Rusiya Silahlı Qüvvələri tərəfindən Ukrayna ərazisi bu gecə ərzində pilotsuz uçuş aparatı (PUA) hücumuna məruz qalıb, onların 11-i səmada məhv edilib.
Bu barədə Ukrayna Silahlı Qüvvələrinin Hərbi Hava Qüvvələri məlumat yayıb. Qeyd olunub ki, söhbət İran istehsalı olan “Shaheed” PUA-larından gedir və hava hücumundan müdafiə (HHM) qüvvələrinin məsuliyyət zonasında olan 14 PUA-dan 11-i zərərsizləşdirib.
Moderator.az