Bazar, 29 Noyabr 2026 16:30:12 ☀ Bakı · 25°C
REKLAM YERİBanner üçün sahəReklam yerləşdirmək üçün redaksiya ilə əlaqə saxlayın
29 Noyabr 2026
SON XƏBƏRLƏR
Dövlət Komissiyası itkin düşmüş şəxslərlə bağlı beynəlxalq konfransın yekunlarına həsr olunmuş paylaşım edib29.11.2026 15:00 Ağcabədidə 100 ildən artıq yaşı olan binada yanğın baş verib (FOTO)29.11.2026 12:00 Ermənistan parlamentindəki müxalifət konstitusiya referendumunun keçirilməsini dəstəkləməlidir – Paşinyan29.11.2026 09:00 Bakıda beynəlxalq arbitrajın etik standartlarının müzakirəsinə həsr olunan seminar keçirilib (FOTO)28.11.2026 21:00 Gələn ildən ƏDV hesabındakı vəsaitlər sosial müdafiə fonduna da köçürülə biləcək28.11.2026 18:00 Borclu olduğu adamın velosipedini oğurlayıb sataraq borcunu qaytardı28.11.2026 15:00 Ötən gün 57 cinayətin üstü açılıb28.11.2026 12:00 Lökbatanda yol qəzası: avtomobil piyada səkisinə çıxıb28.11.2026 09:00 Yevlaxda 74 yaşlı kişinin meyiti evində tapıldı27.11.2026 21:00 Neftçalada balıqartırma zavodu özəlləşdirilib27.11.2026 18:00 “Sülh körpüsü”nün üzvləri Ermənistan xarici işlər nazirinin müavini ilə görüşüblər (FOTO/VİDEO)27.11.2026 15:00 ABŞ şirkəti Azərbaycanın Aran zonasında neft-qaz axtaracaq27.11.2026 12:00 Dövlət Komissiyası itkin düşmüş şəxslərlə bağlı beynəlxalq konfransın yekunlarına həsr olunmuş paylaşım edib29.11.2026 15:00 Ağcabədidə 100 ildən artıq yaşı olan binada yanğın baş verib (FOTO)29.11.2026 12:00 Ermənistan parlamentindəki müxalifət konstitusiya referendumunun keçirilməsini dəstəkləməlidir – Paşinyan29.11.2026 09:00 Bakıda beynəlxalq arbitrajın etik standartlarının müzakirəsinə həsr olunan seminar keçirilib (FOTO)28.11.2026 21:00 Gələn ildən ƏDV hesabındakı vəsaitlər sosial müdafiə fonduna da köçürülə biləcək28.11.2026 18:00 Borclu olduğu adamın velosipedini oğurlayıb sataraq borcunu qaytardı28.11.2026 15:00 Ötən gün 57 cinayətin üstü açılıb28.11.2026 12:00 Lökbatanda yol qəzası: avtomobil piyada səkisinə çıxıb28.11.2026 09:00 Yevlaxda 74 yaşlı kişinin meyiti evində tapıldı27.11.2026 21:00 Neftçalada balıqartırma zavodu özəlləşdirilib27.11.2026 18:00 “Sülh körpüsü”nün üzvləri Ermənistan xarici işlər nazirinin müavini ilə görüşüblər (FOTO/VİDEO)27.11.2026 15:00 ABŞ şirkəti Azərbaycanın Aran zonasında neft-qaz axtaracaq27.11.2026 12:00
İqtisadiyyat

Mikayıl Cabbarov italiyalı nazir müavini ilə görüşdü

04.04.2023 14:29 · 44 baxış · rubinroot
REKLAM YERİBanner üçün sahəReklam yerləşdirmək üçün redaksiya ilə əlaqə saxlayın

İtalyan şirkətləri Azərbaycanın biznes mühitində fəal təmsil olunmağa, həmçinin, işğaldan azad olunmuş ərazilərimizdə həyata keçirilən reinteqrasiya və biznes layihələrində iştiraka maraq göstərir.

RUBİN.AZ  İqtisadiyyat Nazirliyinə istinadən xəbər verir ki, bunu nazir Mikayıl Cabbarovla görüşdə İtaliyanın xarici işlər və beynəlxalq əməkdaşlıq nazirinin müavini Edmondo Çirielli deyib.

Görüşdə ölkəmizin investisiya imkanları barədə məlumat verilib, qeyri-neft sektoru sahəsində əməkdaşlığın şaxələndirilməsi, iqtisadi-ticarət əlaqələri, qarşılıqlı sərmayələrin təşviqi barədə müzakirə aparılıb. Eyni zamanda qarşılıqlı faydalı münasibətlərin dinamik inkişafı, yüksək səviyyəli qarşılıqlı səfərlərin, keçirilən tədbirlərin tərəfdaşlığın, habelə, iqtisadi-ticarət əməkdaşlığının genişləndirilməsində rolu vurğulanıb. Qeyd edilib ki, neft-qaz sahəsində uğurla əməkdaşlıq edən Azərbaycan və İtaliyanın qeyri-neft-qaz sektorunda da əlaqələrinin inkişafı üçün böyük potensial var. Bu baxımdan, “yaşıl” və bərpa olunan enerji, aqrar sənaye, metallurgiya, telekommunikasiya, nəqliyyat və s. sahələrdə əməkdaşlığın gücləndirilməsi üçün geniş imkanlar diqqətə çatdırılıb, müxtəlif istiqamətlər üzrə iqtisadi əlaqələrin möhkəmlənməsində özəl sektorun önəmli rolu vurğulanıb.

Tədbirdə Azərbaycanın əlverişli işgüzar mühiti, investorlar üçün yaradılan şərait, ölkəmizin tranzit potensialı barədə məlumat verilib, Ələt azad iqtisadi zonasında həyata keçirilən layihələrdə italyan şirkətlərinin iştirakı imkanları diqqətə çatdırılıb. Bununla yanaşı, “Bakı Gəmiqayırma Zavodu” MMC-nin imkanlarının da İtaliya şirkətləri üçün cəlbedici ola biləcəyi qeyd edilib.

Tərəflər ölkələrimiz arasında iqtisadi-ticarət əlaqələrinin mövcud vəziyyəti, qarşılıqlı sərmayələrin təşviqi və əməkdaşlığın inkişaf perspektivləri barədə müzakirə aparıblar.

↑