Cümə axşamı, 29 Oktyabr 2026 15:23:02 ☀ Bakı · 25°C
REKLAM YERİBanner üçün sahəReklam yerləşdirmək üçün redaksiya ilə əlaqə saxlayın
29 Oktyabr 2026
SON XƏBƏRLƏR
Azərbaycanla sülhü 400 il və daha çox müddətə təmin etməliyik – Paşinyan29.10.2026 15:00 Azərbaycan XİN Türkiyəni təbrik etdi (FOTO)29.10.2026 12:00 Nömrəsini və telefonunu kirayə verənlər cərimələnəcək29.10.2026 09:00 Azərbaycanla NATO hərbi əməkdaşlığın inkişafını müzakirə edib (FOTO/VİDEO)28.10.2026 21:00 Pulsuz hüquqi yardım göstərməyən vəkillər cərimələnəcək28.10.2026 18:00 İran Azərbaycan əsilli rejissora 5 il həbs cəzası verdi28.10.2026 15:00 Mədəniyyətlərarası dialoq – ortaq gələcəyə aparan yol28.10.2026 12:00 Qaradağ rayonunda sel nəticəsində dağılmış körpünün yerində yenisi inşa edilib28.10.2026 09:00 Ramiz Mehdiyev 14 il müddətinə azadlıqdan məhrum edilib27.10.2026 21:00 Məhkəmələrdən mediaya məlumat verəcək şəxs seçildi27.10.2026 18:00 Baş prokuror Misir və Maldivin antikorrupsiya qurumlarının rəhbərləri ilə görüşüb (FOTO)27.10.2026 15:00 Prezident İlham Əliyevin regional siyasəti Azərbaycan-Niderland əlaqələrinə yeni imkanlar açır – Azər Qarayev27.10.2026 12:00 Azərbaycanla sülhü 400 il və daha çox müddətə təmin etməliyik – Paşinyan29.10.2026 15:00 Azərbaycan XİN Türkiyəni təbrik etdi (FOTO)29.10.2026 12:00 Nömrəsini və telefonunu kirayə verənlər cərimələnəcək29.10.2026 09:00 Azərbaycanla NATO hərbi əməkdaşlığın inkişafını müzakirə edib (FOTO/VİDEO)28.10.2026 21:00 Pulsuz hüquqi yardım göstərməyən vəkillər cərimələnəcək28.10.2026 18:00 İran Azərbaycan əsilli rejissora 5 il həbs cəzası verdi28.10.2026 15:00 Mədəniyyətlərarası dialoq – ortaq gələcəyə aparan yol28.10.2026 12:00 Qaradağ rayonunda sel nəticəsində dağılmış körpünün yerində yenisi inşa edilib28.10.2026 09:00 Ramiz Mehdiyev 14 il müddətinə azadlıqdan məhrum edilib27.10.2026 21:00 Məhkəmələrdən mediaya məlumat verəcək şəxs seçildi27.10.2026 18:00 Baş prokuror Misir və Maldivin antikorrupsiya qurumlarının rəhbərləri ilə görüşüb (FOTO)27.10.2026 15:00 Prezident İlham Əliyevin regional siyasəti Azərbaycan-Niderland əlaqələrinə yeni imkanlar açır – Azər Qarayev27.10.2026 12:00
Xəbər xətti

Qərbi Zəngəzur – qədim Azərbaycan torpaqlarıdır

01.10.2024 12:29 · 0 baxış · rubinroot
REKLAM YERİBanner üçün sahəReklam yerləşdirmək üçün redaksiya ilə əlaqə saxlayın

Dövlət başçımız, xalqa zəfəri yaşadan Ali Baş Komandan İlham Əliyev öz çıxışlarında dönə-dönə ‘’Zəngəzur qədim Azərbaycan torpaqlarıdır! ’’ deyə söyləyib. Hətta prezident Naxçıvanın tarixi haqqında da danışarkən deyib ki, “ Qədim Atabəylər dövlətinin mərkəzi Naxçıvan idi. Təsadüfi deyil ki, Naxçıvana 100 il bundan əvvəl Azərbaycanın tərkibində muxtariyyət statusu verilmişdir. Bu gözəl hadisə idi, tarixi hadisə idi. Naxçıvanın rolunu, bu diyarın strateji əhəmiyyətini əks etdirən bir qərar idi. Ancaq bununla bərabər, o vaxt xalqımıza qarşı ədalətsizlik də edilmişdir. Çünki Azərbaycanın əzəli torpağı olan Zəngəzuru Azərbaycandan ayırıb Ermənistana vermişdilər.”

