“Tanıdaq” rubrikasının növbəti qonağı DİQ müsabiqəsində iştirak edərək bütün mərhələləri uğurla başa vuran və Kəlbəcər rayonu 23 nömrəli məktəbə direktor təyin edilən Həqiqət Şükürovadır. Təhsilimiz üçün xeyirli olsun deyib müsahibəmizə başlayaq.
Əvvəlcə özünüzü təqdim edin..oxucularımız sizi tanısın
Mən Həqiqət Əvəz qızı Şükürova 23 saylı Kəlbəcər tam orta məktəbinin direktoruyam. Ancaq ən əsası 14 ildir çox sevdiyi peşesi hesabina qazandigi , onu çox sevən sagird ordusu olan müəllim.
Uşaqlıqdan ən böyük arzum müəllim olmaq olub.Hətda yaddasıma belə gəlir ki , evimizdə otagimda lövhəm də vardı , bütun oyuncaqlarıma müəllimlik edirdim , “ jurnalım “ da vardı , uşaqlıq xatirələrimin içində indi də o jurnal dayanir. Bu arzular məni sinif müəllimliyinə gətirdi və 2005-ci ildən Kəlbəcər rayonu 13 nömrəli məktəbdə ibtidai sinif müəllimi kimi fəaliyyətə başladım.Atamı və anamı da həmin dövrlərdə itirməyim mənə məktəbə daha çox bağlanmağıma , şagirdlərlə daha səmimi olmağıma , onlarla gülüb – onlarla ağlamağıma səbəb oldu. Mən uşaqlara bütün sevgimi verdim. Bunun sayəsində də sevgi ilə yetişən , məktəbi , təhsili sevə uşaqlar yetişdirdim.12 il ərzində 3-4 ibtidai sinif həyata hazırlamışam. Müəllim kimi yetişməyimdə kollektivimizin rolu da böyük oldu.Daima dəstək oldular , bilmədiklərimi öyrətdilər.
Müəllimliyi belə sevdiyiniz halda , niye direktor olmaq fikrinə düşdüz ,daha çox pul qazanmaq yoxsa…?
Direktorluğa daha cox pul qazanmaq fikri ilə heç zaman yanaşmamısam , bunu mənim 2 ildir rəhbəri olduğum məktəbin kollektivi də təsdiq edə bilərlər. Direktorluq mənim arzum olub , özümdəki idarəçilik bacarığımı kəşf edəndən sonra əmin olmuşam ki, çox sevimli rəhbər ola bilərəm və ən əsası arzularımı məqsədlərimi həyata keçirib arzuladığım məktəb modelini qura bilərəm. Çox şükür, rəbbimə , arzuma çatmışam.
Müəllimlərin ən çox şikayət elədikləri direktorlar olur, bəs siz direktor olaraq ən çox kimdən şikayət edirsiz?
Mənim direktor olaraq kollektivimdən narazılığım yoxdur. Onlar sanki mənim doğmam ,anam, bacım qardaşımdı lar. Şükür ki , qarşıma gözəl insanlar çıxıb.Əminəm ki , onlar da məndən narazı olmaz.
Bir məktəbi idarə etmək sizə həvalə olunub, necə bir idar etmə fikirləşirsiz?
Düşünürəm ki , idarəçi üçün məktəb divarlar doğma olmalıdır. Mən məktəbimi sevirəm. Rəhbərlik mənə həvalə olunan kimi ilk işim infrastrukturu yaxşılaşdırmaq oldu. Öz hesabıma məktəbi təmir elətdirdim , istilik sistemini işlək vəziyyətə gətirdim , işıq şəbəkə qutusuna qədər yenilətdim.Telefon çəkdirdim, internet çəkdirdim , məktəbi kameralaşdırdım , kitabxananın şkaflarını yenilədim. Çantalarda lazımsız qalan kitabları rəflərə yığdırdım. İndi məktəbə gələnlərin ürəyi açılır. 170 şagirddən kontingentimiz 295-ə çatıb.Məktəbdə bənövşəyi forma tətbiq etmişəm. Məktəb liseyə bənzəyir.Rəhbərlik etdiyim dövrdə 9- cu siniflərin nəticəsi yüksəldi , iki qirmızı attestat alan oldu , Məktəbi bitirən 11 şagirddən 7- si ali məktəbə qəbul olundu. Bu il isə 4 şagirdimiz olimpiadanın növbəti turuna vəsiqə qazanıb.
Yeni məktəbdə hansı yenilikleri aparmaq fikiriniz var, həmçinin kadr islahatları aparma fikriniz var?
Kadr islahatı deyəndə , mən istəyərdim müəllimlər ən yaxşı mənim sinfim olsun prinsipi ilə işə yanaşsınlar. Seçilən işlər görsünlər.
Direktor , müdir , lider bu obrazlardan hansını özünüzdə görürsüz ?
Mən rəhbər , direktor yox, liderəm. Lider olmaq istəyən mənim kimi olmalıdır. Təbii ki zarafat edirəm(gülür). Lider kollektivə dürüst olmlı , hər şeyi aşkarlıq , şəffaflıq , demokratiklik prinsiplərinə uyğun qurmalıdır.
Təhsilmizə hansı təklifləri vermək istəyərdiz?
Təhsilimizə deyəndə məktəb direktorlarına demək istəyirəm ki , hər şey öz əllərindədir. Çalışsınlar məktəbi irəli aparsınlar.
Bəzən deyirlər ki,köçkün məktəbdə tərdris uğurlu aparılmır ,sizcə necə olur?
Mənim məktəbim haqqında heç kim daha elə düşünmür. Çünki hər şey göz qabağındadır.Hətta şəhər məktəblərindən buraya övladlarını gətirmək istəyirlər.
Sizi sevməyən müəllimlərə qarşı münasibətiniz necə olur?
Məni sevməyən müəllim yoxdur.. Çünki onların istəyi mənim üçün birinci plandadır.
İlk gündən demişəm ki , sizlər mənim ailəmsiz. Anamız , bacımız , qardaşımızsız. Təhsil Nazirliyindən bu cür şəffaf müsabiqə keçirdiklərinə görə çox razıyam. Allah bizim prezidentimizi qorusun. Ali baş komandanımızın sayəsində tezliklə vətənimizə qayıdaq. Doğma Kəlbəcərdə möhtəşəm məktəb binasında fəaliyyət göstərmək istəyərdim. Bir də yeni təyin olunan direktorlara demək istəyirəm ki , müəllimlərə dəyər versinlər , özlərini onların yerinə qoysunlar , dəstək olsunlar.
Elşən Ramizoğlu