Cümə axşamı, 29 Oktyabr 2026 21:59:56 ☀ Bakı · 25°C
REKLAM YERİBanner üçün sahəReklam yerləşdirmək üçün redaksiya ilə əlaqə saxlayın
29 Oktyabr 2026
SON XƏBƏRLƏR
Ceyranbatanda zəhərləndiyi deyilən şagirdlərdə rotavirus aşkarlandı29.10.2026 21:00 Vaşinqtonda “Qlobal körpülər – Azərbaycanı kəşf edək” adlı mədəni-maarifləndirici tədbir keçirilib (FOTO)29.10.2026 18:00 Azərbaycanla sülhü 400 il və daha çox müddətə təmin etməliyik – Paşinyan29.10.2026 15:00 Azərbaycan XİN Türkiyəni təbrik etdi (FOTO)29.10.2026 12:00 Nömrəsini və telefonunu kirayə verənlər cərimələnəcək29.10.2026 09:00 Azərbaycanla NATO hərbi əməkdaşlığın inkişafını müzakirə edib (FOTO/VİDEO)28.10.2026 21:00 Pulsuz hüquqi yardım göstərməyən vəkillər cərimələnəcək28.10.2026 18:00 İran Azərbaycan əsilli rejissora 5 il həbs cəzası verdi28.10.2026 15:00 Mədəniyyətlərarası dialoq – ortaq gələcəyə aparan yol28.10.2026 12:00 Qaradağ rayonunda sel nəticəsində dağılmış körpünün yerində yenisi inşa edilib28.10.2026 09:00 Ramiz Mehdiyev 14 il müddətinə azadlıqdan məhrum edilib27.10.2026 21:00 Məhkəmələrdən mediaya məlumat verəcək şəxs seçildi27.10.2026 18:00 Ceyranbatanda zəhərləndiyi deyilən şagirdlərdə rotavirus aşkarlandı29.10.2026 21:00 Vaşinqtonda “Qlobal körpülər – Azərbaycanı kəşf edək” adlı mədəni-maarifləndirici tədbir keçirilib (FOTO)29.10.2026 18:00 Azərbaycanla sülhü 400 il və daha çox müddətə təmin etməliyik – Paşinyan29.10.2026 15:00 Azərbaycan XİN Türkiyəni təbrik etdi (FOTO)29.10.2026 12:00 Nömrəsini və telefonunu kirayə verənlər cərimələnəcək29.10.2026 09:00 Azərbaycanla NATO hərbi əməkdaşlığın inkişafını müzakirə edib (FOTO/VİDEO)28.10.2026 21:00 Pulsuz hüquqi yardım göstərməyən vəkillər cərimələnəcək28.10.2026 18:00 İran Azərbaycan əsilli rejissora 5 il həbs cəzası verdi28.10.2026 15:00 Mədəniyyətlərarası dialoq – ortaq gələcəyə aparan yol28.10.2026 12:00 Qaradağ rayonunda sel nəticəsində dağılmış körpünün yerində yenisi inşa edilib28.10.2026 09:00 Ramiz Mehdiyev 14 il müddətinə azadlıqdan məhrum edilib27.10.2026 21:00 Məhkəmələrdən mediaya məlumat verəcək şəxs seçildi27.10.2026 18:00
Xəbər xətti

Azərbaycan Bayrağı – Bir Vətənin, Bir Millətin Qüruru

09.11.2024 07:59 · 0 baxış · rubinroot
REKLAM YERİBanner üçün sahəReklam yerləşdirmək üçün redaksiya ilə əlaqə saxlayın

Hər bir bayraq rəngləri və simvolları ilə öz xalqının ruhunu, tarixi və müstəqillik mübarizəsini əks etdirir. Azərbaycan bayrağı da bizim millətimizin qəlbində ən dərin duyğuları oyadan, müqəddəs bir simvoldur. Üçrəngli bayrağımızın  hər bir rənginin arxasında min illik bir tarix, əzm və qürur dolu bir mənəvi miras yatır.

Ulu Öndər Heydər Əliyev deyirdi: “Azərbaycan Bayrağı, sadəcə bayraq deyil. O, bizim dövlətçiliyimizin, müstəqilliyimizin rəmzidir.” Bu sözlər hər bir Azərbaycan vətəndaşının bayrağımıza necə hörmət və sevgi ilə yanaşmasının dəyərli ifadəsidir. Bayrağımız yalnız dalğalanan bir simvol deyil, həm də hər birimizin ruhunda dərin iz buraxan bir əmanətdir.

9 noyabr – Dövlət Bayrağı Günü bizim üçün sıradan bir gün deyil. Bu gün, bizə istiqlal mübarizəmizin hər anını, xalqımızın yenilməz iradəsini xatırladır. Bayrağımızın ucaldığı hər yer bizim suverenliyimizin, azadlığımızın, mədəni irsimizin bir parçasıdır. Azərbaycan bayrağının dalğalanması hər birimizin milli ruhunu, birliyini və gələcəyə inamını daha da gücləndirir.

Azərbaycan xalqı üçün bayraq, sadəcə bir parça deyil; o, vətən sevgisinin, azadlıq mübarizəsinin, müstəqillik uğrunda çəkilən çətinliklərin və ən nəhayət, qazanılan zəfərin simvoludur. Bu bayraq dalğalanarkən, Azərbaycan xalqı daha da birləşir, qüdrətinə qüvvət qatır, gələcək nəsillərə azadlıq uğrunda çəkilən mübarizəni ilham olaraq ötürür.

Gəlin, hər zaman bu müqəddəs rəmzi sevin, qoruyun və ona layiq vətəndaş olaq. Bayrağımız dalğalandıqca, Azərbaycan var olacaq və bizim birliyimizdən doğan qüvvət dünya səhnəsində parlaq bir ulduz kimi əbədi qalacaq.

 

Gülər Rəhimova

 Suraxanı rayonu, 89 nömrəli tam orta məktəbin Azərbaycan dili və Ədəbiyyat müəllimi

 

↑