Cümə axşamı, 29 Oktyabr 2026 15:24:00 ☀ Bakı · 25°C
REKLAM YERİBanner üçün sahəReklam yerləşdirmək üçün redaksiya ilə əlaqə saxlayın
29 Oktyabr 2026
SON XƏBƏRLƏR
Azərbaycanla sülhü 400 il və daha çox müddətə təmin etməliyik – Paşinyan29.10.2026 15:00 Azərbaycan XİN Türkiyəni təbrik etdi (FOTO)29.10.2026 12:00 Nömrəsini və telefonunu kirayə verənlər cərimələnəcək29.10.2026 09:00 Azərbaycanla NATO hərbi əməkdaşlığın inkişafını müzakirə edib (FOTO/VİDEO)28.10.2026 21:00 Pulsuz hüquqi yardım göstərməyən vəkillər cərimələnəcək28.10.2026 18:00 İran Azərbaycan əsilli rejissora 5 il həbs cəzası verdi28.10.2026 15:00 Mədəniyyətlərarası dialoq – ortaq gələcəyə aparan yol28.10.2026 12:00 Qaradağ rayonunda sel nəticəsində dağılmış körpünün yerində yenisi inşa edilib28.10.2026 09:00 Ramiz Mehdiyev 14 il müddətinə azadlıqdan məhrum edilib27.10.2026 21:00 Məhkəmələrdən mediaya məlumat verəcək şəxs seçildi27.10.2026 18:00 Baş prokuror Misir və Maldivin antikorrupsiya qurumlarının rəhbərləri ilə görüşüb (FOTO)27.10.2026 15:00 Prezident İlham Əliyevin regional siyasəti Azərbaycan-Niderland əlaqələrinə yeni imkanlar açır – Azər Qarayev27.10.2026 12:00 Azərbaycanla sülhü 400 il və daha çox müddətə təmin etməliyik – Paşinyan29.10.2026 15:00 Azərbaycan XİN Türkiyəni təbrik etdi (FOTO)29.10.2026 12:00 Nömrəsini və telefonunu kirayə verənlər cərimələnəcək29.10.2026 09:00 Azərbaycanla NATO hərbi əməkdaşlığın inkişafını müzakirə edib (FOTO/VİDEO)28.10.2026 21:00 Pulsuz hüquqi yardım göstərməyən vəkillər cərimələnəcək28.10.2026 18:00 İran Azərbaycan əsilli rejissora 5 il həbs cəzası verdi28.10.2026 15:00 Mədəniyyətlərarası dialoq – ortaq gələcəyə aparan yol28.10.2026 12:00 Qaradağ rayonunda sel nəticəsində dağılmış körpünün yerində yenisi inşa edilib28.10.2026 09:00 Ramiz Mehdiyev 14 il müddətinə azadlıqdan məhrum edilib27.10.2026 21:00 Məhkəmələrdən mediaya məlumat verəcək şəxs seçildi27.10.2026 18:00 Baş prokuror Misir və Maldivin antikorrupsiya qurumlarının rəhbərləri ilə görüşüb (FOTO)27.10.2026 15:00 Prezident İlham Əliyevin regional siyasəti Azərbaycan-Niderland əlaqələrinə yeni imkanlar açır – Azər Qarayev27.10.2026 12:00
Xəbər xətti

Şanlı və müqəddəs tarixin başlanğıc günü

27.09.2024 12:30 · 0 baxış · rubinroot
REKLAM YERİBanner üçün sahəReklam yerləşdirmək üçün redaksiya ilə əlaqə saxlayın

