Bazar, 29 Noyabr 2026 21:40:21 ☀ Bakı · 25°C
REKLAM YERİBanner üçün sahəReklam yerləşdirmək üçün redaksiya ilə əlaqə saxlayın
29 Noyabr 2026
SON XƏBƏRLƏR
Bakıda yol qəzası səbəbindən Heydər Əliyev prospektində sıxlıq yaranıb29.11.2026 21:00 Azərbaycan və Peru arasında konsulluq məsləhətləşmələri keçirilib29.11.2026 18:00 Dövlət Komissiyası itkin düşmüş şəxslərlə bağlı beynəlxalq konfransın yekunlarına həsr olunmuş paylaşım edib29.11.2026 15:00 Ağcabədidə 100 ildən artıq yaşı olan binada yanğın baş verib (FOTO)29.11.2026 12:00 Ermənistan parlamentindəki müxalifət konstitusiya referendumunun keçirilməsini dəstəkləməlidir – Paşinyan29.11.2026 09:00 Bakıda beynəlxalq arbitrajın etik standartlarının müzakirəsinə həsr olunan seminar keçirilib (FOTO)28.11.2026 21:00 Gələn ildən ƏDV hesabındakı vəsaitlər sosial müdafiə fonduna da köçürülə biləcək28.11.2026 18:00 Borclu olduğu adamın velosipedini oğurlayıb sataraq borcunu qaytardı28.11.2026 15:00 Ötən gün 57 cinayətin üstü açılıb28.11.2026 12:00 Lökbatanda yol qəzası: avtomobil piyada səkisinə çıxıb28.11.2026 09:00 Yevlaxda 74 yaşlı kişinin meyiti evində tapıldı27.11.2026 21:00 Neftçalada balıqartırma zavodu özəlləşdirilib27.11.2026 18:00 Bakıda yol qəzası səbəbindən Heydər Əliyev prospektində sıxlıq yaranıb29.11.2026 21:00 Azərbaycan və Peru arasında konsulluq məsləhətləşmələri keçirilib29.11.2026 18:00 Dövlət Komissiyası itkin düşmüş şəxslərlə bağlı beynəlxalq konfransın yekunlarına həsr olunmuş paylaşım edib29.11.2026 15:00 Ağcabədidə 100 ildən artıq yaşı olan binada yanğın baş verib (FOTO)29.11.2026 12:00 Ermənistan parlamentindəki müxalifət konstitusiya referendumunun keçirilməsini dəstəkləməlidir – Paşinyan29.11.2026 09:00 Bakıda beynəlxalq arbitrajın etik standartlarının müzakirəsinə həsr olunan seminar keçirilib (FOTO)28.11.2026 21:00 Gələn ildən ƏDV hesabındakı vəsaitlər sosial müdafiə fonduna da köçürülə biləcək28.11.2026 18:00 Borclu olduğu adamın velosipedini oğurlayıb sataraq borcunu qaytardı28.11.2026 15:00 Ötən gün 57 cinayətin üstü açılıb28.11.2026 12:00 Lökbatanda yol qəzası: avtomobil piyada səkisinə çıxıb28.11.2026 09:00 Yevlaxda 74 yaşlı kişinin meyiti evində tapıldı27.11.2026 21:00 Neftçalada balıqartırma zavodu özəlləşdirilib27.11.2026 18:00
Gündəm

Prezident mərasimə qatıldı – Yenilənib

04.04.2023 14:16 · 29 baxış · rubinroot
REKLAM YERİBanner üçün sahəReklam yerləşdirmək üçün redaksiya ilə əlaqə saxlayın

Prezident İlham Əliyev aprelin 4-də Bayıl tikinti-quraşdırma sahəsində “Azəri-Mərkəzi-Şərqi” platformasının üst modullarının dənizə rəmzi yola salınması mərasimində iştirak edib.

Bu barədə Prezidentin Mətbuat xidməti məlumat yayıb.

***

Azərbaycan Prezidenti İlham Əliyev aprelin 4-də Bayıl tikinti-quraşdırma sahəsində “Azəri-Mərkəzi-Şərqi” platformasının üst modullarının dənizə rəmzi yola salınması mərasimində iştirak edib.

BP-nin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Qəri Counz və “Azəri-Mərkəzi-Şərqi” layihəsinin Baş direktoru Nil Filips dövlətimizin başçısına layihə üzrə görülən işlər barədə məlumat veriblər.

Bildirildi ki, “Azəri-Mərkəzi-Şərqi” layihəsi üzrə yekun investisiya qərarı 2017-ci ildə “Azəri-Çıraq-Günəşli” (AÇG) üzrə Hasilatın Pay Bölgüsü Sazişinin (HPBS) 2049-cu ilə qədər uzadılmasından sonra AÇG tərəfdaşlarının ilk böyük investisiya qərarıdır. Dəyəri 6 milyard dollar olan layihəyə yeni dəniz platforması və gündəlik 100 min barelədək hasilat gücündə digər qurğular daxildir. Layihənin istismar müddəti ərzində ümumilikdə 300 milyon barelədək neftin hasil olunacağı proqnozlaşdırılır.

Bu layihə çərçivəsində dənizdə suyun dərinliyinin təxminən 140 metr olan sahəsində – “Mərkəzi Azəri” və “Şərqi Azəri” platformalarının arasında 48 şaxtadan ibarət yeni hasilat, qazma və yaşayış platforması quraşdırılacaq. Layihəyə, həmçinin yataqdaxili yeni sualtı boru kəmərləri də daxildir. Bu xətlər platformadan hasil ediləcək neft və qazın Səngəçal terminalına ötürülməsi üçün mövcud AÇG “Faza 2” sualtı ixrac kəmərlərinə qoşulacaq.

