Cümə axşamı, 29 Oktyabr 2026 21:01:52 ☀ Bakı · 25°C
REKLAM YERİBanner üçün sahəReklam yerləşdirmək üçün redaksiya ilə əlaqə saxlayın
29 Oktyabr 2026
SON XƏBƏRLƏR
Ceyranbatanda zəhərləndiyi deyilən şagirdlərdə rotavirus aşkarlandı29.10.2026 21:00 Vaşinqtonda “Qlobal körpülər – Azərbaycanı kəşf edək” adlı mədəni-maarifləndirici tədbir keçirilib (FOTO)29.10.2026 18:00 Azərbaycanla sülhü 400 il və daha çox müddətə təmin etməliyik – Paşinyan29.10.2026 15:00 Azərbaycan XİN Türkiyəni təbrik etdi (FOTO)29.10.2026 12:00 Nömrəsini və telefonunu kirayə verənlər cərimələnəcək29.10.2026 09:00 Azərbaycanla NATO hərbi əməkdaşlığın inkişafını müzakirə edib (FOTO/VİDEO)28.10.2026 21:00 Pulsuz hüquqi yardım göstərməyən vəkillər cərimələnəcək28.10.2026 18:00 İran Azərbaycan əsilli rejissora 5 il həbs cəzası verdi28.10.2026 15:00 Mədəniyyətlərarası dialoq – ortaq gələcəyə aparan yol28.10.2026 12:00 Qaradağ rayonunda sel nəticəsində dağılmış körpünün yerində yenisi inşa edilib28.10.2026 09:00 Ramiz Mehdiyev 14 il müddətinə azadlıqdan məhrum edilib27.10.2026 21:00 Məhkəmələrdən mediaya məlumat verəcək şəxs seçildi27.10.2026 18:00 Ceyranbatanda zəhərləndiyi deyilən şagirdlərdə rotavirus aşkarlandı29.10.2026 21:00 Vaşinqtonda “Qlobal körpülər – Azərbaycanı kəşf edək” adlı mədəni-maarifləndirici tədbir keçirilib (FOTO)29.10.2026 18:00 Azərbaycanla sülhü 400 il və daha çox müddətə təmin etməliyik – Paşinyan29.10.2026 15:00 Azərbaycan XİN Türkiyəni təbrik etdi (FOTO)29.10.2026 12:00 Nömrəsini və telefonunu kirayə verənlər cərimələnəcək29.10.2026 09:00 Azərbaycanla NATO hərbi əməkdaşlığın inkişafını müzakirə edib (FOTO/VİDEO)28.10.2026 21:00 Pulsuz hüquqi yardım göstərməyən vəkillər cərimələnəcək28.10.2026 18:00 İran Azərbaycan əsilli rejissora 5 il həbs cəzası verdi28.10.2026 15:00 Mədəniyyətlərarası dialoq – ortaq gələcəyə aparan yol28.10.2026 12:00 Qaradağ rayonunda sel nəticəsində dağılmış körpünün yerində yenisi inşa edilib28.10.2026 09:00 Ramiz Mehdiyev 14 il müddətinə azadlıqdan məhrum edilib27.10.2026 21:00 Məhkəmələrdən mediaya məlumat verəcək şəxs seçildi27.10.2026 18:00
Xəbər xətti

Qazi və şəhid ailələrinə dövlət tərəfindən lazımi köməklik göstərilməkdədir

05.11.2024 08:57 · 0 baxış · rubinroot
REKLAM YERİBanner üçün sahəReklam yerləşdirmək üçün redaksiya ilə əlaqə saxlayın

44 günlük Vətən Müharibəsindən sonra Azərbaycan dövləti şəhid ailələrinə və müharibə iştirakçılarına göstərilən qayğını dövlət siyasətinin prioritet istiqamətinə çevirib. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən bu siyasət Azərbaycanı dünya miqyasında müharibə iştirakçılarına və şəhid ailələrinə münasibətdə nümunəvi ölkəyə çevirib.
Vətən müharibəsində qazanılan qələbənin əbədiləşdirilməsi məqsədilə “Zəfər” və “Qarabağ” ordenləri ilə yanaşı, 15 yeni medal təsis edilmişdir. Bu təltiflər müharibədə göstərilən qəhrəmanlığın və şücaətin dövlət səviyyəsində qiymətləndirilməsinin təzahürüdür.
Prezident İlham Əliyevin imzaladığı sərəncamlarla 160 minə yaxın müharibə iştirakçısı müxtəlif orden və medallarla təltif olunub. Bu təltiflər həm də gələcək nəsillər üçün vətənpərvərlik nümunəsidir və qəhrəmanlığın əbədiləşdirilməsinə xidmət edir.
Bakıda inşa olunan Vətən müharibəsi memorial kompleksi və Zəfər muzeyi Azərbaycan əsgərinin İkinci Qarabağ müharibəsində göstərdiyi misilsiz qəhrəmanlığın və qazanılan möhtəşəm tarixi Zəfərin rəmzinə çevrilib.
Müharibədən sonrakı dövrdə qazilərin reabilitasiyası xüsusi diqqət mərkəzində olub. Müharibə dövründə əlini, qolunu itirmiş qazilərimiz üçün ən müasir protezlər sifariş edilib və onların istifadəsinə verilib. Psixoloji dəstək və reabilitasiya xidmətləri də geniş miqyasda həyata keçirilir. Bu xidmətlər müharibə iştirakçılarının normal həyata qayıtmasına və psixoloji travmaların aradan qaldırılmasına yönəlib.
Ümumilikdə, postmüharibə dövründə həyata keçirilən sosial dəstək paketi 130 min şəxsi əhatə edib və onlara 358 min xidmət göstərilib. Bu göstəricilər Azərbaycan dövlətinin öz vətəndaşlarına, xüsusilə də Vətən müharibəsi iştirakçılarına və şəhid ailələrinə göstərdiyi yüksək qayğının əyani sübutudur.

Roman Səfərov
Suraxanı RİHB-nın Yeni Suraxanı qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəsi

↑