiyev 14 il müddətinə azadlıqdan məhrum edilib27.10.2026 21:00 Məhkəmələrdən mediaya məlumat verəcək şəxs seçildi27.10.2026 18:00
Xəbər xətti

Türk dünyasının birliyi ölkələrin hərtərəfli inkişafı üçün tarixi töhfədir

11.11.2024 08:52 · 1 baxış · rubinroot
REKLAM YERİBanner üçün sahəReklam yerləşdirmək üçün redaksiya ilə əlaqə saxlayın

Türk dünyasının birliyi və türkdilli dövlətlərin güclü ittifaq yaratmaları müasir zamanda bu ölkələrin hərtərəfli inkişafı üçün tarixi töhfədir. Bu birliklərdən biri də Türk Dövlətləri Təşkilatıdır. Prezident İlham Əliyevin noyabrın 6-da Bişkekdə Türk Dövlətləri Təşkilatı Dövlət Başçılarının 11-ci Zirvə görüşündə çıxışı Türk dünyasının real güc mərkəzinə çevriləcəyini proqnozlaşdırmağa əsas verir. Türk dünyası ölkələri arasında əməkdaşlıq intensiv dinamika nümayiş etdirir.

Prezident son iki ildə Qırğız Respublikasına üçüncü dəfə səfər etdi. Türk Dövlətləri Təşkilatının 11-ci Zirvə görüşü “Türk Dünyasını Gücləndirmək: İqtisadi İnteqrasiya, Davamlı İnkişaf, Rəqəmsal Gələcək və hamı üçün Təhlükəsizlik” şüarı altında Qırğızıstanın paytaxtı Bişkek şəhərində keçirildi. Təşkilata üzv ölkələr yenidən bir araya gələrək, sonuncu Zirvə görüşündən keçən dövr ərzində görülmüş işlər və əldə olunmuş nailiyyətləri qiymətləndirəcək, təşkilatın inkişaf etdirilməsi və fəaliyyətinin daha da genişləndirilməsi istiqamətində fikir mübadiləsi apardılar. Bu təşəbbüs təkcə regional əməkdaşlıq deyil, vahid türk dünyasının gücləndirilməsi üçün uğulu addımdır. 2009-cu ildə Naxçıvan Sazişi ilə əsası qoyulan TDT sürətlə öz üzvləri arasında qarşılıqlı etimadı, sülhü və rifahı təşviq etmək üçün dinamik foruma çevrilib. Zirvə görüşündə TDT-də müşahidəçi üzv statusuna malik ölkələrin də dövlət və hökumət başçıları iştirak ediblər. Prezident cənab İlham Əliyev Qırğızıstanın paytaxtı Bişkekdə Türk Dövlətləri Təşkilatı Dövlət Başçılarının 11-ci Zirvə görüşündə çıxışı zamanı bu ilin Türk Dövlətləri Təşkilatının əsasını qoymuş Naxçıvan Sazişinin 15-ci ildönümü olduğunu, təşkilatın bu dövr ərzində uğurlu inkişaf yolu keçdiyini və iyul ayında Şuşa şəhərində keçirilmiş Dövlət başçılarının qeyri-rəsmi Zirvə görüşündə imzalanmış Qarabağ Bəyannaməsi əməkdaşlığın daha da dərinləşməsinə töhfə verdiyini bildirdi. Cənab Prezident  İlham Əliyev qeyd edib ki, Azərbaycan Türk Dövlətləri Təşkilatının möhkəmlənməsi istiqamətində səylərini bundan sonra davam etdirəcək.

Dövlətimizin başçısının xarici siyasəti türkdilli dövlətlərə səfərlərlə zəngindir. Qarşılıqlı səfərlər Türk Dövlətləri Təşkilatının gücünü daha da artırır.

Azərbaycan qardaş türk ölkələri ilə birgə yaratdığı Türk Dövlətləri Təşkilatını öz ailəsi qismində görür və böyük Türk dünyasına mənsub olduğunu qürurla nümayiş etdirir. Şərqlə Qərbin qovşağında yerləşən Azərbaycan türkdilli ölkələr arasında daha sıx əlaqələrin formalaşdırılması kimi strateji hədəfə rəhbərlik edir və beynəlxalq nüfuzunu qlobal sabitliyə töhfə verməklə daha da artırır.

 

Aygün Abbasova

Suraxanı rayonu, 279 nömrəli tam orta məktəbin tarix müəllimi

↑