Cümə axşamı, 29 Oktyabr 2026 21:55:50 ☀ Bakı · 25°C
REKLAM YERİBanner üçün sahəReklam yerləşdirmək üçün redaksiya ilə əlaqə saxlayın
29 Oktyabr 2026
SON XƏBƏRLƏR
Ceyranbatanda zəhərləndiyi deyilən şagirdlərdə rotavirus aşkarlandı29.10.2026 21:00 Vaşinqtonda “Qlobal körpülər – Azərbaycanı kəşf edək” adlı mədəni-maarifləndirici tədbir keçirilib (FOTO)29.10.2026 18:00 Azərbaycanla sülhü 400 il və daha çox müddətə təmin etməliyik – Paşinyan29.10.2026 15:00 Azərbaycan XİN Türkiyəni təbrik etdi (FOTO)29.10.2026 12:00 Nömrəsini və telefonunu kirayə verənlər cərimələnəcək29.10.2026 09:00 Azərbaycanla NATO hərbi əməkdaşlığın inkişafını müzakirə edib (FOTO/VİDEO)28.10.2026 21:00 Pulsuz hüquqi yardım göstərməyən vəkillər cərimələnəcək28.10.2026 18:00 İran Azərbaycan əsilli rejissora 5 il həbs cəzası verdi28.10.2026 15:00 Mədəniyyətlərarası dialoq – ortaq gələcəyə aparan yol28.10.2026 12:00 Qaradağ rayonunda sel nəticəsində dağılmış körpünün yerində yenisi inşa edilib28.10.2026 09:00 Ramiz Mehdiyev 14 il müddətinə azadlıqdan məhrum edilib27.10.2026 21:00 Məhkəmələrdən mediaya məlumat verəcək şəxs seçildi27.10.2026 18:00 Ceyranbatanda zəhərləndiyi deyilən şagirdlərdə rotavirus aşkarlandı29.10.2026 21:00 Vaşinqtonda “Qlobal körpülər – Azərbaycanı kəşf edək” adlı mədəni-maarifləndirici tədbir keçirilib (FOTO)29.10.2026 18:00 Azərbaycanla sülhü 400 il və daha çox müddətə təmin etməliyik – Paşinyan29.10.2026 15:00 Azərbaycan XİN Türkiyəni təbrik etdi (FOTO)29.10.2026 12:00 Nömrəsini və telefonunu kirayə verənlər cərimələnəcək29.10.2026 09:00 Azərbaycanla NATO hərbi əməkdaşlığın inkişafını müzakirə edib (FOTO/VİDEO)28.10.2026 21:00 Pulsuz hüquqi yardım göstərməyən vəkillər cərimələnəcək28.10.2026 18:00 İran Azərbaycan əsilli rejissora 5 il həbs cəzası verdi28.10.2026 15:00 Mədəniyyətlərarası dialoq – ortaq gələcəyə aparan yol28.10.2026 12:00 Qaradağ rayonunda sel nəticəsində dağılmış körpünün yerində yenisi inşa edilib28.10.2026 09:00 Ramiz Mehdiyev 14 il müddətinə azadlıqdan məhrum edilib27.10.2026 21:00 Məhkəmələrdən mediaya məlumat verəcək şəxs seçildi27.10.2026 18:00
Xəbər xətti

Bayraq mənliyimdir, Bayraq kimliyim, Bayraq öz yurduma hakimliyim!

09.11.2024 08:08 · 0 baxış · rubinroot
REKLAM YERİBanner üçün sahəReklam yerləşdirmək üçün redaksiya ilə əlaqə saxlayın

Azərbaycanın dövlət atributlarının, xüsusilə bayrağının önəmi böyükdür.

9 noyabr – Azərbaycan Respublikası Bayrağı Günü, müstəqil Azərbaycanın milli kimliyinin və dövlətçiliyinin simvolu olaraq hər il böyük coşqu ilə qeyd olunur. Bu gün ölkəmizin tarixi və siyasi həyatında xüsusi bir yer tutan, xalqın mübarizəsinin və qələbəsinin rəmzi olan bayrağın, onun tarixinin və əhəmiyyətinin xatırlanması üçün vacibdir.

2009-cu il noyabrın 17-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev  hər il noyabrın 9-u Dövlət Bayrağı Günü kimi qeyd edilməsini xüsusi sərəncamla imzalamışdır. Prezidentin bu addımını xalqımız Azərbaycan dövlətçiliyinə və onun rəmzlərinə xüsusi hörmət və ehtiramı kimi qəbul etmişdir.

