1993-cü ilin oktyabrın 3-də ölkəmizdə keçirilən prezident seçkilərində Ulu Öndər Heydər Əliyevin xalqımızın böyük əksəriyyətinin etimadını qazanaraq prezident seçilməsindən 31 il ötür. Bu gün xalqımız 31 il öncə qurtuluş yolu olaraq edilən seçimin-Heydər Əliyevin Azərbaycan Respublikasının Prezidenti seçilməsinin tarixi xoşbəxtliyini yaşayır. Zaman 3 oktyabr seçkilərinin tariximizdə yerini və böyük zirvələrə gedən yolun başlanğıcı olduğunu bir daha təsdiq etdi. Ulu Öndərin siyasi varisi Prezident İlham Əliyev Ümummilli Liderin əsasını qoyduğu dövlət quruculuğunu zirvələrə daşımaqla bərabər, həm də bütövlükdə Azərbaycanın dövlətçilik tarixinin qələbə və şərəf salnaməsini yazdı. Bu gün Ümummilli Liderimizin arzusu olan ərazi bütövlüyümüz tam bərpa olunub. Təqvimin bu günü qələbə və şərəf salnaməsinin başlanğıc günü kimi tariximizə və qəlbimizə həmişəlik həkk olunub. Hər birimiz qüdrətli və güclü Azərbaycana görə 30 il öncəki xalqın seçiminə və bu seçimi tarixi uğura çevirən Ulu Öndər Heydər Əliyevə əbədi borcluyuq.Tarixin yaddaşında əbədi iz qoymaq hər insana nəsib olmayan böyük xoşbəxtlikdir. Bu yalnız Heydər Əliyev kimi dahi şəxsiyyətlərin qismətinə düşən müstəsna taledir. Bütün həyatını xalqının xoşbəxt gələcəyinə, qüdrətli Azərbaycan dövlətinin yaradılmasına və inkişafına həsr etmiş bu dahi şəxsiyyətin Vətən və xalq qarşısındakı xidmətləri misilsizdir. Azərbaycanda müstəqil dövlət təsisatlarının qurulması, beynəlxalq normalara söykənən demokratik, hüquqi dövlətin yaranması, milli, mənəvi və əxlaqi dəyərlərimizin qorunub saxlanması, bu dəyərlərin ümumbəşəri ideyalarla daha da zənginləşdirilməsi, ilk Milli Konstitusiyamızın qəbul edilməsi, vətəndaş cəmiyyətinin formalaşdırılması və yeni iqtisadi kursun müəyyənləşdirilməsi prosesinin müvəffəqiyyətli həlli məhz ümummilli liderimiz Heydər Əliyevin xidmətləridir. Təsadüfi deyil ki, Ulu Öndərimizin fəaliyyəti öz miqyası və əhəmiyyəti etibarilə Azərbaycanın hüdudlarından çox-çox kənara çıxıb. Dünya miqyasında ən nüfuzlu dövlət başçıları, politoloqlar tərəfindən dəfələrlə bəyan edildiyi kimi, Azərbaycan və böyük türk dünyasının dahi oğlu Heydər Əliyev zəmanəmizin ən yüksək zirvəsində duran tanınmış siyasi xadimlər sırasında öz layiqli yerini tutub. Xalqımızın yaddaşında yaradıcı, qurucu və xilaskar obrazını daim yaşadıb, qəlblərdə özünə əbədi məhəbbət qazanıb. Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi ötən əsrin 70-80-ci illəri yaddaşlarda təkcə iqtisadi yüksəliş, təsərrüfatın bütün sahələrinin inkişafı dövrü kimi deyil, həm də elmin, təhsilin, mədəniyyətin misilsiz tərəqqisi illəri kimi qalıb. Məhz həmin dövrdə gələcək müstəqilliyimizin təməl daşları hörülüb, iqtisadi, sosial və mədəni potensialı formalaşıb. 1969-1982-ci illərdə həyatımızın bütün sahələrində köklü islahatlar aparılmış, əsaslı dəyişikliklər baş vermişdir. Bu nəhəng işlər öz miqyasına görə Azərbaycanın quruculuq salnaməsində ən dolğun səhifələri təşkil edir.
Müasir müstəqil Azərbaycan Ulu öndər Heydər Əliyevin ideyaları əsasında inkişaf edir.
Ulu öndər Heydər Əliyevin əsasını qoyduğu siyasət Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Başqa sözlə, bu gün müasir müstəqil Azərbaycan Ümummilli lider Heydər Əliyevin ideyaları əsasında inkişaf edir. Son 15 ildə Azərbaycanda Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən uğurlu siyasət nəticəsində bütün sahələrdə möhtəşəm nailiyyətlər əldə edilib. Təsadüfi deyil ki, ölkəmizin iqtisadi nailiyyətləri beynəlxalq miqyasda da təqdir olunur, yüksək qiymətləndirilir. Nüfuzlu beynəlxalq reytinq agentliklərinin hesabatlarında yer alan məqamlar ölkəmizdə həyata keçirilən sosial-iqtisadi siyasətin müsbət nəticələrini əks etdirir.
