Martın 5-də səhər saatlarında qeyri-qanuni erməni birləşmələrinin törətdikləri təxribat nəticəsində şəhid olan Azərbaycan Ordusunun hərbi qulluqçusu Şəhriyar Əlibəyli ilə vida mərasimi keçirilir.
“Qafqazinfo” xəbər verir ki, mərasimdə şəhidin yaxınları, ictimaiyyət nümayəndələri və s. şəxslər iştirak edirlər.
Ş. Əlibəyli İkinci Şəhidlər xiyabanında torpağa tapşırılıb.
Qeyd edək ki, şəhid Ş. Əlibəyli subay olub, ailənin yeganə övladı idi. O, 1994-cü ildə Qəbələ rayonu Vəndam qəsəbəsində doğulub.
Xatırladaq ki, martın 5-də səhər saatlarında qeyri-qanuni erməni birləşmələrinin törətdikləri təxribat nəticəsində Azərbaycan Ordusunun hərbi qulluqçuları Əlibəyli Şəhriyar Ramiz oğlu və Hüseynov Eşqin Cəmil oğlu şəhid olublar.