Dövlət Bayrağı Gününün qeyd olunması tarixi XX əsrin əvvəllərinə aiddir.

1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti qurularkən, dövlətin rəmzi olaraq üçrəngli bayraq qəbul edildi. Bu bayrağın rəngləri: mavi, qırmızı və yaşıl idi. Bayrağın mavi rəngi Türk mənşəli xalqımızın milli istiqlaliyyətini, qırmızı rəngi demokratikləşmə və inkişaf prosesini, yaşıl rəngi isə İslam dini ilə bağlılığını ifadə edirdi.

Sovet İttifaqının tərkibində olduğu dövrdə  Azərbaycan bayrağı dəyişdirildi. Lakin Suverenliyimizi bərpa etdiyimiz ildə -1990-cı il noyabrın 17-də Ümümmilli Liderimiz Heydər Əliyevin təşəbbüsü  və rəhbərliyi ilə keçirilən sessiyada, Naxçıvan  Muxtar  Respublikasının  Ali məclisində Dövlət Bayrağı olaraq yenidən üçrəngli bayrağımız təsdiq edilmişdir. Ulu öndərin: “Milli bayraq 1918-ci ildə Xalq Cümhuriyyəti tərəfindən qəbul edilmiş üçrəngli bayraqdır. Bu bayrağı sessiyanın salonuna gətirdik, başımızın üstünə vurduq.” sözləri hər bir vətəndaşımızın xatirindədir. Beləliklə, 9 noyabr Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü kimi rəsmiləşdirildi.

Ən müqəddəs rəmzlərdən olan bayraq millətin varlığının, müstəqil dövlətə sahib çıxmaq bacarığının əsas göstəricisidir. Özünütəsdiq simvolu olan bayraq hər bir Azərbaycan vətəndaşı üçün qürur və güvənc yeridir. Dünya dövlətləri bayraqları sırasında şərəfli yer tutan Dövlət bayrağımız bu gün bütün dünya azərbaycanlılarının həmrəylik və azərbaycançılıq məfkurəsinə çevrilib. Bu gün üçrəngli bayrağımız beynəlxalq təşkilatların iqamətgahları qarşısında mavi göylərdə dalğalanır.

Qalibiyyət rəmzi olan üçrəngli bayrağımızın işğaldan azad edilmiş torpaqlarımızda dalğalanması ərazi bütövlüyünün, xalqın azadlıq uğrunda mübarizəsinin təcəssümü kimi dəyərləndirilir. Müzəffər Ali Baş Komandan İlham Əliyevin tarixi Zəfərimizdən dərhal sonra işğaldan azad edilmiş torpaqlarımızda Azərbaycan Bayrağını ucaldaraq: “Bayrağımız eşidilən səsimiz, duyulan nəfəsimizdir” səsləndirdiyi ifadə hər bir vətəndaşın yaxşı yadındadır. Bayraq  Azərbaycan dövlətinin suverenliyini və ərazi bütövlüyünü qorumaq üçün xalqın birliyini ifadə edən önəmli bir simvoldur.

Bu gün Bayraq Günü  bütün ölkə üzrə müxtəlif tədbirlər, bayram mərasimləri, sərgilər və bədii proqramlar ilə qeyd edilir. Məqsəd, bayrağın rəmzi olaraq daima ucalığını qorumaq və xalqın birliyini möhkəmləndirməkdir. Bayrağın dalğalanması, həmçinin müstəqil Azərbaycanın dünya birliyində tanınmasının göstəricisidir.

9 noyabr – Azərbaycan Respublikası Bayrağı Günü  yalnız bir bayraq gününün qeyd olunması deyil, həm də müstəqil Azərbaycanın simvolunun, azadlıq və vətən sevgisinin təcəssümü olan bu günün xalq arasında güclü milli şüur yaratmaq məqsədini güdür. Hər bir azərbaycanlı bu bayrağa hörmətlə yanaşmalı, onun əhəmiyyətini daim dərindən dərk etməli və gələcək nəsillərə düzgün şəkildə ötürməlidir. Ulu Öndərin sözləri ilə desək: “Biz öz himnimizi, bayrağımızı özümüz qədər sevməliyik. Çünki bu, bizim vətənimizə, millətimizə, dövlətimizə olan sədaqət, sevgi və məhəbbətin rəmzidir”.

 

 

 Kərəm Mehdiyev              

Suraxanı rayonu, 104 №li tam orta məktəbin direktoru

↑