Bazar ertəsi, 30 Noyabr 2026 00:10:49 ☀ Bakı · 25°C
REKLAM YERİBanner üçün sahəReklam yerləşdirmək üçün redaksiya ilə əlaqə saxlayın
30 Noyabr 2026
SON XƏBƏRLƏR
Bakıda yol qəzası səbəbindən Heydər Əliyev prospektində sıxlıq yaranıb29.11.2026 21:00 Azərbaycan və Peru arasında konsulluq məsləhətləşmələri keçirilib29.11.2026 18:00 Dövlət Komissiyası itkin düşmüş şəxslərlə bağlı beynəlxalq konfransın yekunlarına həsr olunmuş paylaşım edib29.11.2026 15:00 Ağcabədidə 100 ildən artıq yaşı olan binada yanğın baş verib (FOTO)29.11.2026 12:00 Ermənistan parlamentindəki müxalifət konstitusiya referendumunun keçirilməsini dəstəkləməlidir – Paşinyan29.11.2026 09:00 Bakıda beynəlxalq arbitrajın etik standartlarının müzakirəsinə həsr olunan seminar keçirilib (FOTO)28.11.2026 21:00 Gələn ildən ƏDV hesabındakı vəsaitlər sosial müdafiə fonduna da köçürülə biləcək28.11.2026 18:00 Borclu olduğu adamın velosipedini oğurlayıb sataraq borcunu qaytardı28.11.2026 15:00 Ötən gün 57 cinayətin üstü açılıb28.11.2026 12:00 Lökbatanda yol qəzası: avtomobil piyada səkisinə çıxıb28.11.2026 09:00 Yevlaxda 74 yaşlı kişinin meyiti evində tapıldı27.11.2026 21:00 Neftçalada balıqartırma zavodu özəlləşdirilib27.11.2026 18:00 Bakıda yol qəzası səbəbindən Heydər Əliyev prospektində sıxlıq yaranıb29.11.2026 21:00 Azərbaycan və Peru arasında konsulluq məsləhətləşmələri keçirilib29.11.2026 18:00 Dövlət Komissiyası itkin düşmüş şəxslərlə bağlı beynəlxalq konfransın yekunlarına həsr olunmuş paylaşım edib29.11.2026 15:00 Ağcabədidə 100 ildən artıq yaşı olan binada yanğın baş verib (FOTO)29.11.2026 12:00 Ermənistan parlamentindəki müxalifət konstitusiya referendumunun keçirilməsini dəstəkləməlidir – Paşinyan29.11.2026 09:00 Bakıda beynəlxalq arbitrajın etik standartlarının müzakirəsinə həsr olunan seminar keçirilib (FOTO)28.11.2026 21:00 Gələn ildən ƏDV hesabındakı vəsaitlər sosial müdafiə fonduna da köçürülə biləcək28.11.2026 18:00 Borclu olduğu adamın velosipedini oğurlayıb sataraq borcunu qaytardı28.11.2026 15:00 Ötən gün 57 cinayətin üstü açılıb28.11.2026 12:00 Lökbatanda yol qəzası: avtomobil piyada səkisinə çıxıb28.11.2026 09:00 Yevlaxda 74 yaşlı kişinin meyiti evində tapıldı27.11.2026 21:00 Neftçalada balıqartırma zavodu özəlləşdirilib27.11.2026 18:00
Siyasət

Adil Əliyev 160 nəfər birinci sinif şagirdini məktəbli ləvazimatları ilə təmin edib

12.09.2023 11:38 · 4 baxış · rubinroot
REKLAM YERİBanner üçün sahəReklam yerləşdirmək üçün redaksiya ilə əlaqə saxlayın

Sentyabrın 11-də Milli Məclisin sədr müavini, parlamentin Gənclər və idman komitəsinin sədri Adil Əliyev Bakının Nərimanov rayonunda yeni tədris ili ərəfəsində təhsil ictimaiyyəti ilə görüş keçirib.

Tədbirdə əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, daha sonra Vətən uğrunda şəhid olmuş qəhrəmanlarımızın əziz xatirələri bir dəqiqəlik sükutla yad edilib.

Vitse-spiker Adil Əliyev çıxışında bildirib ki, uşaqlarımızın həvəslə məktəbə hazırlaşdıqlarını görmək hər birimizi sevindirir. Ulu Öndər Heydər Əliyevin dediyi kimi, “Uşaqlar bizim gələcəyimizdir”. Bizim borcumuz uşaqlarımızı təhsilli, savadlı, vətənpərvər ruhda böyütmək, milli-mənəvi dəyərlərimizi onlara aşılamaqdır.

O, diqqətə çatdırıb ki, bu gün uşaqlarımızın təhsilə, məktəbə böyük həvəs göstərməsi Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin elm, təhsil və gənclər sahəsində yürütdüyü uğurlu siyasətin bəhrəsidir. Uşaqlarımızın xoşbəxt və uğurlu gələcəyinin açarı məhz təhsildə, elmdədir. Uşaqlara oxumaq, təhsil almaq, savadlı olmaq kimi bacarıqların erkən yaşlarından təbliğ edilməsinin zəruriliyinə toxunan sədr müavini, dövlətin təhsil sahəsinə böyük vəsaitlər sərf etdiyini, hər il yeni məktəblərin tikildiyini, əsaslı təmir edildiyini qeyd edib. Vitse-spiker bildirib ki,  I Vitse-prezident Mehriban xanım Əliyevanın rəhbərliyi ilə Heydər Əliyev Fondu tərəfindən icra olunan “Yenilənən Azərbaycana yeni məktəb” və digər layihələr təhsilimizə əvəzsiz töhfələr verir.

Daha sonra tədbirdə 160 nəfər birinci sinif şagirdinə vitse-spiker Adil Əliyev tərəfindən məktəbli formaları, çantalar və digər məktəbli ləvazimatları hədiyyə edilib, onlara təhsil həyatında uğurlar arzulanıb.

Tədbirdə çıxış edən Şəhər Bələdiyyələrinin Milli Assosiasiyasının sədri Təmraz Tağıyev və ictimaiyyət nümayəndələri şagirdləri təbrik edərək, onlara uğurlar arzulayıblar.

Daha sonra çıxış edən müəllimlər, valideynlər göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını ifadə ediblər.

↑