Yanvar-aprel ayları üzrə ölkədə 10,2 milyon ton neft (kondensatla birlikdə) hasil edilib.
Energetika Nazirliyindən RUBİN.AZ-a bildirilib ki, neft hasilatının 6,2 milyon tonu “Azəri-Çıraq-Günəşli”nin, 1,5 milyon tonu (kondensat) “Şahdəniz”in payına düşüb. SOCAR üzrə neft (kondensatla birlikdə) hasilatı 2,5 milyon ton təşkil edib.