Xocalı soyqırımının qurbanlarını və şəhidlərimizin əziz xatirəsini dərin hörmət və ehtiramla anırıq. Xocalı qətliamı XX əsrin ən dəhşətli soyqırım hadisələrindən biri kimi tarixin yaddaşında qalacaqdır.
Rubin.az xəbər verir ki, bu fikirləri Millət Vəkili Adil Əliyev bildirib.
“Həmvətənlilərimizin sırf azərbaycanlı olduqlarına görə qəddarcasına öldürülməsi, işgəncə verilməklə yurd-yuvalarından didərgin salınması, ümumilikdə Azərbaycan xalqının qəlbində qorxu yaratmağa və iradəsini sındırmağa hesablanmış ağır terror aktı idi. Lakin, Ermənistanın keçmiş siyasi və hərbi rəhbərliyinin bu mənfur planı da növbəti dəfə iflasa uğradı. Azərbaycan xalqı Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin ətrafında “Dəmir Yumruq” kimi birləşərək, cəmi 44 gün ərzində tarixi torpaqlarımızı düşmən işğalından azad etdi. Şəhidlərimizin qisasını düşməndən döyüş meydanında alaraq, bizə Qələbə bəxş etdi. Allah şəhidlərimizə rəhmət eləsin, qazilərimizə şəfa versin”-deyə millət vəkili əlavə edib.