27 sentyabr! Şanlı və müqəddəs tarixin başlanğıc günü! Bu elə bir gün, elə bir tarixdir ki, ölkəmizin tarix səlnaməsinə qızıl hərflərlə daxil olmuşdur. Minlərlə şəhid və qazilərimiz öz qanları ilə bu şanlı tarixi Vətən tariximizə əbədi olaraq yazmışdır.
XIX əsrin əvvəllərindən başlayaraq mərhələlərlə çar hökuməti erməniləri İrandan və Osmanlıdan Azərbaycana kütləvi köçürməyə başladı. Əsasən Naxçıvan,İrəvan,Qarabağ və Borçalıya köçürülən ermənilər illər keçdikcə torpağın əsl sahiblərini sıxışdırmağa və yerli əhaliyə qarşı qırğınlara başladılar.1905-1906-cı illərdə,1918-1920-ci illərdə və 1990-cı illərdə törədilən qırğınlar bu qəbildəndir. Üstəlik 1948-1953-cü illərdə,1988-1991-ci illərdə yerli əhalinin Qərbi Azərbaycandan zorla çıxarılması xalqımıza qarşı terror və soyqırım siyasətinin bariz nümunələrindəndir.100 minlərlə əhalinin öz dədə-baba yurdundan didərgin salınması və üstəlik kənd və qəsəbə adlarının dəyişdirilməsi tarixi saxtalaşdırmaq cəhdindən başqa birşey deyildi. 1990-cı illərdə I Qarabağ savaşında həm insan, həmdə ərazi itkisi yaşadıq. Vaxt qazanmaq üçün Ümummilli lider Heydər Əliyev atəşkəs sazişi imzaladı.1994-cü ildən bu yana həm iqtisadi, həm siyasi ,həmdə hərbi sahədə ciddi uğurlar əldə edildi. Məhz 44 günlük savaşda qələbəmizin təməlləri həmin ildən atıldı.Ordu quruculuğuna ciddi önəm verildi. Türkiyə ilə saysız-hesabsız təlimlər keçirildi. Yüksək keyfiyyətli silahlar alındı. Ordumuzun gücü öncə 2016-cı ildə Aprel döyüşlərində, sonra Tovuz döyüşlərində nümayiş edildi.
1993-cü ildə BMT tərəfindən işğal edilmiş ərazilərimizlə bağlı qəbul edilmiş 4 qətnamənin illərlə yerinə yetirilməməsi ölkəmizə qarşı ayrı-seçkilikdən başqa birşey deyildi. Üstəlik ermənilərin Qarabağda qondarma dövlət qurması, abidələri və təbiəti məhv etməsi BMT və ATƏT tərəfindən səssizcə qarşılanırdı. 2019-cu ildə Paşinyanın Qarabağla bağlı çıxışı və 2020-ci ildə onun Şuşadakı provokativ çıxışları müharibənin qaçınılmaz olduğunu göstərirdi. 2020-ci ilin iyulunda Tovuz döyüşlərində generalımız Polad Həşimovun da şəhid edilməsi xalqımızın səbr kasasını doldurmuşdu. 27 sentyabr səhər saat 6 da düşmənin atəşkəsi pozması müharibənin başlaması ilə nəticələndi. Dəmir Yumruq əməliyyatı başlandı. Əməliyyat 44 gün davam etdi. 4 oktyabrda Cəbrayıl, 17 oktyabrda Füzuli, 20 oktyabrda Zəngilan,25 oktyabrda Qubadlı, 8 noyabrda isə Şuşa azad edildi. Ümumən 300-ə qədər yaşayış məskəni azad edildi. 10 noyabrda Üçtərəfli Bəyanat imzalandı. Müharibədəki qələbəmiz siyasi-diplomatik qələbəni də gətirdi. 20 noyabrda Ağdam, 25 noyabrda Kəlbəcər, 01 dekabrda isə Laçın qaytarıldı. 02 dekabrda isə Prezidentin sərəncamı ilə 27 sentyabr Anım Günü elan edildi. Müharibə dövrü və ondan sonrakı əməliyyatlarda 3000 dən çox şəhidimiz və yüzlərlə qazimiz oldu.Təkcə mina terrorunda 300 nəfərdən çox vətəndaşımız həyatını itirdi. Elə müharibə dövründə 93 dinc sakin qətlə yetirildi ki, onların içində qadın və uşaqlar da var idi. Anım günü ilə bağlı çıxışında Müzəffər Ali Baş Komandan İlham Əliyev bildirmişdi: “Mən dəfələrlə Ermənistana xəbərdarlıq etmişdim ki, bizim səbrimiz tükənməz deyil…Biz döyüş meydanında qələbə qazanmışıq. Düşməni məhv etmişik. Zabit və əagərlərimiz hesabına, onların qanı və canı hesabına…Allah həm Birinci Qarabağ,həmdə II Qarabağ müharibəsində həlak olan şəhidlərimizə rəhmət etsin, qazilərimizə şəfa versin. Onlar tezliklə normal həyata qayıda bilsin. Dövlətimiz bütün imkanları ilə onlara hərcür dəstək verir və verəcək”. Müharibə dövründə xalq-dövlət-ordu birliyi ən yüksək səviyyədə idi. Prezident informasiya müharibəsində qələbəmizi təmin edirdi. Onun müxtəlif dillərdə Azərbaycan həqiqətlərini dünyaya çatdırması informasiya savaşında üstünlüyümüzü şərtləndirirdi.
Müharibə bitsədə, sakit dayanmayan ermənilər Qarabağa silah daşıyır, təxribatlar törədirdi. 10 noyabr razılaşmasına əməl etmək istəməyən ermənilər tez-tez mina terroruna əl atırdılar. 2023-cü il 19 sentyabrda mülki və polis əməkdaşlarının mina terrorunda şəhid edilməsi Antiterror əməliyyatı üçün başlanğıc oldu. Cəmi 1 sutka davam edən döyüşlərdə düşmən tamamilə məhv edildi, ağ bayraq qaldırdı. Xocalı, Ağdərə, Xankəndi, Xocavənd azad edildi. Ölkəmizin Qarabağda suverenliyi tam bərqərar edildi.15 oktyabrda Ali Baş Komandan İlham Əliyev həmin şəhərlərdə bayrağımızı ucaltdı. Xocalı yaramıza az da olsa su səpildi. Allah şəhidlərimizə rəhmət etsin, qazilərimizə tezliklə şəfa versin. Şəhid ailələrinə səbr diləyir və qarşılarında baş əyirəm!
Bugün azad Qarabağa həyat qayıdır.Geniş quruculuq işləri həyata keçirilir. Artıq minlərlə ailələr öz doğma torpağına qayıdıb. Şəhərlər, kəndlər salınır və yeni iş yerləri açılır.Tarixi abidələr bərpa edilir.Xankəndində universitetin fəaliyyətə başlaması isə böyük hadisədir. İşlərə birbaşa cənab prezident İlham Əliyevin nəzarət etməsi məsuliyyəti daha da artırır. Onun da dediyi kimi, biz bu torpaqlara əbədi qayıtmışıq!

Vüsal Babayev
Suraxanı rayonu, 316 nömrəli tam orta məktəbin tarix müəllimi

↑