Cümə axşamı, 15 Oktyabr 2026 08:42:04 ☀ Bakı · 25°C
REKLAM YERİBanner üçün sahəReklam yerləşdirmək üçün redaksiya ilə əlaqə saxlayın
15 Oktyabr 2026
Dünya

Təbrizdə İranın mərhum Prezidenti və xarici işlər naziri ilə vida mərasimi başlayıb

21.05.2024 10:48 · 3 baxış · rubinroot
REKLAM YERİBanner üçün sahəReklam yerləşdirmək üçün redaksiya ilə əlaqə saxlayın

Təbrizdə helikopter qəzasında həlak olan İran Prezidenti İbrahim Rəisi və xarici işlər naziri Hüseyn Əmir Abdullahianla vida mərasimi başlayıb.

“Report” xəbər verir ki, bu barədə İranın IRNA agentliyi məlumat yayıb.

Qeyd edək ki, ötən gün İbrahim Rəisinin dəfn mərasiminin mayın 23-də doğulduğu Məşhəd şəhərində keçiriləcəyi açıqlanmışdı.

Xatırladaq ki, mayın 19-da İbrahim Rəisinin helikopteri İranın Verzeqan şəhəri yaxınlığında qəzaya uğrayıb. Hadisə nəticəsində helikopterinin bütün sərnişinləri və ekipaj üzvləri həlak olub.

↑