2023-cü ilin fevralında Azərbaycana idxal edilən buğdanın bir tonunun qiyməti 543 manata düşüb.
Yanvardakı qiymətlə (541 manat) müqayisədə fevralda qiymət bir qədər artıb. Lakin əvvəlki aylara nisbətən buğdanın dəyəri daha əlverişli olub.
Belə ki, fevralda qeydə alınan qiymət dekabrdakı (550 manat), noyabrdakı (571 manat) və oktyabrdakı (569,15 manat) qiymətlərdən daha aşağıdır.
Son aylarda buğdanın qiyməti ən yüksək səviyyəyə ötən ilin avqustunda çatmışdı. Avqustda qiymət 628,78 manat idi.
Müqayisə göstərir ki, buğdanın idxal qiyməti avqusta nisbətən 86 manat azalıb.
Azərbaycan buğdanı əsasən un istehsalı üçün idxal edir. 2022-ci il ərzində xaricdən 1,293 milyon ton buğda alınıb. Bu qədər buğdanın alışına 436,5 milyon dollar və ya bir ton buğdaya 337,6 dollar (574 manat) xərclənib.//Sfera.az