Bəli, Dövlət başçısının bu çıxışları anti Azərbaycan fikirləri yürüdən bədxah qonşularımızda, bəzi dövlətlərdə rezonans yaradır. Lakin unutmaq lazım deyil ki, Zəngəzurun o vaxtkı əhalisinin mütləq əksəriyyəti azərbaycanlılar idi. Zəngəzur bölgəsini Azərbaycandan qopardıb Ermənistana verilməsi nəticəsində türk dünyası arasında olan coğrafi bağlar illərdir ki, pozulub. Türk dövlətlərinin yaranmasında, mənəvi dəyərlərimizin, mədəniyyətimizin formalaşmasında bir çox qədim türk toplumlarının rolu olub. Bu toplumlardan biri də, “ sanqi ” şəklində yazılan zəngilərdir. O zəngilər ki, Zəngəzur torpaqlarının əsl sahibləri olub.  Zəngəzur- zəngi dərəsi, Zəngilərin ilk yaşadığı ərazilərdən biri olub.  Bunu bütün tarix sübut edir.  Ancaq ermənilərin çirkin xisləti, Azərbaycan torpaqlarına olan nəfsi vətənimizdə əsrlər boyu günahsız qanlar tökməsi bir adət halına çevrilib.  Qarabağımızın 30 il əsarətdə qalması ermənilərin bu az kimi digər torpaqlarımıza göz dikməsi, Tərtər, Bərdə, Gəncə kimi cinayətlər törətməsi Ali baş komandanı, xalqı, ordunu bir dəmir yumruğa çevrilməsinə məcbur etdi. 2020-ci il sentyabr ayının 27-də İlham Əliyevin əks hücum əmri nəticəsində 44 günün içində Qarabağ torpağı düşmən tapdağından azad olundu. Xalq-iqtidar birliyi bizə zəfərin sevincini yaşatdı. Suverenliyimizin bərpa olunması Qərbi Azərbaycanlılarında nikbinlik hisslərini, ümidlərini artırdı.

Prezidentimiz İlham Əliyev söyləyir “ Bizim işimiz haqq işidir və bizim işimizi Azərbaycan xalqı dəstəkləyir. Qarabağı, Şərqi Zəngəzuru azad etmək suverenliyi tam bərpa Azərbaycan xalqının iradəsi hesabına qəhrəman övladlarımızın qəhrəmanlığı, şücaəti hesabına mümkün olmuşdur”.

Bəli, xalq öz xilaskarına inanır və güvənir. İlham Əliyev nəyi, nə vaxt edəcəyini çox yaxşı bilir. Biz inanırıq ki, gün gələcək Şərqi Zəngəzur kimi, Qərbi Zəngəzur da öz doğma sakinlərini ağuşuna alacaq.

Gün gələcək Qərbi Azərbaycanın yetirməsi olan erməni vandalizmi tərəfindən dağıdılmış Aşıq Ələsgərin abidəsi bərpa ediləcək. Torpaqlarımızda izi silinməkdə olan bütün tarixi abidələrimiz öz əvvəlki vəziyyətinə qaytarılacaq. Necə ki, Şərqi Zəngəzurumuzu, Qarabağımızı azad edib 20 sentyabrı Azərbaycan Respublikasının Suverenliyi günü və 8 noyabr Zəfər günü olaraq tariximizə yazdığımız kimi, Qərbi Zəngəzura da qovuşub o möhtəşəm günü həkk edərik.

 

Əzizə Aqamədova

Suraxanı rayonu, Abil Səfərov adına 114 nömrəli tam orta məktəbin ibtidai sinif   müəllimi                             

↑