Cümə axşamı, 15 Oktyabr 2026 10:40:50 ☀ Bakı · 25°C
REKLAM YERİBanner üçün sahəReklam yerləşdirmək üçün redaksiya ilə əlaqə saxlayın
15 Oktyabr 2026
İqtisadiyyat

Kür çayı üzərində yeni dəmir yolu körpüsü istismara verilir

17.08.2023 18:46 · 3 baxış · rubinroot
REKLAM YERİBanner üçün sahəReklam yerləşdirmək üçün redaksiya ilə əlaqə saxlayın

Ələt-Horadiz-Ağbənd dəmir yolu xəttinin Ələt-Osmanlı hissəsindəki dəmiryol körpüsü yenidən qurulub və ona paralel yeni körpü inşa edilib.

“APA-Economics” xəbər verir ki, Kür çayının Şirvan şəhərindən keçən hissəsində yerləşən bu körpülərin hər birinin uzunluğu 270,5 metr, eni isə 5,7 metrdir. Hər iki körpünün layihələndirilməsi 100% yerinə yetirilib, tikinti işlərinin 98%-i yekunlaşıb.
Qeyd edək ki, bu körpülər dəmir yolu ilə yüklərin daha intensiv daşınmasında önəmli rol oynayacaq. Yaxın zamanda körpülərin tam istimara verilməsi planlaşdırılır.

↑