Cümə axşamı, 29 Oktyabr 2026 16:45:30 ☀ Bakı · 25°C
REKLAM YERİBanner üçün sahəReklam yerləşdirmək üçün redaksiya ilə əlaqə saxlayın
29 Oktyabr 2026
SON XƏBƏRLƏR
Azərbaycanla sülhü 400 il və daha çox müddətə təmin etməliyik – Paşinyan29.10.2026 15:00 Azərbaycan XİN Türkiyəni təbrik etdi (FOTO)29.10.2026 12:00 Nömrəsini və telefonunu kirayə verənlər cərimələnəcək29.10.2026 09:00 Azərbaycanla NATO hərbi əməkdaşlığın inkişafını müzakirə edib (FOTO/VİDEO)28.10.2026 21:00 Pulsuz hüquqi yardım göstərməyən vəkillər cərimələnəcək28.10.2026 18:00 İran Azərbaycan əsilli rejissora 5 il həbs cəzası verdi28.10.2026 15:00 Mədəniyyətlərarası dialoq – ortaq gələcəyə aparan yol28.10.2026 12:00 Qaradağ rayonunda sel nəticəsində dağılmış körpünün yerində yenisi inşa edilib28.10.2026 09:00 Ramiz Mehdiyev 14 il müddətinə azadlıqdan məhrum edilib27.10.2026 21:00 Məhkəmələrdən mediaya məlumat verəcək şəxs seçildi27.10.2026 18:00 Baş prokuror Misir və Maldivin antikorrupsiya qurumlarının rəhbərləri ilə görüşüb (FOTO)27.10.2026 15:00 Prezident İlham Əliyevin regional siyasəti Azərbaycan-Niderland əlaqələrinə yeni imkanlar açır – Azər Qarayev27.10.2026 12:00 Azərbaycanla sülhü 400 il və daha çox müddətə təmin etməliyik – Paşinyan29.10.2026 15:00 Azərbaycan XİN Türkiyəni təbrik etdi (FOTO)29.10.2026 12:00 Nömrəsini və telefonunu kirayə verənlər cərimələnəcək29.10.2026 09:00 Azərbaycanla NATO hərbi əməkdaşlığın inkişafını müzakirə edib (FOTO/VİDEO)28.10.2026 21:00 Pulsuz hüquqi yardım göstərməyən vəkillər cərimələnəcək28.10.2026 18:00 İran Azərbaycan əsilli rejissora 5 il həbs cəzası verdi28.10.2026 15:00 Mədəniyyətlərarası dialoq – ortaq gələcəyə aparan yol28.10.2026 12:00 Qaradağ rayonunda sel nəticəsində dağılmış körpünün yerində yenisi inşa edilib28.10.2026 09:00 Ramiz Mehdiyev 14 il müddətinə azadlıqdan məhrum edilib27.10.2026 21:00 Məhkəmələrdən mediaya məlumat verəcək şəxs seçildi27.10.2026 18:00 Baş prokuror Misir və Maldivin antikorrupsiya qurumlarının rəhbərləri ilə görüşüb (FOTO)27.10.2026 15:00 Prezident İlham Əliyevin regional siyasəti Azərbaycan-Niderland əlaqələrinə yeni imkanlar açır – Azər Qarayev27.10.2026 12:00
Xəbər xətti

Hər il 4 oktyabr tarixi Cəbrayıl Şəhəri günü kimi qeyd olunur

03.10.2024 11:16 · 0 baxış · rubinroot
REKLAM YERİBanner üçün sahəReklam yerləşdirmək üçün redaksiya ilə əlaqə saxlayın

Bu gün Azərbaycanda prioritet fəaliyyət sahələrindən biri işğaldan azad olmuş ərazilərin yenidən qurulması, bərpasıdır. Qarabağ və Şərqi Zəngəzurdakı viran qalmış şəhərləri, kənd və qəsəbələri yenidən qurub,  köçkün düşmüş insanları yurd-yuvalarına qaytarmaq dövlətimizin əsas vəzifələrindən biridir.  Cəbrayıllı məcburi köçkünlər vaxtilə respublikanın 58 rayonunun 2000-dək yaşayış məntəqəsində, o cümlədən qaçqın düşərgələrində, yük vaqonlarında və yataqxanalarda məskunlaşmışdılar.

Azərbaycan dövləti 2020-ci ildən etibarən Qarabağa Böyük Qayıdış prosesinə başlayıb. Vətəndaşlarımızın tarixi torpaqlarımızda məskunlaşması isə sürətlə davam edir. Vətən müharibəsində Azərbaycanın hərbi yolla qazandığı qələbə nəticəsində Ermənistan rəhbərliyi öz məğlubiyyətini qəbul etməyə məcbur olmuş və 2020-ci ilin noyabrın 10-da kapitulyasiya aktı  imzalamışdır. Dövlətimiz tərəfindən işğaldan azad olunan bütün ərazilərdə, o cümlədən Cəbrayılda sürətlə bərpa-quruculuq işləri həyata keçirilir.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sərəncamına əsasən Vətən müharibəsindəki Zəfərimizdən sonra hər il  4 oktyabr tarixi Cəbrayıl Şəhəri günü kimi qeyd olunur. Ötən 30 ilə yaxın dövr ərzində ağır sınaqlardan keçən, illərlə məşəqqətlər içərisində yaşayan cəbrayıllılar bu bayramı artıq öz doğma yurd-yuvalarında   keçirirlər.

Keçmiş işğal zonasına həyatın qaytarılması yalnız işğalın nəticələrini aradan qaldırmaqla icra olunan quruculuq və bərpa  prosesindən ibarət deyil. Dövlət başçımızın da ifadə etdiyi kimi, “Qarabağ və Şərqi Zəngəzurda görülmüş işlər bir daha onu göstərir ki, biz – bu torpaqların  sahibləri öz doğma dədə-baba torpaqlarımıza qayıtmışıq”.

Bu gün işğaldan azad edilmiş ərazilərimizdə yeni abu-hava var. Mənfur düşmənin əsarətindən xilas olan bütün yurd yerlərimizə yenidən həyat verilir. Düşmən üzərindəki tarixi Qələbəmizdən sonra ölkə başçısı  dəfələrlə işğaldan azad edilmiş ərazilərə səfərlər edərək bildirir ki, Qarabağda bütün  infrastruktur bərpa olunacaq. Prezidentimizin işğaldan azad olunmuş ərazilərə hər səfəri tarixi hadisədir. İşğaldan azad olunan bütün ərazilər kimi, Cəbrayılda da hazırda  bərpa-quruculuq, tikinti-abadlıq, yenidənqurma işləri sürətlə davam edir

 

Yunis Əsgərli

Suraxanı RİHB-nın Əmircan qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndənin müavini

 

↑