Bazar, 29 Noyabr 2026 21:16:21 ☀ Bakı · 25°C
REKLAM YERİBanner üçün sahəReklam yerləşdirmək üçün redaksiya ilə əlaqə saxlayın
29 Noyabr 2026
SON XƏBƏRLƏR
Bakıda yol qəzası səbəbindən Heydər Əliyev prospektində sıxlıq yaranıb29.11.2026 21:00 Azərbaycan və Peru arasında konsulluq məsləhətləşmələri keçirilib29.11.2026 18:00 Dövlət Komissiyası itkin düşmüş şəxslərlə bağlı beynəlxalq konfransın yekunlarına həsr olunmuş paylaşım edib29.11.2026 15:00 Ağcabədidə 100 ildən artıq yaşı olan binada yanğın baş verib (FOTO)29.11.2026 12:00 Ermənistan parlamentindəki müxalifət konstitusiya referendumunun keçirilməsini dəstəkləməlidir – Paşinyan29.11.2026 09:00 Bakıda beynəlxalq arbitrajın etik standartlarının müzakirəsinə həsr olunan seminar keçirilib (FOTO)28.11.2026 21:00 Gələn ildən ƏDV hesabındakı vəsaitlər sosial müdafiə fonduna da köçürülə biləcək28.11.2026 18:00 Borclu olduğu adamın velosipedini oğurlayıb sataraq borcunu qaytardı28.11.2026 15:00 Ötən gün 57 cinayətin üstü açılıb28.11.2026 12:00 Lökbatanda yol qəzası: avtomobil piyada səkisinə çıxıb28.11.2026 09:00 Yevlaxda 74 yaşlı kişinin meyiti evində tapıldı27.11.2026 21:00 Neftçalada balıqartırma zavodu özəlləşdirilib27.11.2026 18:00 Bakıda yol qəzası səbəbindən Heydər Əliyev prospektində sıxlıq yaranıb29.11.2026 21:00 Azərbaycan və Peru arasında konsulluq məsləhətləşmələri keçirilib29.11.2026 18:00 Dövlət Komissiyası itkin düşmüş şəxslərlə bağlı beynəlxalq konfransın yekunlarına həsr olunmuş paylaşım edib29.11.2026 15:00 Ağcabədidə 100 ildən artıq yaşı olan binada yanğın baş verib (FOTO)29.11.2026 12:00 Ermənistan parlamentindəki müxalifət konstitusiya referendumunun keçirilməsini dəstəkləməlidir – Paşinyan29.11.2026 09:00 Bakıda beynəlxalq arbitrajın etik standartlarının müzakirəsinə həsr olunan seminar keçirilib (FOTO)28.11.2026 21:00 Gələn ildən ƏDV hesabındakı vəsaitlər sosial müdafiə fonduna da köçürülə biləcək28.11.2026 18:00 Borclu olduğu adamın velosipedini oğurlayıb sataraq borcunu qaytardı28.11.2026 15:00 Ötən gün 57 cinayətin üstü açılıb28.11.2026 12:00 Lökbatanda yol qəzası: avtomobil piyada səkisinə çıxıb28.11.2026 09:00 Yevlaxda 74 yaşlı kişinin meyiti evində tapıldı27.11.2026 21:00 Neftçalada balıqartırma zavodu özəlləşdirilib27.11.2026 18:00
Siyasət

Şəhid ailələri üçün iftar süfrəsi təşkil edilib

07.04.2023 23:31 · 26 baxış · rubinroot
REKLAM YERİBanner üçün sahəReklam yerləşdirmək üçün redaksiya ilə əlaqə saxlayın

Milli Məclis sədrinin müavini, parlamentin Gənclər və idman komitəsinin sədri Adil Əliyev tərəfindən vətənpərvər ilahiyyatçı alim Hacı Şahin Həsənlinin xatirəsinə şəhid ailələri, qazilər və ictimaiyyət nümayəndələri üçün iftar süfrəsi təşkil edilib.

RUBİN.AZ  xəbər verir ki, tədbir Azərbaycanın Dövlət Himninin səsləndirilməsi ilə başlayıb, daha sonra şəhidlərimizin, qardaş Türkiyədə baş vermiş zəlzələ zamanı həlak olanların və Hacı Şahinin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Milli Məclis sədrinin müavini Adil Əliyev tədbiri giriş sözü ilə açaraq, Hacı Şahinin dəyərli ilahiyyatçı alim, dövlətini sevən, ölkəsinə bağlı, vətənpərvər şəxsiyyət olmasından bəhs edib. O, tariximizə qızıl hərflərlə yazılmış və Prezident İlham Əliyevin rəhbərliyi ilə torpaqlarımızın azad olunması üçün aparılmış Vətən müharibəsində Hacı Şahinin mütəmadi olaraq hərbi qulluqçularla görüşdüyünü, onların döyüş əhvali-ruhiyyəsinin yüksəldilməsində yaxından iştirak etdiyini vurğulayıb. Şanlı Zəfərimizdən sonra Şuşa şəhərində ilk bayram namazının məhz Hacı Şahin tərəfindən qılındığını deyən sədr müavini, onun hər zaman şəhid ailələrinin və qazilərimizin yanında olduğunu, dövlətimizin güclənməsi, gənc nəslin tərbiyəsi, onun milli-mənəvi dəyərlərimizə, dövlətimizə və dövlətçilik ənənələrimizə bağlı nəsil kimi yetişməsinə böyük əmək sərf etdiyini diqqətə çatdırıb.

Tədbirdə çıxış edən şəhid ailələrinin üzvləri övladlarının Vətən uğrunda şəhid olmasından qürur duyduqlarını bildiriblər və onların döyüş yolundan bəhs ediblər. Çıxış edənlər Hacı Şahinlə də bağlı xatirələrini bölüşüblər, onun mənəvi dəstəyini xüsusi qeyd ediblər.

↑