2023-cü ilin yanvar-aprel aylarında Azərbaycandan təqribən 5,419 milyard dollar dəyərində 6,514 milyard kubmetrə yaxın qaz ixrac olunub, 2022-ci ilin analoji dövründə isə bu göstərici 7,233 milyard kubmetr (4,178 milyard dollar) olub.
RUBİN.AZ bu barədə Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.
Beləliklə, Azərbaycanın təbii qaz ixracından gəliri illik hesablamada 29,7 faiz artıb.
Dövlət Statistika Komitəsindən verilən məlumata görə, hesabat dövründə Azərbaycanın ümumi ixrac həcmində təbii qazın payı ötən ilki 35,34 faizlə müqayisədə 43,06 faiz olub.
Qeyd edək ki, Azərbaycan Avropaya qaz tədarükünü 31 dekabr 2020-ci ildə başladıb. Azərbaycan bu il Avropaya 12 milyard kubmetr qaz ixrac etməyi planlaşdırır.