Cümə axşamı, 29 Oktyabr 2026 16:06:42 ☀ Bakı · 25°C
REKLAM YERİBanner üçün sahəReklam yerləşdirmək üçün redaksiya ilə əlaqə saxlayın
29 Oktyabr 2026
SON XƏBƏRLƏR
Azərbaycanla sülhü 400 il və daha çox müddətə təmin etməliyik – Paşinyan29.10.2026 15:00 Azərbaycan XİN Türkiyəni təbrik etdi (FOTO)29.10.2026 12:00 Nömrəsini və telefonunu kirayə verənlər cərimələnəcək29.10.2026 09:00 Azərbaycanla NATO hərbi əməkdaşlığın inkişafını müzakirə edib (FOTO/VİDEO)28.10.2026 21:00 Pulsuz hüquqi yardım göstərməyən vəkillər cərimələnəcək28.10.2026 18:00 İran Azərbaycan əsilli rejissora 5 il həbs cəzası verdi28.10.2026 15:00 Mədəniyyətlərarası dialoq – ortaq gələcəyə aparan yol28.10.2026 12:00 Qaradağ rayonunda sel nəticəsində dağılmış körpünün yerində yenisi inşa edilib28.10.2026 09:00 Ramiz Mehdiyev 14 il müddətinə azadlıqdan məhrum edilib27.10.2026 21:00 Məhkəmələrdən mediaya məlumat verəcək şəxs seçildi27.10.2026 18:00 Baş prokuror Misir və Maldivin antikorrupsiya qurumlarının rəhbərləri ilə görüşüb (FOTO)27.10.2026 15:00 Prezident İlham Əliyevin regional siyasəti Azərbaycan-Niderland əlaqələrinə yeni imkanlar açır – Azər Qarayev27.10.2026 12:00 Azərbaycanla sülhü 400 il və daha çox müddətə təmin etməliyik – Paşinyan29.10.2026 15:00 Azərbaycan XİN Türkiyəni təbrik etdi (FOTO)29.10.2026 12:00 Nömrəsini və telefonunu kirayə verənlər cərimələnəcək29.10.2026 09:00 Azərbaycanla NATO hərbi əməkdaşlığın inkişafını müzakirə edib (FOTO/VİDEO)28.10.2026 21:00 Pulsuz hüquqi yardım göstərməyən vəkillər cərimələnəcək28.10.2026 18:00 İran Azərbaycan əsilli rejissora 5 il həbs cəzası verdi28.10.2026 15:00 Mədəniyyətlərarası dialoq – ortaq gələcəyə aparan yol28.10.2026 12:00 Qaradağ rayonunda sel nəticəsində dağılmış körpünün yerində yenisi inşa edilib28.10.2026 09:00 Ramiz Mehdiyev 14 il müddətinə azadlıqdan məhrum edilib27.10.2026 21:00 Məhkəmələrdən mediaya məlumat verəcək şəxs seçildi27.10.2026 18:00 Baş prokuror Misir və Maldivin antikorrupsiya qurumlarının rəhbərləri ilə görüşüb (FOTO)27.10.2026 15:00 Prezident İlham Əliyevin regional siyasəti Azərbaycan-Niderland əlaqələrinə yeni imkanlar açır – Azər Qarayev27.10.2026 12:00
Xəbər xətti

Aşıq Ələsgərin yaradıcılığı Azərbaycan xalqının ürəyində böyük bir iz buraxmışdır

01.10.2024 12:39 · 29 baxış · rubinroot
REKLAM YERİBanner üçün sahəReklam yerləşdirmək üçün redaksiya ilə əlaqə saxlayın

Azərbaycan Respublikasının Prezidentinin üç il əvvəl imzaladığı “Aşıq Ələsgərin 200 illik yubileyinin dövlət səviyyəsində qeyd edilməsi və abidəsinin ucadılması” haqqında müvafiq Sərəncamının icrası ilə bağlı görülən işlərlə tanış olması məqsədilə, cənab İlham Əliyev və  oğlu Heydər Əliyev sentyabrın 30-da Bakıda Azərbaycan aşıq yaradıcılığının görkəmli nümayəndəsi, böyük el sənətkarı Aşıq Ələsgərin abidəsinin açılışında iştirak edərək, geniş nitq söyləmişdir.

