Bazar, 29 Noyabr 2026 21:56:20 ☀ Bakı · 25°C
REKLAM YERİBanner üçün sahəReklam yerləşdirmək üçün redaksiya ilə əlaqə saxlayın
29 Noyabr 2026
SON XƏBƏRLƏR
Bakıda yol qəzası səbəbindən Heydər Əliyev prospektində sıxlıq yaranıb29.11.2026 21:00 Azərbaycan və Peru arasında konsulluq məsləhətləşmələri keçirilib29.11.2026 18:00 Dövlət Komissiyası itkin düşmüş şəxslərlə bağlı beynəlxalq konfransın yekunlarına həsr olunmuş paylaşım edib29.11.2026 15:00 Ağcabədidə 100 ildən artıq yaşı olan binada yanğın baş verib (FOTO)29.11.2026 12:00 Ermənistan parlamentindəki müxalifət konstitusiya referendumunun keçirilməsini dəstəkləməlidir – Paşinyan29.11.2026 09:00 Bakıda beynəlxalq arbitrajın etik standartlarının müzakirəsinə həsr olunan seminar keçirilib (FOTO)28.11.2026 21:00 Gələn ildən ƏDV hesabındakı vəsaitlər sosial müdafiə fonduna da köçürülə biləcək28.11.2026 18:00 Borclu olduğu adamın velosipedini oğurlayıb sataraq borcunu qaytardı28.11.2026 15:00 Ötən gün 57 cinayətin üstü açılıb28.11.2026 12:00 Lökbatanda yol qəzası: avtomobil piyada səkisinə çıxıb28.11.2026 09:00 Yevlaxda 74 yaşlı kişinin meyiti evində tapıldı27.11.2026 21:00 Neftçalada balıqartırma zavodu özəlləşdirilib27.11.2026 18:00 Bakıda yol qəzası səbəbindən Heydər Əliyev prospektində sıxlıq yaranıb29.11.2026 21:00 Azərbaycan və Peru arasında konsulluq məsləhətləşmələri keçirilib29.11.2026 18:00 Dövlət Komissiyası itkin düşmüş şəxslərlə bağlı beynəlxalq konfransın yekunlarına həsr olunmuş paylaşım edib29.11.2026 15:00 Ağcabədidə 100 ildən artıq yaşı olan binada yanğın baş verib (FOTO)29.11.2026 12:00 Ermənistan parlamentindəki müxalifət konstitusiya referendumunun keçirilməsini dəstəkləməlidir – Paşinyan29.11.2026 09:00 Bakıda beynəlxalq arbitrajın etik standartlarının müzakirəsinə həsr olunan seminar keçirilib (FOTO)28.11.2026 21:00 Gələn ildən ƏDV hesabındakı vəsaitlər sosial müdafiə fonduna da köçürülə biləcək28.11.2026 18:00 Borclu olduğu adamın velosipedini oğurlayıb sataraq borcunu qaytardı28.11.2026 15:00 Ötən gün 57 cinayətin üstü açılıb28.11.2026 12:00 Lökbatanda yol qəzası: avtomobil piyada səkisinə çıxıb28.11.2026 09:00 Yevlaxda 74 yaşlı kişinin meyiti evində tapıldı27.11.2026 21:00 Neftçalada balıqartırma zavodu özəlləşdirilib27.11.2026 18:00
Gündəm

Xarici media nümayəndələri Xankəndi-Laçın yolunun humanitar məqsədlər üçün açıq olduğuna şahidlik ediblər

02.04.2023 14:52 · 26 baxış · rubinroot
REKLAM YERİBanner üçün sahəReklam yerləşdirmək üçün redaksiya ilə əlaqə saxlayın

Şuşada səfərdə olan media nümayəndələri – britaniyalı müxbir Eror Alexsandar və serbiyalı fotoqraf Knezevic Nemanja Azərbaycanın Qarabağ iqtisadi rayonunda faydalı qazıntı yataqlarının qanunsuz istismarına qarşı Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası ilə tanış olarkən yolun humanitar məqsədlər üçün açıq olduğuna şahidlik ediblər.

Bu barədə “Report”un aksiyanı işıqlandıran əməkdaşı xəbər verir.

Əcnəbi media nümayəndələri söhbət əsnasında etiraz aksiyası barədə məlumatlandırılıblar. Onlara aksiyanın məqsədi və etirazçıların tələbləri haqda informasiya verilib.

Qeyd edilib ki, aksiyanın keçirilməsində məqsəd ekoloji cinayətlərə son qoyulmasıdır.

Bildirilib ki, yol humanitar məqsədlər üçün tam açıqdır və heç bir blokadadan söhbət gedə bilməz.

Həmçinin xarici media nümayəndələrinə aksiyanın dinc şəkildə keçirildiyi barədə məlumat verilib.

Bununla yanaşı, əcnəbi jurnalistlər Azərbaycanın işğaldan azad olunan ərazilərində, xüsusən də Şuşada aparılan bərpa və yenidənqurma işləri barədə məlumatlandırılıb.

Həmçinin xarici jurnalistlər Azərbaycanın mədəniyyət paytaxtında mövcud olan tarixi yerləri ziyarət ediblər. Onlar işğal dövründə şəhər ərazisində ermənilər tərəfindən törədilən vandalizm nümunələri ilə əyani şəkildə tanış olublar.

Qeyd edək ki, xarici media nümayəndələri bu gün Füzuli rayonunun işğaldan azad olunmuş ərazilərinə də səfər edəcəklər.

↑