Heydər Əliyev Azərbaycanın iqtisadiyyatının inkişafında çox önəmli layihələrin əsasını qoymuşdur.O Azərbaycanın dünyaya inteqrasiyası üçün, inkişafı üçün davamlı uzunmüddətli layihələrin banisidir. Bunlardan biri “Əsrin müqaviləsi” layihəsidi. Neftimizin dünyaya çıxarılması, digər dövlətlərlə siyasi, iqtisadi əlaqələrin qurulmasında əvəz olunmaz layihə oldu. Bu müqavilə 150 illik tarixi olan Azərbaycan neft sənayesinin dönüş nöqtəsi və yenicə müstəqillik əldə etmiş Azərbaycan Respublikasında neft strategiyasının həyata keçirilməsinin başlanğıcı hesab edilir. “Əsrin müqaviləsi” adı ilə tarixə düşən bu beynəlxalq neft layihəsinin Azərbaycanın dövlət müstəqilliyinin qorunub saxlanılması və möhkəmləndirilməsində müstəsna əhəmiyyəti oldu.
“Əsrin müqaviləsi”nin imzalanması mərasimində Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin öz geniş nitqində bu tarixi hadisəyə qiymət verərək deyib: “Mən bu müqavilənin hazırlanmasında, imzalanmasında iştirak etdiyimə görə özümü çox xoşbəxt hesab edirəm. Üzərimə götürdüyüm məsuliyyəti dərk edirəm və ümidvaram ki, gələcək nəsillər bu gün burada baş verən tarixi hadisəni layiqincə qiymətləndirəcəklər”. 1994-cü il 20 sentyabrda əsası qoyulan bu müqavilə tarixi bir dönüş oldu. Bu müqavilənin imzalanması Ulu Öndər Heydər Əliyevin uzaqgörən siyasətinin nəticəsi idi. Bu müqavilənin imzalanmasında dünya dövlətləri yaxından iştirak etdi.
Ulu Öndər tərəfindən Azərbaycan dilinin qorunması, tədrisi, tədqiqi və inkişafı baxımından görülən tədbirlər milli-mənəvi yaddaşımızın mühüm hadisələri sırasındadır. Heydər Əliyevin Azərbaycan dilinə, onun qorunmasına və inkişafına olan həssaslığı böyük rəhbərin özü tərəfindən aydın şəkildə ifadə edilmişdir: “Millətin milliliyini saxlayan onun dilidir. Azərbaycan dilinin dövlət dili kimi yaşaması, möhkəmlənməsi, inkişaf etməsi də bizim ən böyük nailiyyətlərimizdən biridir. Ulu Öndərin hakimiyyəti illərində ali təhsilin inkişafı hər zaman diqqətdə saxlanılmış, kadrların xüsusi çəkisində əhəmiyyətli artım müşahidə olunmuşdur. Heydər Əliyevin Azərbaycana rəhbərliyi dövrlərində ali məktəblərin sayı da çoxalmış, yeni ali təhsil müəssisələri yaradılmışdır.Gənclərin təhsil almasına Heydər Əliyev xüsusi diqqət yetirirdi. Bunun üçün Ali təhsil müəsisələrinin açılmasına nail olmuşdur. Bakı Slavyan Universitetinin, Azərbaycan Pedaqoji Dillər İnstitutunun açılması Ulu Öndərin siyasətinin nəticəsidir.
Heydər Əliyevin Azərbaycan rəhbərliyinə qayıdışından sonra elm və təhsilə göstərilən diqqət və qayğı elə ilk günlərdən bir daha özünü göstərib. Heydər Əliyevin tarixi qayıdışından sonra ölkədə hazırlanan və həyata keçirilən strateji xətt təhsil müəssisələrini normal fəaliyyət halına gətirməklə, təhsilin milli tərəqqimizin həqiqi, güclü amilinə çevrilməsi üçün bu sahədə geniş islahatlar proqramının işlənib hazırlanması və həyata keçirilməsi vəzifəsini irəli sürüb.
Azərbaycan Respublikası müstəqillik əldə etdikdən sonrakı illərdə, bütün sahələrdə olduğu kimi, milli təhsil sahəsində də bir sıra uğurlar əldə edilib. Bu uğurların ilhamverici qüvvəsi və qarantı məhz Heydər Əliyev idi. Onun müdrik daxili və xarici siyasəti, yaratdığı sabitlik təhsilin inkişafına əlveişli zəmin yaradıb. Heydər Əliyev müstəqil Azərbaycanda milli təhsil quruculuğu sahəsində də islahatın memarı və qurucusu idi. Onun hakimiyyətə xilaskar missiyalı qayıdışı Azərbaycanın sosial-iqtisadi, siyasi və mədəni həyatının bütün sahələrində olduğu kimi, təhsil sahəsində tənəzzülün, depresiyanın qarşısını almağa imkan verdi, təlim-tərbiyə müəssisələrinin ahəngdar işi bərpa olundu, təhsil sisteminin müstəqil dövlətçilik prinsipləri əsasında qurulmasına tarixi şərait yaranıb.
