Çərşənbə axşamı, 24 Noyabr 2026 02:34:40 ☀ Bakı · 25°C
REKLAM YERİBanner üçün sahəReklam yerləşdirmək üçün redaksiya ilə əlaqə saxlayın
24 Noyabr 2026
SON XƏBƏRLƏR
Alyona Əliyeva DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzini ziyarət edib23.11.2026 21:00 Bitərəflik haqqında kitab Türkmənistanın özünəməxsus müasir pasportudur – İsa Həbibbəyli23.11.2026 18:00 Tramp TRIPP layihəsinin icrasına verdiyi töhfəyə görə Prezident İlham Əliyevə təşəkkür edib23.11.2026 15:00 Azərbaycanda ən çox boşanma bu rayonda qeydə alınıb – SİYAHI23.11.2026 12:00 Lökbatanda yol qəzasında iki nəfər ölüb23.11.2026 09:00 Prezident İlham Əliyev ABŞ-nin daxili təhlükəsizlik nazirini qəbul edib (FOTO)22.11.2026 21:00 Bəzi magistral yollarda görünüş məsafəsi məhdudlaşacaq22.11.2026 18:00 Prezident İlham Əliyev Livan Prezidentini Müstəqillik Günü münasibətilə təbrik edib22.11.2026 15:00 Bəzi rayonlarda intensiv yağış, Şahdağda isə qar yağıb – Faktiki hava22.11.2026 12:00 Adil Kərimli Yeni Dehlidə Pakistanın federal naziri ilə görüşüb22.11.2026 09:00 Məleykə Abbaszadə ilə bağlı iddialara aydınlıq gətirildi21.11.2026 21:00 Azərbaycan-Nepal mədəni əməkdaşlığı müzakirə olunub (FOTO)21.11.2026 18:00 Alyona Əliyeva DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzini ziyarət edib23.11.2026 21:00 Bitərəflik haqqında kitab Türkmənistanın özünəməxsus müasir pasportudur – İsa Həbibbəyli23.11.2026 18:00 Tramp TRIPP layihəsinin icrasına verdiyi töhfəyə görə Prezident İlham Əliyevə təşəkkür edib23.11.2026 15:00 Azərbaycanda ən çox boşanma bu rayonda qeydə alınıb – SİYAHI23.11.2026 12:00 Lökbatanda yol qəzasında iki nəfər ölüb23.11.2026 09:00 Prezident İlham Əliyev ABŞ-nin daxili təhlükəsizlik nazirini qəbul edib (FOTO)22.11.2026 21:00 Bəzi magistral yollarda görünüş məsafəsi məhdudlaşacaq22.11.2026 18:00 Prezident İlham Əliyev Livan Prezidentini Müstəqillik Günü münasibətilə təbrik edib22.11.2026 15:00 Bəzi rayonlarda intensiv yağış, Şahdağda isə qar yağıb – Faktiki hava22.11.2026 12:00 Adil Kərimli Yeni Dehlidə Pakistanın federal naziri ilə görüşüb22.11.2026 09:00 Məleykə Abbaszadə ilə bağlı iddialara aydınlıq gətirildi21.11.2026 21:00 Azərbaycan-Nepal mədəni əməkdaşlığı müzakirə olunub (FOTO)21.11.2026 18:00
Mədəniyyət

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi “Uğur-2018” Milli Mükafatına layiq görülüb

18.02.2019 21:14 · 530 baxış · rubinroot
REKLAM YERİBanner üçün sahəReklam yerləşdirmək üçün redaksiya ilə əlaqə saxlayın

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi “Consulting&Business” jurnalı tərəfindən“Əhalinin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində dövlət siyasətinin həyata keçirilməsində əldə olunan nailiyyətlərə görə” nominasiyası üzrə “Uğur-2018” Milli Mükafatına layiq görülüb.Mükafat nazirliyin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsinin müdiri Fazil Talıbova təqdim edilib.

“Rubin.az” xəbər verir ki,tədbirdə bildirilib ki, mükafatın əsas məqsədi uğurlu iş təcrübələri ilə seçilən qurumların, şirkətlərin nailiyyətlərini qiymətləndirmək və cəmiyyətin diqqətinə çatdırmaqdır.Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin “Uğur-2018”Milli Mükafatına layiq görülməsinin əsasında 2018-ci ildə nazirliyin həyata keçirdiyi mühüm sosial müdafiə və aktiv məşğulluq tədbirləri, əhaliyə xidmətllərin müasir iş prinsiplərinə uyğun və şəffaf təşkili üçün aparılan islahatlar dayanır.

