Şagirdlərin ümümi təhsil pilləsində məktəbdaxili qiymətləndirilməsində bir sıra dəyişiklər olduğu məlumdur. Eyni zamanda bu müəllimlər arasında bir sıra suallar və çaşqınlıqlar yaratdığı üçün verilən sualları araşdıraraq sızə təqdim edirik.
Qiymətləndirmə haqqında əvvəlcə məlumat verək:
Məktəbdaxılı qiymətləndirmənin 3 forması
1.Diaqnostik qiymətləndirmə , 2.Formativ 3. Summativ öz qüvvəsindədir.
Diaqnostik qiymətləndirilmə -Diaqnostik qiymətləndirmə dərs ilinin və ya fənn üzrə tədris resurslarında nəzərdə tutulmuş hər bölmənin əvvəlində aparılmaqla şagirdlərin bilik və bacarıqlarının, o cümlədən maraq və motivasiyasının ilkin qiymətləndirilməsi məqsədi ilə aparılır və nəticəsi təhsilalanların qovluğunda saxlanılır. Bu qiymətləndirmədə tapşırıqvermə, müşahidə üsullardan istifadə etmək olar.
Formativ qiymətləndirmə -təhsilalanın hər bir fənn üzrə təhsil proqramında(kurikulumda) müəyyənləşdirilmiş məzmun standartlarının mənims Dekabrənilməsinə yönəlmiş fəaliyyətlərini izləmək, bu prosesdə onun qarşısına çıxan çətinlikləri müəyyən edib onları aradan qaldırmaq məqsədi ilə aparılır. Formativ qiymətləndirmə şagird
nailiyyətlərinin monitorinqi vasitəsilə tədrisin düzgün istiqamətləndirilməsinə xidmət edir. Müəllim formativ qiymətləndirmə vasitəsilə tədris prosesini tənzimləyir, şagirdlər tərəfindən məzmunun mənimsənilməsinə kömək edir. Formativ qiymətləndirmə zamanı da tapşırıqvermə, müşahidə (müəllim tərəfindən şagirdlərin yeni mövzuya olan maraqsəviyyəsinin müəyyən edilməsi) üsullarından istifadə olunur. Formativ qiymətləndirmənin nəticəsi ilə bağlı “Müəllimin formativ qiymətləndirmə dəftəri”ndə və “Məktəbli kitabçası”nda müvafiq yazılı qeydlər aparılır.Müəllim bütün sinfi şifahi şəkildə formativ qiymətləndirə bilər , lakin heç olmasa hər dərs üçün azı 7-8 şagirdin gündəliyinə bunu yazılı qeyd etməlidir . Müəllimin formativ qiymətləndirmə dəftəri olmalıdır və orada mütəmadi apardığı qeydləri dərs ilinin yarımillərinin sonunda şagirdlərin yarımillik fəaliyyətinin qısa təsvirini hazırlamalı və həmin təsvir isə ümumi təhsil müəssisəsindəki fərdi qovluğunda saxlanılmalıdır. Summativ qiymətləndirmə -hər bir fənn üzrə təhsil proqramında (kurikulumda) müəyyənləşdirilmiş məzmun standartlarının mənimsənilməsi ilə bağlı təhsilalanların əldə etdiyi nailiyyətlərin müəyyən olunması məqsədilə aparılır.
Summativ qiymətləndirmə aşağıdakı iki formada aparılır:
1. KSQ hər bir fənn üzrə dərsliklərdə nəzərdə tutulmuş hər bölmənin daxilində və ya
bölmənin sonunda
2.BSQ hər yarımilin sonunda
I siniflərdə ümumiyyətlə summativ qiymətləndirmə aparılmır.
II-III siniflərdə böyük summativ qiymətləndirmə keçirilmir.
II-XI siniflərdə bütün fənlər üzrə hər yarımildə 3 dəfədən az 6 dəfədən çox
olmamaqla müəllim tərəfindən aparılır. Hər fənn üzrə kiçik summativ qiymətləndirmələrin aparılacağı tarix haqqında məlumat tədris ilinin birinci həftəsi ərzində fənn müəllimi tərəfindən sinifdə təhsilalanlara elan olunur. Hər bir fənn üzrə kiçik summativ qiymətləndirmə həmin fənnin tədris olunduğu 1 (bir) dərs saatı ərzində
aparılır.