Bundan əlavə, laya vurulan suları “Mərkəzi Azəri” kompressor və suvurma platformasından “Azəri-Mərkəzi-Şərqi” qurğularına nəql etmək məqsədilə “Azəri-Mərkəzi-Şərqi” və “Şərqi Azəri” platformaları arasında suvurma boru xətti olacaq.

Məlumat verildi ki, “Azəri-Mərkəzi-Şərqi” platformasının üst modullarına neft və qaz emalı qurğuları, inteqrasiya edilmiş qazma qurğusu, qaz kompressoru və yaşayış blokları daxildir. Modulların layihələndirilmiş çəkisi 19 min 600 tondur.

Üst modullar Bayılda yerləşən tikinti-quraşdırma sahəsində “Azfen” şirkəti tərəfindən yerli infrastruktur və resurslardan istifadə olunmaqla inşa edilib. Hazırda tikinti işlərinin və istismar sınaqlarının son mərhələsi həyata keçirilir və bu sınaqların artıq 95 faizi tamamlanıb.

Üst modulların tikinti işlərinin kulminasiya nöqtəsi Xəzərdə BP-nin ilk dəfə icra etdiyi “qaldırma və sürüşdürmə” əməliyyatı olub. Bu əməliyyat zamanı iki nəhəng qazma modulu təhlükəsiz və səmərəli şəkildə lazımi yüksəkliyə qaldırılaraq relslərlə sürüşdürmə üsulu ilə “Azəri-Mərkəzi-Şərqi” platformasının üst tikililər blokunun üzərinə yerləşdirilib.

Layihənin pik dövründə üst modulların tikintisi işlərinə 4400 nəfərədək işçi cəlb edilib və onların 90 faizindən çoxu Azərbaycan vətəndaşı olub.

Sonra görülən işlərlə bağlı videoçarx nümayiş olundu.

Platforma Səngəçal terminalından, yəni, uzaq məsafədən idarə ediləcək. İdarəetmə mexanizminə avtomatlaşdırılmış innovativ sistem daxil edilib.

Yeni “Azəri-Mərkəzi-Şərqi” platformasının əməliyyatlar üzrə meneceri Fuad İsmayılov: Salam, hörmətli cənab Prezident. Biz hazırda platformanın yaşayış blokunda əməliyyatların idarə olunması mərkəzindəyik. Bu mərkəzin əsas iş prinsipi Səngəçal terminalındakı idarəetmə otağında və platforma arasında rabitə əlaqələri kəsildikdə və fövqəladə vəziyyətdə bütün əməliyyatları buradan təşkil etməkdir.

Cənab Prezident, onu da fəxrlə qeyd etmək istəyirəm ki, bu, BP şirkətinin dünyada ilk dəfə olaraq tətbiq etdiyi uzaq məsafədən idarəedilən platformasıdır. Hazırda bizim əməkdaşımız Səngəçal terminalındakı əsas idarəetmə otağından Sizi salamlayacaq.

Baş operator Seyidağa Kərimli: Salam, hörmətli cənab Prezident. Mən Səngəçal terminalındakı yeni “Azəri-Mərkəzi-Şərqi” platformasının əsas idarəetmə otağının baş operatoruyam. Hazırda buradan bütün əməliyyatlarımızın idarə olunduğu nəzarət otağındayam. Burada tətbiq olunan texnologiya ən müasir, sınaqdan keçmiş və beynəlxalq standartlara uyğundur.

Cənab Prezident, BP şirkətinin dünyada ilk dəfə olaraq tətbiq etdiyi uzaq məsafədən idarə prinsipi çərçivəsində əsas idarəetmə otağımız dəniz platformasından, ümumiyyətlə, qaz quyularının istismarı, alınmış xam neft və qazın ilkin ayrılması və nəqli prosesləri daxil olmaqla, bütün əməliyyatların idarə edilməsi üçün layihələndirilmişdir. Diqqətinizə görə minnətdaram.

Prezident İlham Əliyev: Təbrik edirəm. Sizə uğurlar.

Əməkdaşlar: Çox sağ olun. Təşəkkür edirik.

Prezident İlham Əliyev və BP-nin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Qəri Counz “Azəri-Mərkəzi-Şərqi” platformasının üst modulları qurğusunun dənizə rəmzi yola salınmasını bildirən düyməni basdılar.

Bildirildi ki, tikinti işlərinin və istismar sınaqlarının 2023-cü ilin ikinci rübündə tamamlanacağı gözlənilir. Həmin vaxt qurğu STB-1 daşıma barjına yüklənəcək, dənizə göndəriləcək və AÇG yatağı sahəsindəki dayaq blokunun üzərinə quraşdırılacaq. Tikinti işlərinin və istismar sınaqlarının dənizdə həyata keçirilən hissəsi tamamlandıqdan sonra “Azəri-Mərkəzi-Şərqi” platformasından ilk neftin 2024-cü ilin əvvəllərində əldə olunması üçün birinci quyunun qazılmasına başlanacaq.

Xatırladaq ki, “Azəri-Mərkəzi-Şərqi” platformasının dayaq bloku ötən il dekabrın 13-də Prezident İlham Əliyevin iştirakı ilə dənizə yola salınıb.

Bütün istismar sınaqları bitdikdən sonra dayaq bloku dənizə yola salınıb və suyun 137 metr dərinliyində öz daimi yerinə quraşdırılaraq üst modulları qəbul etməyə artıq hazırdır.

Qeyd edək ki, “Azəri-Mərkəzi-Şərqi” layihəsi üzrə tikinti işləri 2019-cu ildə başlanıb və iş həcminin 85 faizi artıq tamamlanıb. Layihənin pik dövründə tikinti işlərinə 8500 nəfərdən çox işçi cəlb edilib.

↑