F.TalıbovAzərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırıqlarına uyğun olaraq, nazirlik tərəfindən əmək, məşğulluq, sosial müdafiə sahələrində şəffaflıq və sosial ədalət, innovativ yanaşma prinsiplərinin təmin olunmasına yönələn geniş miqyaslı islahatlar proqramı, sosial müdafiə və aktiv məşğulluq tədbirləri barədə məlumat verib. O, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin “Uğur-2018” Milli Mükafatına layiq görülməsinə görə ““Consulting&Business” jurnalının İdarə Heyətinə minnətdarlığını ifadə edib.

Tədbirdə Nazirliyin 2018-ci ildə həyata keçirdiyi islahatlara və əhalinin sosial müdafiəsinin gücləndirilməsi, həssas qrupların rifah halının yaxşılaşdırılması istiqamətində gördüyü işləri əks etdirən videoçarx nümayiş olunub. Qeyd edilib ki,dövlət sosial xidmətləri sahəsində yeni keyfiyyət mərhələsinə keçidi təmin edən mühüm bir layihənin – nazirliyin tabeliyində Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi (DOST Agentliyi) və  “DOST” mərkəzlərinin yaradılmasına başlanması 2018-ci ilin mühüm uğurlarındandır. Prezident cənab İlham Əliyevin 9 avqust 2018-ci il tarixli Fərmanı əsasında və Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü olaraq reallaşdırılan DOST layihəsi dövlət sosial xidmətlərinin innovativ yanaşmalar əsasında modern və çevik, tam şəffaf mexanizmlər üzərində, vahid platformadan “bir pəncərə”dən göstərilməsinə, ölkəmizin bu sahədə yeni brendinin formalaşmasına imkan verəcək.

Ötən il nəzərdə tutulduğundan 3 dəfə çox olmaqla 626 mənzil, ümumilikdə indiyədək 6654 mənzil şəhid ailələri və müharibə əlillərinə təqdim edilib, cari ildə azı 800 mənzil həmin kateqoriyadan olanlara veriləcək. Həmçinin ötən il Qarabağ müharibəsi əlillərinə 265 minik avtomobil, ötən dövrdə 6144 avtomobil  verilib.

Cənab Prezidentin humanist təşəbbüsü ilə şəhid vərəsələrinə 11 min manat birdəfəlik ödəmənin verilməsinə başlanması 2018-ci ilin mühüm sosial önəm kəsb edən tədbirlərindən biri olub. 12268 şəhiddən artıq 3758 şəhid üzrə 5144 vərəsəyə birdəfəlik ödəməverilib və bu proses cari il ərzində başa çatacaq. Dövlət başçısının 30 yanvar 2019-cu il tarixli Fərmanı ilə şəhid ailəsi üçün Prezidentin təqaüdünün aylıq məbləğinin 58 manat artırılaraq 2019-cu il fevralın 1-dən 300 manata çatdırılması da həmin ailələrə yüksək qayğının təzahürü olub.

Prezident cənab İlham Əliyevin müvafiq Sərəncamı ilə icra olunan özünüməşğulluq proqramının əhatə dairəsi ötən il 6,5 dəfə genişləndirilərək 7,3 minə yaxın aztəminatlı ailəni əhatə edib. Onlardan artıq 5800-üaktivlərlə (mal və materiallarla) təmin olunaraq kiçik biznesə çıxış imkanı əldə edib. 2019-cu ildə daha 7-8 min aztəminatlı  ailə bu proqrama cəlb olunacaq.

Dövlət başçısının təşəbbüsü ilə hazırlanaraq cari ilin əvvəlindən icrasına başlanan ”İşsizin DOSTu” proqramı 30 min işsiz və işaxtaran şəxsin əmək müqaviləsi əsasında ödənişli ictimai işlərlə təminatına imkan verib. Onlardan artıq 25 mindən çoxu ictimai-faydalı xarakter daşıyan işlərlə təmin olunub. Prezident cənab İlham Əliyevin tapşırığı ilə nazirlik tərəfindən 2019-cu ilin əvvəlindən pensiya təyinatının avtomatlaşdırılmış infrastrukturu fəaliyyət göstərir.

????????????????????????????????????

 

↑