Böyük summativ qiymətləndirmə -ümumi təhsil müəssisəsinin rəhbərliyi tərəfindən
hər yarımilin sonunda aşağıda sadalanan fənlər üzrə aparılır:
Ümumi təhsil müəssisələrinin IV, IX və XI siniflərində bütün fənlər üzrə;
Ümumi təhsil müəssisələrinin V-VIII siniflərində ümumi orta təhsil səviyyəsi üçün nəzərdə tutulmuş buraxılış imtahanı fənləri üzrə BSQ keçirilir.Lisey və gimnaziyaların VIII siniflərində Pedaqoji Şuranın qərarı ilə əlavə 3 fəndən , ümumi təhsilmüəssisələrinin tam orta təhsil səviyyəsində təmayülləşmə tətbiq olunan X sinfində tam
orta təhsil səviyyəsi üçün nəzərdə tutulmuş buraxılış imtahanı fənləri ilə yanaşı, müəssisənin pedaqoji şurasının qərarı ilə müəyyənləşdirilmiş maksimum 3 təmayül fənni üzrə BSQ aparılmalıdır. Eyni zamanda Ümumi təhsil müəssisələrinin V-VIII siniflərində ümumi orta təhsil səviyyəsi üçün və tam orta təhsil səviyyəsində təmayülləşmə tətbiq olunmayan X sinfində həmin təhsil səviyyəsi üçün nəzərdə tutulmuş buraxılış imtahanı fənləri ilə yanaşı, müəssisənin pedaqoji şurasının qərarı ilə müəyyənləşdirilmiş maksimum digər 3 fənn üzrə də böyük summativ qiymətləndirmə keçirilə bilər. Pedaqoji Şuranın müvafiq qərarı dərs ilinin əvvəlində qəbul edilir və
təhsilalanlara elan edilir. Hər bir fənn üzrə böyük summativ qiymətləndirmə ibtidai
təhsil səviyyəsində 45, ümumi orta və tam orta təhsil səviyyəsində 45-90 dəqiqə ərzində
aparılır.
Kiçik və böyük summativ qiymətləndirmələr 100 ballıq şkala ilə ölçülür.
Summativ qiymətləndirmədə istifadə olunan;
Suallar hər bir sinif və fənn üzrə 4 səviyyədə tərtib edilir.
1-ci səviyyə ən aşağı 4-cü səviyyə isə ən yüksək səviyyəni əks etdirir. Suallar müxtəlif mürəkkəblik səviyyəsində hazırlanır. 1-ci və 2-ci səviyyəyə təhsilalanların əksəriyyətinin cavablandıra biləcəyi suallar aid edilir. 3-cü və 4-cü
səviyyəyə daha hazırlıqlı şagirdlərin cavablandıra biləcəyi suallar aid edilir. Səviyyələr üzrə sualların qiymətləndirmə ballarının 100 ballıq şkalada taşağıdakı kimi nəzərdə
tutulur:
– 1-ci səviyyə uzrə suallar qiymətləndirmənin 20%-ni (və ya 20 bal) təşkil edir;
– 2-ci səviyyə uzrə suallar qiymətləndirmənin 30%-ni (və ya 30 bal) təşkil edir;
– 3-cü səviyyə uzrə suallar qiymətləndirmənin 30%-ni (və ya 30 bal) təşkil edir;
– 4-cü səviyyə uzrə suallar qiymətləndirmənin 20%-ni (və ya 20 bal) təşkil edir.
