Cümə axşamı, 29 Oktyabr 2026 17:30:08 ☀ Bakı · 25°C
REKLAM YERİBanner üçün sahəReklam yerləşdirmək üçün redaksiya ilə əlaqə saxlayın
29 Oktyabr 2026
SON XƏBƏRLƏR
Azərbaycanla sülhü 400 il və daha çox müddətə təmin etməliyik – Paşinyan29.10.2026 15:00 Azərbaycan XİN Türkiyəni təbrik etdi (FOTO)29.10.2026 12:00 Nömrəsini və telefonunu kirayə verənlər cərimələnəcək29.10.2026 09:00 Azərbaycanla NATO hərbi əməkdaşlığın inkişafını müzakirə edib (FOTO/VİDEO)28.10.2026 21:00 Pulsuz hüquqi yardım göstərməyən vəkillər cərimələnəcək28.10.2026 18:00 İran Azərbaycan əsilli rejissora 5 il həbs cəzası verdi28.10.2026 15:00 Mədəniyyətlərarası dialoq – ortaq gələcəyə aparan yol28.10.2026 12:00 Qaradağ rayonunda sel nəticəsində dağılmış körpünün yerində yenisi inşa edilib28.10.2026 09:00 Ramiz Mehdiyev 14 il müddətinə azadlıqdan məhrum edilib27.10.2026 21:00 Məhkəmələrdən mediaya məlumat verəcək şəxs seçildi27.10.2026 18:00 Baş prokuror Misir və Maldivin antikorrupsiya qurumlarının rəhbərləri ilə görüşüb (FOTO)27.10.2026 15:00 Prezident İlham Əliyevin regional siyasəti Azərbaycan-Niderland əlaqələrinə yeni imkanlar açır – Azər Qarayev27.10.2026 12:00 Azərbaycanla sülhü 400 il və daha çox müddətə təmin etməliyik – Paşinyan29.10.2026 15:00 Azərbaycan XİN Türkiyəni təbrik etdi (FOTO)29.10.2026 12:00 Nömrəsini və telefonunu kirayə verənlər cərimələnəcək29.10.2026 09:00 Azərbaycanla NATO hərbi əməkdaşlığın inkişafını müzakirə edib (FOTO/VİDEO)28.10.2026 21:00 Pulsuz hüquqi yardım göstərməyən vəkillər cərimələnəcək28.10.2026 18:00 İran Azərbaycan əsilli rejissora 5 il həbs cəzası verdi28.10.2026 15:00 Mədəniyyətlərarası dialoq – ortaq gələcəyə aparan yol28.10.2026 12:00 Qaradağ rayonunda sel nəticəsində dağılmış körpünün yerində yenisi inşa edilib28.10.2026 09:00 Ramiz Mehdiyev 14 il müddətinə azadlıqdan məhrum edilib27.10.2026 21:00 Məhkəmələrdən mediaya məlumat verəcək şəxs seçildi27.10.2026 18:00 Baş prokuror Misir və Maldivin antikorrupsiya qurumlarının rəhbərləri ilə görüşüb (FOTO)27.10.2026 15:00 Prezident İlham Əliyevin regional siyasəti Azərbaycan-Niderland əlaqələrinə yeni imkanlar açır – Azər Qarayev27.10.2026 12:00
Xəbər xətti

Suraxanı Rayon İcra Hakimiyyətinin fəaliyyət istiqamətlərinə və səlahiyyətlərinə uyğun olaraq göstərdiyi xidmətlərlə bağlı məlumatlar

10.10.2024 15:08 · 0 baxış · rubinroot
REKLAM YERİBanner üçün sahəReklam yerləşdirmək üçün redaksiya ilə əlaqə saxlayın

     Suraxanı Rayon İcra Hakimiyyətinin fəaliyyət istiqamətlərinə və səlahiyyətlərinə uyğun olaraq göstərdiyi xidmətlərlə bağlı məlumatlar, o cümlədən xidmətin həyata keçirilməsi üçün tələb olunan sənədlər və onların təqdim edilmə forması Elektron Reyestr informasiya sisteminə (dxr.az) daxil edilmişdir

“Dövlət orqanları tərəfindən həyata keçirilən xidmətlərin Elektron Reyestrinin yaradılması ilə bağlı tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 11 sentyabr tarixli 262 nömrəli Fərmanının 3-cü hissəsinin və “Dövlət Xidmətlərinin Elektron Reyestrinin aparılması Qaydaları”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 9 fevral tarixli 32 nömrəli Qərarının 2-ci hissəsinin icrası ilə əlaqədar Bakı şəhəri Suraxanı Rayon İcra Hakimiyyətinin fəaliyyət istiqamətlərinə və səlahiyyətlərinə uyğun olaraq göstərdiyi 18 xidmət Elektron Reyestr (dxr.az) informasiya sisteminə daxil edilmiş və təsdiqlənmişdir. Həmin xidmətlər Rayon İcra Hakimiyyətinin rəsmi internet səhifəsində (http://surakhani-ih.gov.az/az –  xidmətlər bölməsi) və məlumat lövhəsində yerləşdirilmiş, rəsmi internet səhifəsində xidmət ilə bağlı məlumatın Dövlət Xidmətlərinin Elektron Reyestrinə keçid vasitəsilə verilməsi (http://surakhani-ih.gov.az/az/xidmetler.html) təmin edilmişdir. Rayon İcra Hakimiyyətində göstərilən xidmətlərlə barədə məlumatlar, tələb olunan sənədlər və ərizə formalarə sizə təqdim olunur.

