Lerikə istirahətə gedən Bakı şəhər sakinlərinin qidadan hansı səbəbdən zəhərləndiyi ilə bağlı araşdırma aparılır.
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) Oxu.Az-ın sorğusuna cavab olaraq bildirib ki, ilkin araşdırmalar nəticəsində məlum olub ki, sanitar-gigiyenik norma və tələblər gözlənilmədən, o cümlədən saxlama şəraitinə və temperatur rejiminə əməl olunmadan açıq hava şəraitində həmin şəxslər tərəfindən istehlak üçün hazırlanmış qida məhsullarını qəbul etdikdən sonra tibbi yardıma müraciət olunub:
“Hazırda zərərçəkənlərin sağlamlığı normaldır. Agentliyin mütəxəssisləri tərəfindən müvafiq qurumlarla birgə araşdırmalar davam etdirilir. Araşdırmaların nəticəsi barədə əlavə məlumat veriləcək”.
13:51
Lerikdə zəhərlənmə ilə bağlı Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) açıqlama verib.
TƏBİB-dən Oxu.Az-a verilən məlumata görə, 27.03.2024-cü il tarixdə saat 06:00-da zəhərlənmə şübhəsi ilə bağlı 11 nəfər Lənkəran Rayon Mərkəzi Xəstəxanasının Təcili yardım şöbəsinə gətirilib.
Həmin şəxslərə zəruri ilkin tibbi xidmətlər göstərilib, analiz nümunələri götürülüb. Onlar vəziyyətlərinə uyğun olaraq ambulator müalicə üçün evə buraxılıblar.
12:39
Lerikə istirahətə gedən Bakı şəhər sakinləri qidadan zəhərləniblər.
“Report”un cənub bürosunun verdiyi xəbərə görə, Lerikdə istirahət mərkəzlərində istirahətdə olan Bakı şəhər sakinləri qidadan zəhərləniblər. Zəhərlənənlərdən 6-sı azyaşlı olmaqla ümumilikdə 11 nəfər Lənkəran Rayon Mərkəzi Xəstəxanasının təcili tibbi yardım şöbəsinə çatdırılıb.
Xəstəxanadan verilən məlumata görə Bakı şəhər sakinləri olan 3 ailənin üzvləri
1992-ci il təvəllüdlü Nihat Elman oğlu Xəlilzadə
1991-ci il təvəllüdlü Firuzə Polad qızı Xəlilzadə
2018-ci il təvəllüdlü Elman Nihat oğlu Xəlilzadə
2014-cü il təvəllüdlü Mədinə Nihat qızı Xəlilzadə
1993-cü il təvəllüdlü Arzu Ələskər qızı Hənifəyeva
1990-cı il təvəllüdlü Səbinə Canbulaq qızı Hənifəyeva
2020-cı il təvəllüdlü Milay Cavid qızı Hənifəyeva
2016-cı il təvəllüdlü Elnur Cavid oğlu Hənifəyev
1987-ci il təvəllüdlü Cavid Canbulaq oğlu Hənifəyev
2012-ci il təvəllüdlü Könül Elçin qızı Cənnətalıyeva
2018-ci il təvəllüdlü Yusif Elçin oğlu Cənnətalıyevə ilkin tibbi yardım göstərilib.
İlkin ehtimala görə, onlar özləri ilə gətirdiyi ərzaqdan zəhərləniblər.