Bu yaxınlarda bir məqalə oxudum . “ Ucqarda işləyən müəllim “ haqqında idi. Müəllim və məqalə haqqında bir fikrim yoxdu. Hər bir Azərbaycan gəncinin müəllimlik yolunda addımlaması və təhsil uğrunda faydalı işlər görməsi təqdirə layiqdir. Ancaq araşdırmam həqiqətən ucqarda işləyən , qarlı yollarla piyada yol gedən , yol problemi , su problemi , çətin şəraitli ucqar kənd müəllimlərini tanıtmağa yönlənib.
Rubin.az-ın”Tanıdaq” rubrikasının qonağı Şamaxının Sis kəndində çalışan Məmmədov Rahildir.
Özünüzü təqdim edin . Necə oldu ki müəllim olmaq qərarına gəldiz ?
Müəllimliyi mənə sevdirən 5- ci sinifdə ilk dəfə olaraq sinfimizə Azərbaycan dili və Ədəbiyyat müəllimi kimi daxil olan Xoşqədəm müəllimə olub. Xoşqədəm müəllim bizə tək müəllim yox bir dost , sirdaş , böyük məsləhətləri verərək həyatda mövqeyimizi tutmağa , elmlə yanaşı şəxsi keyfiyyətlərimizin də yüksək olmasına çalışırdı. Daha sonra səkkizinci sinifdə yolumun kəsişdiyi tarix müəllimi Elmir müəllim “ məqsəd” adlı yolumu müəyyənləşdirməyə səbəb oldu. O Elmir müəllim ki , mənə həm öz fənnini , həm də müəllimliyi sevdirdi. Elmir müəllim hal – hazırda Şamaxı rayonu Göylər kənd orta məktəbinin direktorudur.
Müəllimlik fəaliyyətiniz necə başlayıb ?
ADPU –nin Quba filialında filologiya fakultəsini bitirdikdən sonra müəllim kimi fəaliyyət göstərmək üçün səbrsizlənirdim.Nəhayət 2017- ci ildə Şamaxının Göylər kəndində müddətli müqavilə ilə işləmək nəsibim oldu. Daha sonra isə MİQ müsabiqəsində yenidən iştirak etdim və Şamaxının Sis kəndində çaışmağa başladım.
Ucqar kənd məktəbində işləməyin hansı müsbət və mənfi cəhətləri var ?
MİQ- də ikinci dəfə iştirak edəndə yaşadığım yerə yaxın kifayət qədər vokant yerlər olsa da özüm sırf Sis kəndini seçdim .Həm bir az fərqli məcaralı günlər istəyirdim , həm də əvvəl işlədiyim Göylər kənd məktəbindən yola çıxaraq orada mənə daha çox ehtiyac olduğunu bilirdim. Çətinliklər var : şagirdlərin dünyagörüşü zəif olur , oxuma meyilləri aşağı olur , xüsusi ilə IX, X , XI siniflərdə təhsilə meyl çox aşağı olur. Sis kəndinə asfalt çəkilsə də nəqliyyat problem olur. Bəzən 9 km məsafəni dərsə piyada gedirəm. Ancaq müsbət tərəfləri də var. Ucqarlarda sevgi də səmimidir , uşaqların saf sevgisini heç nəyə dəyişmərəm .
İşlədiyiniz qısa müddətdə hansı uğurlarınız və ya məyusluğunuz olub ?
İşlədiyim müddətdə ən böyük uğur kimi şagirdimin mənim tədris etdiyim fəndən qəbul imtahanında 25 düzgün cavab yazmasını deyə bilərəm . Hələ ki məyusluğum olmayıb. Allah qismət etməz , inşallah.
Azərbaycan təhsilinin bu günkü vəziyyəti sizi qane edirmi ? Bir gənc müəllimin hansı təklifləri ola bilər və hansı gözləntiləri var ?
Azərbaycan təhsilinin bütün səviyyələri ,kateqoriyaları məni qane edir . Ancaq bəzi dərsliklərdə qüsurlar və çatışmamazlıqlar olduğunu düşünürəm. Bu da zamanla həllini tapacaq.
Bu məktəbdə nə qədər işləməyi düşünürsüz?Gələcək planlarınız.
Sözün düzü bu barədə düşünməmişəm. Ancaq yenidən MİQ də iştirak etsəm və ya yerdəyişmə etsəm yenə ucqarları düşünürəm. Bütün çətinliklərinə baxmayaraq bu daha zövqlüdür və daha fayydalıdır. Çünki müəllim gözləyən çox məsum şagirdlər var. Gələcək planlarıma gəldikdə isə bir arzu olaraq qəbul edin. Gələcəkdə özümün təsisçisi olduğum bir məktəbim olmasını və orada ehtiyacı olanlara təmənnasız dərs verməyi istiyərdim.
Bu günün gənc müəllimlərinə sözünüz
Birinci növbədə şagirdlərə özlərini sevdirsinlər. Daha sonra şagird fənni də sevəcək və oxuyacaq. Çətinliklərdən , şagirdlərin zəifliyindən tükənməsinlər , müxtəlif oyunlaral , əyləncəli şəkildə fənnin tədrisinə fikir versinlər. Bütün uğurların açarı sevgi və elmdir. Elmlə yanaşı şagirdləri vətənpərvər vəcəmiyyətə sağlam düşüncəli gənc kimi yetişdirsinlər.
Rubin.az