Cümə axşamı, 15 Oktyabr 2026 10:40:16 ☀ Bakı · 25°C
REKLAM YERİBanner üçün sahəReklam yerləşdirmək üçün redaksiya ilə əlaqə saxlayın
15 Oktyabr 2026
İqtisadiyyat

Azərbaycanda benzinin istehsalı 30%-dək artıb – CƏDVƏL

14.08.2023 17:59 · 3 baxış · rubinroot
REKLAM YERİBanner üçün sahəReklam yerləşdirmək üçün redaksiya ilə əlaqə saxlayın

Azərbaycanda bu ilin yanvar-iyul aylarında neft məhsullarının istehsalı sahəsində istehsalın ümumi dəyəri 2 598,2 mln. manat olmaqla, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 15,9% artıb.

Dövlət Statistika Komitəsindən verilən məlumata görə, neft məhsullarının istehsalında sürtkü yağlarının istehsalı 63,1%, neft koksunun istehsalı 46,3%, avtomobil benzininin istehsalı 29,8%, qazoylların (dizel yanacağının) istehsalı 25,5% artıb, neft bitumu istehsalı 39,7 faiz, mazut istehsalı isə 94% azalıb.

Xatırladaq ki, Azərbaycanda neft, təməli 1953-cü ildə qoyulmuş Heydər Əliyev adına Bakı Neft Emalı Zavodunda emal edilir. Zavod respublikanın neft məhsullarına olan tələbatını tam ödəyir. Hazırda NEZ-də yenidənqurma və modernləşdirmə işləri aparılır.

Azərbaycanda neft məhsullarının istehsalı dinamikası:

Məhsul növləri 2023-cü ilin yanvar-iyul aylarında istehsal edilmişdir Əvvəlki ilin müvafiq dövrünə nisbətən, faizlə 01.07.2023-cü il vəziyyətinə hazır məhsul ehtiyatı
Avtomobil benzini, min ton 838,5 129,8 4,6
Ağ neft, min ton 334,2 108,1 39,7
Qazoyllar (dizel yanacağı), min ton 1 351,3 125,5 87,4
Mazut, min ton 4 6 1,8
Sürtkü yağları, min ton 35,4 163,1 5,8
Maye qazlar, min ton 141 115,5 2
Neft koksu; neft bitumu və neft məhsullarının digər qrupları, min ton 620,1 79,3 25,1
ondan:      
neft bitumu, min ton 137,7 60,3 11,1
neft koksu, min ton 142,2 146,3 13,6
↑