Heydər Əliyev Azərbaycanın mənfur düşmənlərdən xilaskarı oldu. O Azərbaycanın ən çətin dönəmində xalqımızın yanında oldu. Xalqımızın tarix səhnəsində necə dözümlü bir xalq olmasına köməklik göstərdi. Mənfur düşmənlərə yenilməz xalqımızın yenilməsinə imkan vermədi. Xalqı müstəqilliyə, milli oyanışa səslədi. Xalqımızın həyatında Ulu Öndər silinməz bir iz qoydu. Bu iz əsrlər keçsə də silinməyəcək. Onun bu ideyaları ilə irəliləyirik. Onun ideyaları daim yaşayacaq. Xalqımızın başına tarix boyu unudulmaz faciələr gətirildi.Ən dəhşətlisi 1990-cı il 20 Yanvar faciəsi oldu.Bu ağır günlərdə Heydər Əliyev xalqımıza dəstək oldu, sahib çıxdı.O günlərdə Heydər Əliyevin – qüdrətli liderin respublikada yoxluğu günün ən böyük həqiqəti kimi dərk olundu. Amma Bakıda olmamasına baxmayaraq, xalqının səsinə hər kəsdən əvvəl səs verən də elə Heydər Əliyev oldu.
Ulu Öndərin 1993-cü ilin oktyabrında dövlət başçısı seçilməsindən sonra müstəqil Azərbaycanın hüquqi və siyasi-iqtisadi suverenliyinin təmin olunması prosesi əsaslı şəkildə sürətlənmişdir. Ümummilli Lider ilk növbədə, ölkədə ictimai-siyasi sabitliyin bərpası istiqamətində gərgin iş aparmış, ölkədəki qeyri-qanuni silahlı dəstələr zərərsizləşdirilmiş, respublikamızın sosial-iqtisadi yüksəlişinə yol açan ən mühüm amil kimi cəmiyyətdə ictimai-siyasi sabitlik bərqərar edilmişdir. Dövlət çevrilişlərinin qarşısı alınmış, Azərbaycan vətəndaş müharibəsi təhlükəsindən xilas olmuşdur. Müstəqil dövlətimizin ərazi bütövlüyünün bərpası və Ermənistan silahlı qüvvələrinin hücumlarının qarşısının alınması, ölkənin müstəqilliyinin qorunub saxlanması üçün ordu quruculuğu istiqamətində kompleks tədbirlər həyata keçirilmişdir. Xilaskarlıq missiyasını uğurla yerinə yetirən böyük şəxsiyyət ilk addımlarını dövlət quruculuğu sahəsində atmağa başladı. Çünki, Ulu Öndər Heydər Əliyevin sözləri ilə desək, müstəqilliyi qazanmaq nə qədər çətindirsə, onu qoruyub saxlamaq, möhkəmlətmək ondan da çətindir.
Bu gün də İlham Əliyev Heydər Əliyevin Azərbaycan Respublikasının Müstəqilliyi, inkişafı üçün həyata keçirdiyi siyasəti uğurlu şəkildə davam etdirir. İlham Əliyevin dövlətimizin bütün sahələrinə göstərdiyi diqqət göz önündədir. Bütün bunlar Heydər Əliyevin əsasını qoyduğu uğurlu siyasətinin davamıdır. İlham Eliyev İqtisadiyyatımızın,Təhsilimizin bütün sahələrinə xüsusi diqqət yetirir. İlham Əliyev hər zaman xalqımız üçün çalışır.Ən böyük uğuru illərdir mənfur xislətli düşmənlərimizin bizdən oğurladıqları torpaqlarımızı geri qaytarmaq oldu. Bu bir tarixi qələbə oldu.Tarixə qızıl hərflərlə yazıldı. Bu Tarixi qələbə həm Prezidentimizin həm xalqımızın qələbəsi idi. Geri alınan torpaqlarımızda prezidentimizin göstərişi ilə quruculuq işləri aparılır. Bütün bunlar bir xalqın qələbəsidir.Hansi ki əsasi tarixi insan ulu Öndər Heydər Əliyevin siyasətinin davamıdır.Bu siyasəti İlham Əliyev uğurlu davam etdirir.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın tarixi torpaqlarımızda sevinc və qürur dolu davranışları, səmimi paylaşımları hər birimizdə sözlə ifadə oluna bilməyən iftixar hissləri yaratmaqla, xalqımız tərəfindən böyük maraq və fərəhlə qarşılanır. Bütün bunlar dövlət başçısının və birinci xanımın vətənə, yurda, torpağa və xalqa bağlılığının təcəssümüdür.
Sevda Mirzəzadə
Suraxanı rayonu, S.S.Axundov adına 172 nömrəli tam orta məktəbin coğrafiya müəllimi