Skip to content
Avqust 31, 2026
  • Instagram
  • Facebook
  • Twitter
  • Linkedin
  • Youtube
Rubin.az

Rubin.az

reklam-idman-1
Primary Menu
  • Rəsmi
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Mədəniyyət
    • Şoubiznes
  • Ədəbiyyat
  • Filmlər
  • Hadisə
  • İdman
  • Elm
    • Təhsil
    • Təhsil Nazirliyi
  • Dünya
  • Digər
    • Müsahibə
    • Sağlamlıq
    • Din
    • Maraqlı
  • Home
  • Qırğızıstanın Daxili İşlər Nazirliyi vətəndaşlara xəbərdarlıq edib
  • Dünya

Qırğızıstanın Daxili İşlər Nazirliyi vətəndaşlara xəbərdarlıq edib

rubinroot May 19, 2024
b5182e3f-a4d8-3b91-92da-7ee8cfb14bee_850

Qırğızıstan Daxili İşlər Nazirliyi ölkə sakinlərini icazəsiz aksiyalarda iştirak etməməyə çağırıb və onlara qanunun pozulmasına görə məsuliyyəti xatırladıb.

“Report”un məlumatına görə, bu barədə nazirliyin mətbuat xidmətinin açıqlamasında bildirilib.

“Paytaxtda baş verən son hadisələrlə əlaqədar Qırğızıstan Respublikasının Daxili İşlər Nazirliyi vətəndaşları, xüsusən də gəncləri icazəsiz aksiyalarda iştirakdan çəkinməyə və qanunsuz hərəkətlərin törətdiyi fəsadları unutmamağa çağırır”, – məlumatda deyilir.

Nazirlik xatırladıb ki, bu cür hərəkətlər müəssisə və təşkilatların normal fəaliyyətini pozur, vətəndaşların həyat və sağlamlığına real təhlükə yaradır, habelə paytaxt sakinlərinin sərbəst hərəkət etmək hüquqlarını pozur.

Qeyd edək ki, mayın 13-də əcnəbi tələbələrin yaşadığı yataqxanalarından birinin həyətində kütləvi dava baş verib. Hadisə zamanı bir neçə yerli sakin döyülüb. Yerli KİV-in məlumatına görə, mayın 17-si axşam yüzlərlə yerli sakin yataqxananın qarşısında toplaşıb. Hadisə yerinə polis əməkdaşları cəlb olunub və saxlanılanlar var.

About the Author

rubinroot

Administrator

View All Posts

Post navigation

Previous: “Prezidentlərin Füzuli və Şuşaya səfərləri vacib hadisələrlə yadda qaldı”
Next: FHN çayda batan yeniyetməni axtarır 

  • Instagram
  • Facebook
  • Twitter
  • Linkedin
  • Youtube
Copyright © Hazırladı Vetenim.info | MoreNews by AF themes.