Skip to content
Avqust 31, 2026
  • Instagram
  • Facebook
  • Twitter
  • Linkedin
  • Youtube
Rubin.az

Rubin.az

reklam-idman-1
Primary Menu
  • Rəsmi
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Mədəniyyət
    • Şoubiznes
  • Ədəbiyyat
  • Filmlər
  • Hadisə
  • İdman
  • Elm
    • Təhsil
    • Təhsil Nazirliyi
  • Dünya
  • Digər
    • Müsahibə
    • Sağlamlıq
    • Din
    • Maraqlı
  • Home
  • Belarus Ermənistana nota verdi 
  • Dünya

Belarus Ermənistana nota verdi 

rubinroot İyun 21, 2024
1718979640_belarus_ermenistan

Belarusun Xarici İşlər Nazirliyi ötən gün Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanla Svetlana Tixanovskaya arasında keçirilən görüş səbəbindən İrəvana etiraz notası verib.

Modern.az xəbər verir ki, bu barədə Belarusun Xarici İşlər Nazirliyi məlumat yayıb.

Məlumata görə, Ermənistanın bu ölkədəki müvəqqəti işlər vəkili Narek Tiraturyan nazirliyə çağırılıb və ona yuxarıda bəhs olunan görüşlə bağlı etiraz notası verilib.

Qeyd edək ki, Vilnüsdə baş tutan və rəsmi Minskin etirazına səbəb olan görüşdə müxalifət lideri Tixanovskaya Belarus hakimiyyəti və şəxsən prezident Aleksandr Lukaşenko ilə bağlı qətiyyətli mövqeyinə görə rəsmi İrəvana təşəkkür edib.

O, həmçinin Belarusdakı demokratik qüvvələrlə Ermənistan arasında sıx əməkdaşlığın davam etdiriləcəyinə əminliyini bildirib.

About the Author

rubinroot

Administrator

View All Posts

Post navigation

Previous: Ceyhun Bayramov Qırğızıstanın səfirini qəbul edib
Next: Azərbaycanın 3 güləşçisi Dünya Seriyasının Fransa mərhələsində mübarizə aparacaq

  • Instagram
  • Facebook
  • Twitter
  • Linkedin
  • Youtube
Copyright © Hazırladı Vetenim.info | MoreNews by AF themes.