Cümə axşamı, 29 Oktyabr 2026 17:30:57 ☀ Bakı · 25°C
REKLAM YERİBanner üçün sahəReklam yerləşdirmək üçün redaksiya ilə əlaqə saxlayın
29 Oktyabr 2026
SON XƏBƏRLƏR
Azərbaycanla sülhü 400 il və daha çox müddətə təmin etməliyik – Paşinyan29.10.2026 15:00 Azərbaycan XİN Türkiyəni təbrik etdi (FOTO)29.10.2026 12:00 Nömrəsini və telefonunu kirayə verənlər cərimələnəcək29.10.2026 09:00 Azərbaycanla NATO hərbi əməkdaşlığın inkişafını müzakirə edib (FOTO/VİDEO)28.10.2026 21:00 Pulsuz hüquqi yardım göstərməyən vəkillər cərimələnəcək28.10.2026 18:00 İran Azərbaycan əsilli rejissora 5 il həbs cəzası verdi28.10.2026 15:00 Mədəniyyətlərarası dialoq – ortaq gələcəyə aparan yol28.10.2026 12:00 Qaradağ rayonunda sel nəticəsində dağılmış körpünün yerində yenisi inşa edilib28.10.2026 09:00 Ramiz Mehdiyev 14 il müddətinə azadlıqdan məhrum edilib27.10.2026 21:00 Məhkəmələrdən mediaya məlumat verəcək şəxs seçildi27.10.2026 18:00 Baş prokuror Misir və Maldivin antikorrupsiya qurumlarının rəhbərləri ilə görüşüb (FOTO)27.10.2026 15:00 Prezident İlham Əliyevin regional siyasəti Azərbaycan-Niderland əlaqələrinə yeni imkanlar açır – Azər Qarayev27.10.2026 12:00 Azərbaycanla sülhü 400 il və daha çox müddətə təmin etməliyik – Paşinyan29.10.2026 15:00 Azərbaycan XİN Türkiyəni təbrik etdi (FOTO)29.10.2026 12:00 Nömrəsini və telefonunu kirayə verənlər cərimələnəcək29.10.2026 09:00 Azərbaycanla NATO hərbi əməkdaşlığın inkişafını müzakirə edib (FOTO/VİDEO)28.10.2026 21:00 Pulsuz hüquqi yardım göstərməyən vəkillər cərimələnəcək28.10.2026 18:00 İran Azərbaycan əsilli rejissora 5 il həbs cəzası verdi28.10.2026 15:00 Mədəniyyətlərarası dialoq – ortaq gələcəyə aparan yol28.10.2026 12:00 Qaradağ rayonunda sel nəticəsində dağılmış körpünün yerində yenisi inşa edilib28.10.2026 09:00 Ramiz Mehdiyev 14 il müddətinə azadlıqdan məhrum edilib27.10.2026 21:00 Məhkəmələrdən mediaya məlumat verəcək şəxs seçildi27.10.2026 18:00 Baş prokuror Misir və Maldivin antikorrupsiya qurumlarının rəhbərləri ilə görüşüb (FOTO)27.10.2026 15:00 Prezident İlham Əliyevin regional siyasəti Azərbaycan-Niderland əlaqələrinə yeni imkanlar açır – Azər Qarayev27.10.2026 12:00
Xəbər xətti

Milli Məclisin sədr müavini “Xocalı soyqırımı zamanı ABŞ konqresmenləri harada idi?”

08.10.2024 09:27 · 0 baxış · rubinroot
REKLAM YERİBanner üçün sahəReklam yerləşdirmək üçün redaksiya ilə əlaqə saxlayın

“Onlar başa düşməlidirlər ki, insan hüquqlarından danışarkən Qərbi Azərbaycanda – tarixi torpaqlarından vəhşicəsinə qovulan, dağlarda və daşlarda həyatlarını itirən, Xocalıda soyqırıma məruz qalanlar da yaşamaq haqqına sahib idilər. Bəs o zaman həmin konqresmenlər harada idi?”

Bu sözləri Milli Məclisin sədr müavini Musa Qasımlı deputatların xarici işlər naziri Ceyhun Bayramova ABŞ ilə sazişlərə xitam verilməsi barədə müraciətini şərh edərkən dedi. Onun sözlərinə görə, ABŞ konqresmenləri Azərbaycanın müstəqil xarici siyasət yürütməsini istəmirlər:

“Milli Məclisin bir qrup deputatının xarici işlər naziri Ceyhun Bayramova müraciət ünvanlamasının səbəbləri aydındır. Amerika Birləşmiş Ştatları Senatının 10, Konqresinin 48 üzvünün dövlət katibi Entoni Blinkenə ünvanladığı müraciət yaranmış vəziyyətin əsas səbəbidir. Konqresmenlərin ünvanladığı müraciət beynəlxalq hüququn, haqq və ədalətin ayaqlar altına atılmasıdır. Onlar Azərbaycanın müstəqil xarici siyasət yürütməsini, işğal altında qalmış torpaqlarını azad etməsini istəməyən şəxslərdir. Konqresmenlərin bu müraciəti Amerika Birləşmiş Ştatlarını gözdən düşürür. Xocalı qatilləri, terrorçular Azərbaycan ərazisində hansı işi görmüşdülərsə və bu gün müvafiq dövlət orqanlarımız tərəfindən saxlanılıblarsa, bu, Azərbaycan qanunlarına və beynəlxalq hüquqa tamamilə uyğundur”.

Vitse-spiker qeyd etdi ki, terrorçulara qarşı Azərbaycanın atdığı addımlar tamamilə düzgündür.

“Onların Nyu-Yorkda Dünya Ticarət Mərkəzini partladan terrorçulardan heç bir fərqi yoxdur. Dünyada yaxşı və pis terrorçu olmamalıdır. Konqresmenlərin müraciəti Amerika Birləşmiş Ştatlarının maraqlarına ziddir. Yaranmış vəziyyətin səbəbkarı Azərbaycan deyildir. Bütün bunlar üçün məsuliyyət belə addımları atan şəxslərin və qurumların üstünə düşür. Onlar Cənubi Qafqazı yenidən qarışdırmaq istəyirlər. Belə olduğu halda Azərbaycanın atdığı addımlar tamamilə düzgündür. İstənilən dövlət Azərbaycanla yalnız bərabərhüquqlu münasibətlər qura bilər. Azərbaycanla hökm dili ilə danışmağı kimsə qəbul etmir. Ona görə də Milli Məclis deputatlarının xarici işlər nazirinə ünvanladığı məktub ictimaiyyətin ürəyincədir”, – deyə Musa Qasımlı bildirdi.

↑