Üzrlü (xəstəlik (tibbi arayış təqdim edildikdə), bədbəxt və fövqəladə hadisə) səbəbdən kiçik summativ qiymətləndirmənin hər hansı birində iştirak etməyən təhsilalanın kiçik summativ qiymətləndirmədə iştirak etməməsi yarımillik balların hesablanmasında nəzərə alınmır. Təhsilalanın iştirak etmədiyi kiçik summativqiymətləndirmə növbəti kiçik summativ qiymətləndirməyədək təşkil edilir.Üzrsüz səbəbdən kiçik summativ qiymətləndirmədə iştirak etməyən təhsilalanların həmin qiymətləndirmə üzrə balı “0” qəbul edilir və yarımillik balların hesablanmasında nəzərə alınır.Üzrsüz səbəbdən I və II yarımillər üzrə keçirilən böyük summativ qiymətləndirmələrdə iştirak etməyən təhsilalan həmin qiymətləndirmələr üzrə balı “0” qəbul olunur.Təhsilalan I və II yarımillər üzrə keçirilən böyük summativ qiymətləndirmələrdə üzrlü səbəbdən (xəstəlik (tibbi arayış təqdim edildikdə), bədbəxt və fövqəladə hadisə) iştirak edə bilmədikdə, müvafiq summativ qiymətləndirmə günündən sonra növbəti 2 (iki) həftə müddətində onun üçün böyük summativ qiymətləndirmə təşkil
edilir. Qeyd olunan müddətdə təhsilalan böyük summativ qiymətləndirmədə hər hansı səbəbdən iştirak etmədikdə böyük summativ qiymətləndirmə üzrə balı “0” qəbul olunur.Summativ qiymətləndirmədə iştirak etməyən təhsilalanlar üçün sinifdə istifadə olunan eyni səviyyəli yeni qiymətləndirmə vasitələri (test, imla, inşa, ifadə, çalışma)hazırlanır.Təhsilalanın summativ qiymətləndirmədə topladığı balların 2, 3, 4, 5 qiymətlərinə uyğunluğu aşağıdakı qaydada müəyyənləşdirilir:
30-dək (daxil olmaqla) olan ballar “2” qiyməti ilə;
30-dan 60-dək (daxil olmaqla) olan ballar “3” qiyməti ilə;
60-dan 80-dək (daxil olmaqla) olan ballar “4” qiyməti ilə;
80-dən 100-dək (daxil olmaqla) olan ballar “5” qiyməti ilə.
Təhsilalanın summativ qiymətləndirmədə topladığı ballar və onların uyğunlaşdırıldığı
qiymət summativ qiymətləndirmənin aparıldığı tarixdə sinif jurnalında və “Məktəbli
kitabçası”nda yazılır.Summativ qiymətləndirmələrin nəticələri ilə razılaşmayan təhsilalanların valideynlərinin
və ya digər qanuni nümayəndələrinin müraciətlərinə təhsil müəssisəsinin tabeliyindən asılı olaraq Azərbaycan Respublikasının Təhsil Nazirliyi və ya yerli təhsili idarəetmə orqanları tərəfindən baxılır. Yerli təhsili idarəetmə orqanlarının qərarları ilə razılaşmayan təhsilalanların valideynlərinin və ya digər qanuni nümayəndələrinin müraciətlərinə Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən baxılır. Təhsilalanların kiçik və
böyük summativ qiymətləndirmələrdə topladığı ballar əsasında yarımillik ballar hesablanır. Yarımillik balların miqdarı və onların uyğunlaşdırıldığı qiymət sinif jurnalı və “Məktəbli kitabçası”nda yazılır.
Böyük summativ qiymətləndirmə aparılmayan fənlər üzrə yarımillik bal kiçik summativ qiymətləndirmələrdə toplanmış ballar əsasında aşağıdakı kimi hesablanır.
Y= (ksq1+ ksq2+…+ ksqn ) / n
Y- təhsilalanın yarımillik üzrə balını;
– hər kiçik summativ qiymətləndirmədə toplanmış balların miqdarı;
n – kiçik summativ qiymətləndirmələrin sayını bildirir.
Böyük summativ qiymətləndirmə aparılan fənlər üzrə yarımillik bal kiçik və böyük
summativ qiymətləndirmələrdə toplanılan ballar əsasında aşağıdakı kimi hesablanır:
BSQ – hər yarımillik üzrə aparılan böyük summativ qiymətləndirmədə toplanmış
balların miqdarı.
Təhsilalanın illik balları onun yarımillik ballarının ədədi ortası kimi hesablanır və illik balın 2, 3, 4 və ya 5 qiymətlərinə uyğunlaşdırılır və bu qiymət sinif jurnalı və “Məktəbli kitabçası”nda yazılır.
İllik qiymətləndirmənin nəticələrinə əsasən təhsilalanların sinifdən-sinfə keçirilməsi
Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən təsdiq edilən qaydalarla tənzimlənir.
Qeyd:Məktəbdaxili qiymətləndirmə ilə bağlı yeni qaydalar Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi və dərc olunduğu gündən , 29 dekabr 2018-ci ildən qüvvədədir. Deməli artıq birinci yarım ildən məktəblər bu yeniliklərlə BSQ keçirəcəklər. Qalır müəllimlərə proqramlarını yeniləmək.