Cümə axşamı, 29 Oktyabr 2026 17:30:10 ☀ Bakı · 25°C
REKLAM YERİBanner üçün sahəReklam yerləşdirmək üçün redaksiya ilə əlaqə saxlayın
29 Oktyabr 2026
SON XƏBƏRLƏR
Azərbaycanla sülhü 400 il və daha çox müddətə təmin etməliyik – Paşinyan29.10.2026 15:00 Azərbaycan XİN Türkiyəni təbrik etdi (FOTO)29.10.2026 12:00 Nömrəsini və telefonunu kirayə verənlər cərimələnəcək29.10.2026 09:00 Azərbaycanla NATO hərbi əməkdaşlığın inkişafını müzakirə edib (FOTO/VİDEO)28.10.2026 21:00 Pulsuz hüquqi yardım göstərməyən vəkillər cərimələnəcək28.10.2026 18:00 İran Azərbaycan əsilli rejissora 5 il həbs cəzası verdi28.10.2026 15:00 Mədəniyyətlərarası dialoq – ortaq gələcəyə aparan yol28.10.2026 12:00 Qaradağ rayonunda sel nəticəsində dağılmış körpünün yerində yenisi inşa edilib28.10.2026 09:00 Ramiz Mehdiyev 14 il müddətinə azadlıqdan məhrum edilib27.10.2026 21:00 Məhkəmələrdən mediaya məlumat verəcək şəxs seçildi27.10.2026 18:00 Baş prokuror Misir və Maldivin antikorrupsiya qurumlarının rəhbərləri ilə görüşüb (FOTO)27.10.2026 15:00 Prezident İlham Əliyevin regional siyasəti Azərbaycan-Niderland əlaqələrinə yeni imkanlar açır – Azər Qarayev27.10.2026 12:00 Azərbaycanla sülhü 400 il və daha çox müddətə təmin etməliyik – Paşinyan29.10.2026 15:00 Azərbaycan XİN Türkiyəni təbrik etdi (FOTO)29.10.2026 12:00 Nömrəsini və telefonunu kirayə verənlər cərimələnəcək29.10.2026 09:00 Azərbaycanla NATO hərbi əməkdaşlığın inkişafını müzakirə edib (FOTO/VİDEO)28.10.2026 21:00 Pulsuz hüquqi yardım göstərməyən vəkillər cərimələnəcək28.10.2026 18:00 İran Azərbaycan əsilli rejissora 5 il həbs cəzası verdi28.10.2026 15:00 Mədəniyyətlərarası dialoq – ortaq gələcəyə aparan yol28.10.2026 12:00 Qaradağ rayonunda sel nəticəsində dağılmış körpünün yerində yenisi inşa edilib28.10.2026 09:00 Ramiz Mehdiyev 14 il müddətinə azadlıqdan məhrum edilib27.10.2026 21:00 Məhkəmələrdən mediaya məlumat verəcək şəxs seçildi27.10.2026 18:00 Baş prokuror Misir və Maldivin antikorrupsiya qurumlarının rəhbərləri ilə görüşüb (FOTO)27.10.2026 15:00 Prezident İlham Əliyevin regional siyasəti Azərbaycan-Niderland əlaqələrinə yeni imkanlar açır – Azər Qarayev27.10.2026 12:00
Xəbər xətti

Azad Edilmiş Torpaqlarda Dirçəliş – Cəbrayıl Nümunəsi

06.10.2024 12:20 · 0 baxış · rubinroot
REKLAM YERİBanner üçün sahəReklam yerləşdirmək üçün redaksiya ilə əlaqə saxlayın

Cəbrayıl şəhərinin azad edilməsi, Azərbaycan üçün təkcə hərbi qələbə deyil, həm də tarixi ədalətin bərpası və milli qürurun simvoludur. 30 illik işğaldan sonra Cəbrayılın azad edilməsi, Azərbaycan xalqının öz torpaqlarına qayıtmaq hüququnu təmin etdi və işğal altında olan digər torpaqların azad edilməsi üçün ümid işığı oldu.

Prezident İlham Əliyevin təşəbbüsü ilə həyata keçirilən “Böyük Qayıdış” proqramı çərçivəsində Cəbrayıl şəhəri və ətraf kəndlərdə genişmiqyaslı bərpa və yenidənqurma işləri aparılır. Bu proqram, məcburi köçkünlərin öz doğma yurdlarına qayıtması, infrastrukturun yenilənməsi və regionun iqtisadi potensialının canlandırılması üçün əlverişli şərait yaradır. Cəbrayılın bərpası prosesində müasir şəhərsalma prinsipləri və “ağıllı şəhər” konsepsiyası tətbiq olunur. Bu, şəhərin ekoloji cəhətdən təmiz və rahat yaşayış məkanı kimi yenidən qurulmasını təmin edir. Cəbrayılda yeni yollar, körpülər, elektrik stansiyaları, su anbarları və digər infrastruktur obyektləri inşa edilir. Şəhərin mərkəzində müasir yaşayış binaları, məktəblər, xəstəxanalar, mədəniyyət mərkəzləri və digər sosial obyektlər tikilir. Bütün bunlar, Cəbrayılın müasir və inkişaf etmiş bir şəhər kimi yenidən qurulmasına və əhalinin rahat yaşayışı üçün zəruri şəraitin yaradılmasına xidmət edir.

Cəbrayıl rayonu, zəngin təbii sərvətlərə, əlverişli coğrafi mövqeyə və turizm potensialına malikdir. Bu potensialın effektiv şəkildə istifadəsi, regionun iqtisadi inkişafını sürətləndirəcək və əhalinin rifah halının yüksəldilməsinə töhfə verəcəkdir.

Cəbrayılda kənd təsərrüfatının inkişafı üçün əlverişli şərait mövcuddur. Məhsuldar torpaqlar, su ehtiyatları və mülayim iqlim, burada müxtəlif kənd təsərrüfatı məhsullarının yetişdirilməsinə imkan verir. Eyni zamanda, regionun tarixi abidələri, təbiət gözəllikləri və Araz çayı sahili turizmin inkişafı üçün böyük potensial yaradır.

Cəbrayılda sənaye potensialının inkişaf etdirilməsi də diqqət mərkəzindədir. Yeni sənaye müəssisələrinin yaradılması, regionda yeni işyerlərinin açılmasına və iqtisadiyyatın diversifikasiyasına töhfə verəcəkdir. Cəbrayılın iqtisadi potensialının tam reallaşdırılması, regionun inkişafını sürətləndirəcək və Azərbaycanın iqtisadi gücünə əlavə töhfə verəcəkdir.

 

Kəmalə İbrahimova

Suraxanı rayonu, 87 nömrəli tam orta məktəbin direktor vəzifəsini müvəqqəti icra edən

↑