Cümə axşamı, 29 Oktyabr 2026 17:31:40 ☀ Bakı · 25°C
REKLAM YERİBanner üçün sahəReklam yerləşdirmək üçün redaksiya ilə əlaqə saxlayın
29 Oktyabr 2026
SON XƏBƏRLƏR
Azərbaycanla sülhü 400 il və daha çox müddətə təmin etməliyik – Paşinyan29.10.2026 15:00 Azərbaycan XİN Türkiyəni təbrik etdi (FOTO)29.10.2026 12:00 Nömrəsini və telefonunu kirayə verənlər cərimələnəcək29.10.2026 09:00 Azərbaycanla NATO hərbi əməkdaşlığın inkişafını müzakirə edib (FOTO/VİDEO)28.10.2026 21:00 Pulsuz hüquqi yardım göstərməyən vəkillər cərimələnəcək28.10.2026 18:00 İran Azərbaycan əsilli rejissora 5 il həbs cəzası verdi28.10.2026 15:00 Mədəniyyətlərarası dialoq – ortaq gələcəyə aparan yol28.10.2026 12:00 Qaradağ rayonunda sel nəticəsində dağılmış körpünün yerində yenisi inşa edilib28.10.2026 09:00 Ramiz Mehdiyev 14 il müddətinə azadlıqdan məhrum edilib27.10.2026 21:00 Məhkəmələrdən mediaya məlumat verəcək şəxs seçildi27.10.2026 18:00 Baş prokuror Misir və Maldivin antikorrupsiya qurumlarının rəhbərləri ilə görüşüb (FOTO)27.10.2026 15:00 Prezident İlham Əliyevin regional siyasəti Azərbaycan-Niderland əlaqələrinə yeni imkanlar açır – Azər Qarayev27.10.2026 12:00 Azərbaycanla sülhü 400 il və daha çox müddətə təmin etməliyik – Paşinyan29.10.2026 15:00 Azərbaycan XİN Türkiyəni təbrik etdi (FOTO)29.10.2026 12:00 Nömrəsini və telefonunu kirayə verənlər cərimələnəcək29.10.2026 09:00 Azərbaycanla NATO hərbi əməkdaşlığın inkişafını müzakirə edib (FOTO/VİDEO)28.10.2026 21:00 Pulsuz hüquqi yardım göstərməyən vəkillər cərimələnəcək28.10.2026 18:00 İran Azərbaycan əsilli rejissora 5 il həbs cəzası verdi28.10.2026 15:00 Mədəniyyətlərarası dialoq – ortaq gələcəyə aparan yol28.10.2026 12:00 Qaradağ rayonunda sel nəticəsində dağılmış körpünün yerində yenisi inşa edilib28.10.2026 09:00 Ramiz Mehdiyev 14 il müddətinə azadlıqdan məhrum edilib27.10.2026 21:00 Məhkəmələrdən mediaya məlumat verəcək şəxs seçildi27.10.2026 18:00 Baş prokuror Misir və Maldivin antikorrupsiya qurumlarının rəhbərləri ilə görüşüb (FOTO)27.10.2026 15:00 Prezident İlham Əliyevin regional siyasəti Azərbaycan-Niderland əlaqələrinə yeni imkanlar açır – Azər Qarayev27.10.2026 12:00
Xəbər xətti

Azərbaycan öz haqq mübarizəsini davam etdirəcək

06.10.2024 12:16 · 0 baxış · rubinroot
REKLAM YERİBanner üçün sahəReklam yerləşdirmək üçün redaksiya ilə əlaqə saxlayın

Prezident İlham Əliyevin Cəbrayıldakı çıxışında xüsusi vurğuladığı məqamlardan biri də Ermənistanın 30 illik işğalçılıq siyasəti zamanı beynəlxalq hüququn norma və prinsiplərini kobud şəkildə pozması, etnik təmizləmə, Xocalı soyqırımı və mədəni irsin dağıdılması kimi ağır cinayətlər törətməsinə baxmayaraq, beynəlxalq birliyin susqunluğu və ikili standartlar siyasətidir. BMT Təhlükəsizlik Şurasının Ermənistanın Azərbaycan torpaqlarından dərhal və qeyri-şərtsiz çıxmasını tələb edən 4 qətnaməsinin uzun illər yerinə yetirilməməsi, ATƏT-in Minsk Qrupunun fəaliyyətsizliyi və bəzi Qərb dövlətlərinin Ermənistana siyasi və hərbi dəstək verməsi, bu ikili standartların bariz nümunəsidir. Bu, Ermənistanı daha da həvəsləndirmiş və işğalçılıq siyasətini davam etdirməsinə şərait yaratmışdır.

Prezident çıxışında Qərb dövlətlərinin Ermənistanın işğalçılıq siyasətinə göz yumması, Azərbaycanın haqlı mövqeyini dəstəkləməməsi və hətta bəzi hallarda Ermənistanı açıq şəkildə müdafiə etməsini kəskin şəkildə tənqid etdi. Xüsusilə, ABŞ Konqresinin ermənipərəst üzvlərinin Azərbaycana qarşı sanksiyalar tətbiq etmək təşəbbüsü, Qərbin ikili standartlarının və Azərbaycana qarşı ədalətsiz siyasətinin bariz nümunəsi kimi qiymətləndirildi. Qərb ölkələrinin Azərbaycana qarşı bu mövqeyi, ölkəmizin enerji siyasəti, müstəqil xarici siyasət kursu və regional liderliyi ilə bağlı narahatlıqlarından qaynaqlanır. Bu ölkələr, Cənubi Qafqazda öz geosiyasi maraqlarını təmin etmək üçün Ermənistanı bir vasitə kimi istifadə etməyə çalışır və Azərbaycanın güclənməsini istəmirlər.

Prezident İlham Əliyev çıxışında Azərbaycanın heç bir xarici qüvvədən asılı olmadan, öz gücünə arxalanaraq milli maraqlarını müdafiə etməsi və müstəqil siyasət yürütməsinin vacibliyini vurğuladı. O, xarici təzyiqlərə və ədalətsizliyə baxmayaraq, Azərbaycanın öz haqq mübarizəsini davam etdirəcəyini və milli maraqlarından geri çəkilməyəcəyini bildirdi.

Azərbaycanın 44 günlük Vətən müharibəsində qazandığı qələbə, ölkəmizin hərbi gücünü, xalqımızın birliyini və dövlətimizin qətiyyətini nümayiş etdirdi. Bu qələbə, həmçinin Azərbaycanın beynəlxalq aləmdə mövqeyini gücləndirdi və ölkəmizin regional lider kimi rolunu daha da artırdı. Azərbaycan, bundan sonra da öz milli maraqlarını rəhbər tutaraq müstəqil siyasət yürüdəcək və heç bir xarici təzyiqə boyun əyməyəcəkdir.

 

Könül Hüseynova

Suraxanı rayonu, A.Səfərov adına 114 nömrəli tam orta məktəbin direktoru

↑