Cümə axşamı, 29 Oktyabr 2026 17:31:11 ☀ Bakı · 25°C
REKLAM YERİBanner üçün sahəReklam yerləşdirmək üçün redaksiya ilə əlaqə saxlayın
29 Oktyabr 2026
SON XƏBƏRLƏR
Azərbaycanla sülhü 400 il və daha çox müddətə təmin etməliyik – Paşinyan29.10.2026 15:00 Azərbaycan XİN Türkiyəni təbrik etdi (FOTO)29.10.2026 12:00 Nömrəsini və telefonunu kirayə verənlər cərimələnəcək29.10.2026 09:00 Azərbaycanla NATO hərbi əməkdaşlığın inkişafını müzakirə edib (FOTO/VİDEO)28.10.2026 21:00 Pulsuz hüquqi yardım göstərməyən vəkillər cərimələnəcək28.10.2026 18:00 İran Azərbaycan əsilli rejissora 5 il həbs cəzası verdi28.10.2026 15:00 Mədəniyyətlərarası dialoq – ortaq gələcəyə aparan yol28.10.2026 12:00 Qaradağ rayonunda sel nəticəsində dağılmış körpünün yerində yenisi inşa edilib28.10.2026 09:00 Ramiz Mehdiyev 14 il müddətinə azadlıqdan məhrum edilib27.10.2026 21:00 Məhkəmələrdən mediaya məlumat verəcək şəxs seçildi27.10.2026 18:00 Baş prokuror Misir və Maldivin antikorrupsiya qurumlarının rəhbərləri ilə görüşüb (FOTO)27.10.2026 15:00 Prezident İlham Əliyevin regional siyasəti Azərbaycan-Niderland əlaqələrinə yeni imkanlar açır – Azər Qarayev27.10.2026 12:00 Azərbaycanla sülhü 400 il və daha çox müddətə təmin etməliyik – Paşinyan29.10.2026 15:00 Azərbaycan XİN Türkiyəni təbrik etdi (FOTO)29.10.2026 12:00 Nömrəsini və telefonunu kirayə verənlər cərimələnəcək29.10.2026 09:00 Azərbaycanla NATO hərbi əməkdaşlığın inkişafını müzakirə edib (FOTO/VİDEO)28.10.2026 21:00 Pulsuz hüquqi yardım göstərməyən vəkillər cərimələnəcək28.10.2026 18:00 İran Azərbaycan əsilli rejissora 5 il həbs cəzası verdi28.10.2026 15:00 Mədəniyyətlərarası dialoq – ortaq gələcəyə aparan yol28.10.2026 12:00 Qaradağ rayonunda sel nəticəsində dağılmış körpünün yerində yenisi inşa edilib28.10.2026 09:00 Ramiz Mehdiyev 14 il müddətinə azadlıqdan məhrum edilib27.10.2026 21:00 Məhkəmələrdən mediaya məlumat verəcək şəxs seçildi27.10.2026 18:00 Baş prokuror Misir və Maldivin antikorrupsiya qurumlarının rəhbərləri ilə görüşüb (FOTO)27.10.2026 15:00 Prezident İlham Əliyevin regional siyasəti Azərbaycan-Niderland əlaqələrinə yeni imkanlar açır – Azər Qarayev27.10.2026 12:00
Xəbər xətti

Cəbrayıllıların doğma yurdlarına qayıdışı

06.10.2024 12:00 · 0 baxış · rubinroot
REKLAM YERİBanner üçün sahəReklam yerləşdirmək üçün redaksiya ilə əlaqə saxlayın

2020-ci il  27  sentyabrda başlanan  44 günlük  II Qarabağ  müharibəsində  Cəbrayıl şəhəri  işğaldan azad olunan ilk  bölgəmiz  oldu.  Cəbrayıl şəhərinin işaldan azad olunması çox böyük əhəmiyyət kəsb edirdi.  Çünki   növbəti qələbələr üçün bir başlanğıc idi. Cəbrayıldan sonra  Hadrut və daha sonra oktyabrın 17-də uğurlu Füzuli əməliyyatı həyata keçirilmişdir.  Bu ərazilərin   mənfur düşmənlərdən təmizlənməsi heç də asan başa gəlməmişdir.  Qəhrəman, yenilməz Azərbaycan ordusu   düşmən istehkamlarını yarmaq üçün misilsiz rəşadət göstərmişdir.  Müzəffər  ordumuz  qalibiyyətlə irəliləyərək  digər ərazilərimizi də düşmən tapdağından azad etmişdir.  Şuşa şəhərinin işğaldan azad olunması isə müharibənin həlledici anı oldu.  Ermənistan ordusu   Azərbaycanın  məğlubedilməz ordusunun qarşısında duruş gətirə bilmədiyini anlayıb noyabrın 10-da kapitulyasiya aktını imzalamağa məcbur olmuşdur.

Cəbrayıl şəhərinin azad olmasından dərhal sonra   Prezident  İlham Əliyev müvafiq tapşırıqlar vermişdir.  İlk  növbədə ərazi minalardan təmizləndi. Daha sonra   yol  çəkilişi, eləcə də digər abadlıq və quruculuq işləri həyata keçirildi. Qısa zaman ərrzində  əhalinin rahat  yaşayışını   təmin etmək üçün tikinti işləri həyata keçirildi. 30 il ərzində  düşmən bu yerlərdə demək olar ki, bir dənə də salamat bina qoymamışdı.  Lakin bu gün  Cəbrayıl şəhəri yenidən qurulur.  Artıq  bu yerlərin doğma sakinləri  30 illik həsrətdən sonra öz doğma torpaqlarına  qayıdırlar.

2024-cü il  oktyabr ayının  4-də  Cəbrayılın  azad  oluduğu  gün  xeyli sakin   öz doğma yurduna qovuşdu.  Möhtərəm  Prezident İlham Əliyev  inşa olunan  mənzillərin açarlarını sakinlərə təqdim etdi.  Bu sevinc və qürur hisslərini sözlə ifadə etmək  çox çətindir.

Əminəm  ki,  Azərbaycan  xalqının  bu  tarixi  qələbəsi    əbədi olacaq . Nə qədər ki  Azərbaycan  xalqı  var, nə  qədər ki  qüdrətli  Azərbaycan  dövləti var heç bir qüvvə bizi məğlub  edə bilməyəcək.

 

Hüseynova Fərəh

Suraxanı rayonu, 141 nömrəli tam orta məktəbin direktoru

↑