Ömür boyu Azərbaycanın qədim torpağı olan Göyçə mahalında yaşamış Aşıq Ələsgər vəhşi ermənilər tərəfindən ömrünün son illərində öz doğma torpağını tərk etməyə məcbur edilərək, azərbaycanlıları etnik təmizləməyə məruz qoymuşdular. Bu da xalqımızın iki deportasiyaya məruz qalmasına, Aşıq Ələsgərin ailəsi ilə birlikdə qonşu Kəlbəcər rayonuna köçməsinə səbəb olmasına baxmayaraq, onun Vətən sevgisi, torpaq sevgisi o qədər güclü idi ki, bütün təhlükələrə baxmayaraq, o, təqribən üç ildən sonra öz doğma kəndinə qayıtmış və orada ömrünün son günlərini yaşayaraq vəfat etmişdir. 1970-ci illərdə Ulu Öndərin təşəbbüsü ilə Aşıq Ələsgərin 150 illik yubileyi Sovet İttifaqı miqyasında qeyd edilmişdir. Yubileyi münasibətilə onun xatirəsinin əbədiləşdirilməsi məqsədilə abidəsi ucaldılmışdır. Bu gün biz Aşıq Ələsgərdən danışanda minillik poeziyamızda xüsusi yeri olan bir sənətkardan danışırıq. Çünki bizim poeziyamız çox zəngindir, böyükdür. Ümumiyyətlə, aşıq poeziyasının dili  şəffaf olmaqla  bulaq suyu kimi o qədər də  təmizdir.

Xalqımız deportasiyanın üçüncü dalğasına məruz qalanda erməni vandalları nəinki onun abidəsini, eləcə də, mədəni-tarixi abidələrimizi də dağıtmışdılar. Bu dünya gözü qarşısında Azərbaycan xalqına qarşı ədalətsizlik idi.

Lakin, bizim milli-mənəvi varlığımızın qorunmasında cənab Prezidentimizin həqiqətən böyük işləri var. Bu böyük işləri hər an görürük. Qarabağdan tutmuş bir çox məsələlərdə milli-mənəvi dəyərlər bütün başqa istiqamətlərlə birlikdə ön planda durur. Bu gün Aşıq Ələsgərin heykəli də o gerçəkliklərdəndir.

Aşıq Ələsgər öz əsərləri ilə Azərbaycanın zəngin bədii irsinə misilsiz töhfələr bəxş etmişdir.  Azərbaycanın milli bayramları və toylarının əvəzedilməz iştirakçısı olan Aşıq Ələsgərin yaradıcılığı əlvan xüsusiyyətlərə, müxtəlif mövzulara və süjet xəttinə malikdir. Aşıq Ələsgərin əsərləri dilinin sadəliyi, nitqin zənginliyi, müxtəlifliyi, emosionallığı və özünəməxsus bədii tapıntıları ilə seçilir. Onun “Çərşənbə günündə çeşmə başında” məşhur şeiri bu gözəl xüsusiyyətləri özündə əks etdirmişdir.

Onun yaradıcılığında gənc nəslin əxlaqi-tərbiyəvi və vətənpərvər ruhda böyüməsi üçün yazdığı şeirlər-ustadnamələr də xüsusilə təqdirəlayiqdir. Aşıq Ələsgərin zəngin poetik irsi aşıqlar üçün əsl sənətkarlıq məktəbidir.

 

Fuad Rəhimov

 Yeni Suraxanı bələdiyyəsi sədrinin vəzifəsini müvəqqəti icra edən                                                       

 

↑