 

 

 

Vətəndaşlara ailə vəziyyətini təsdiq edən arayışlar və digər arayışların verilməsi xidməti

barədə

Azərbaycan Respublikasının vətəndaşı üçün xidmətin həyata keçirilməsində tələb olunan

sənədlər

 

Şəxsiyyəti təsdiq edən sənəd

 

Qeyri-Elektron xidmətin həyata keçirilməsi üçün inzibati prosedurlar

Rayon üzrə qeydiyyatda olan vətəndaş şəxsiyyəti təsdiq edən sənənədi təqdim etməklə inzibati ərazi dairəsi üzrə nümayəndəlikdən ailə vəziyyətini təsdiq edən və digər arayışlar əldə edə bilər. Qeyd: Yeni nəsil vəsiqə olduğu zaman Asan xidmət mərkəzlərindən yaşyış yeri üzrə arayış almaqla müvafiq ƏİD üzrə nümayəndəlikdən ailə vəziyyətini təsdiq edən arayışlar və digər arayışlar əldə etmək mümkündür.

 

Yaşıllıqların götürülməsi haqqında qərarın verilməsi xidməti barədə

Tələb olunan sənədlər:

 

  1. Ərizə;
  2. Hüquqi şəxsin dövlət qeydiyyatı haqqında şəhadətnaməsinin surəti;
  3. Fiziki şəxsin şəxsiyyət vəsiqəsinin surəti;
  4. Hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxsin vergi uçotu haqqında şəhadətnamənin surəti;
  5. Daşınmaz əmlak üzərində mülkiyyət hüququnu təsdiq edən sənəd;
  6. Daşınmaz əmlakın icarədə olmasını təsdiq edən sənəd;
  7. Daşınmaz əmlakın istifadədə olmasını təsdiq edən sənəd;
  8. Yaşıllığın götürülməsinin əsaslandırılması.

 

– “Yaşıllıqların mühafizəsi haqqında” Azərbaycan Respublikasının Qanununun 13-cü maddəsi;

– Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 30 avqust tarixli 321 nömrəli Qərarı ilə təsdiq edilmiş “Yaşıllıqların götürülməsi Qaydası”.

 

Müraciət edən verilən cavabla (qəbul edilən qərarla) razı olmadıqda müraciətini məhkəmə qaydasında mübahisələndirə bilər.

Nikah yaşının azaldılması  xidməti barədə

Tələb olunan sənədlər:

  1.   Hər iki valideyn tərəfindən Yasamal rayon İcra Hakimiyyəti başçısının adına ərizə;
  2.   Yaşayış yerindən arayış (valideynlərin və nikaha daxil olanların);
  3.   Nikaha daxil olanların ərizələri;
  4.   Nikaha daxil olanların doğum haqqında şəhadətnamələri və şəxsiyyət vəsiqələri;
  5.   Nikaha daxil olanın valideynlərinin şəxsiyyət vəsiqələri
  6.   Nikaha daxil olanın valideynlərinin nikah haqqında şəhadətnamələri;
  7.   Nikaha daxil olanların sağlamlıq haqqında arayışları.

 

            Azərbaycan Respublikasının “Ailə Məcəlləsi”nin 10-cu maddəsinin tələbləri nəzərə alınmaqla;

            Müraciət edən verilən cavabla (qəbul edilən qərarla) razı olmadıqda müraciətini məhkəmə qaydasında     mübahisələndirə bilər.

 

Yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə və qeyri-yaşayış sahəsinin

yaşayış sahəsinə keçirilməsi

 

Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 21.1-ci maddəsi;

Müraciət edən verilən cavabla (qəbul edilən qərarla) razı olmadıqda müraciətini məhkəmə qaydasında mübahisələndirə bilər.

 

Tələb olunan sənədlər:

  1. Sahənin keçirilməsi haqqında ərizə (ərizədə yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə keçirilməsinin məqsədləri göstərilməlidir)
  2. Keçirilən sahənin texniki təsviri göstərilməklə planı (keçirilən sahə yaşayış sahəsi olduqda onun texniki pasportu)
  3. Keçirilən sahənin yerləşdiyi binanın mərtəbəli planı
  4. Keçirilən sahə üzərinə hüquqları müəyyənləşdirən sənədlər

 

↑