Skip to content
Avqust 31, 2026
  • Instagram
  • Facebook
  • Twitter
  • Linkedin
  • Youtube
Rubin.az

Rubin.az

reklam-idman-1
Primary Menu
  • Rəsmi
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Mədəniyyət
    • Şoubiznes
  • Ədəbiyyat
  • Filmlər
  • Hadisə
  • İdman
  • Elm
    • Təhsil
    • Təhsil Nazirliyi
  • Dünya
  • Digər
    • Müsahibə
    • Sağlamlıq
    • Din
    • Maraqlı
  • Home
  • “Maliyyə savadlılığı” adlı layihə keçirilib
  • Elm

“Maliyyə savadlılığı” adlı layihə keçirilib

rubinroot Mart 9, 2019
52475692_2292354224422156_232812752433840128_n

Azərbaycan Respublikasının Gənclər Fondunun maliyyə dəstəyi və Binəqədi Rayon Gənclər və İdman İdarəsinin təşkilati dəstəyi ilə Binəqədi Gənclər Evi Sosial Xidmət Müəssisəsinin inzibati binasında “Maliyyə savadlılığı” adlı layihə reallaşdırılmışdır.

“Rubin.az” xəbər verir ki, Gənclər Fondunun XI qrant müsabiqəsinin qalibi olan, Azərbaycan Dövlət İqtisad Universitenin III kurs tələbəsi, Turxan Əhmədlinin bu layihəni ərsəyə gətirməkdə əsas məqsədi Azərbaycan Respublikası Prezidentinin “Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritəsinin başlıca istiqamətləri”nin təsdiqi və bundan irəli gələn məsələlər haqqında və geridə qoyduğumuz müddət ərzində ölkəmizdə bu sahədə əldə olunan uğurlar barəsində dolğun informasiyanı gənclərlə maksimum şəkildə paylaşmaq, gənclərimizə hərtərəfli çatdırmaqdan ibarətdir. Tədbiri giriş sözü ilə açan Turxan Əhmədli nitqində Azərbaycan Respublikasının Gənclər Fonduna gənclərə göstərdiyi dəstək üçün minnətdarlığını bildirmişdir. Daha sonra isə təlimçi Mahmud Məmmədzadə təqdimatında “Vergilər”, “Marketinq nədir?”, “Banklar haqqında bunları bilmək zəruridir” adlı mövzularda təlimlər keçirmişdir. Layihə çərçivəsində iştirakçılar komandalara bölünərək öz təqdimatlarını hazırlamışlar. Sonda isə sertifikatların iştirakçılara təqdim olunması həyata keçirilmişdir.

About the Author

rubinroot

Administrator

View All Posts

Post navigation

Previous: Dövlət qulluqçularının maaşı artırıldı – Prezident sərəncam imzalayıb
Next: 9-cu siniflər üçün buraxılış imtahanı keçirilir

  • Instagram
  • Facebook
  • Twitter
  • Linkedin
  • Youtube
Copyright © Hazırladı Vetenim.info | MoreNews by AF themes.