Bazar, 29 Noyabr 2026 23:32:31 ☀ Bakı · 25°C
REKLAM YERİBanner üçün sahəReklam yerləşdirmək üçün redaksiya ilə əlaqə saxlayın
29 Noyabr 2026
SON XƏBƏRLƏR
Bakıda yol qəzası səbəbindən Heydər Əliyev prospektində sıxlıq yaranıb29.11.2026 21:00 Azərbaycan və Peru arasında konsulluq məsləhətləşmələri keçirilib29.11.2026 18:00 Dövlət Komissiyası itkin düşmüş şəxslərlə bağlı beynəlxalq konfransın yekunlarına həsr olunmuş paylaşım edib29.11.2026 15:00 Ağcabədidə 100 ildən artıq yaşı olan binada yanğın baş verib (FOTO)29.11.2026 12:00 Ermənistan parlamentindəki müxalifət konstitusiya referendumunun keçirilməsini dəstəkləməlidir – Paşinyan29.11.2026 09:00 Bakıda beynəlxalq arbitrajın etik standartlarının müzakirəsinə həsr olunan seminar keçirilib (FOTO)28.11.2026 21:00 Gələn ildən ƏDV hesabındakı vəsaitlər sosial müdafiə fonduna da köçürülə biləcək28.11.2026 18:00 Borclu olduğu adamın velosipedini oğurlayıb sataraq borcunu qaytardı28.11.2026 15:00 Ötən gün 57 cinayətin üstü açılıb28.11.2026 12:00 Lökbatanda yol qəzası: avtomobil piyada səkisinə çıxıb28.11.2026 09:00 Yevlaxda 74 yaşlı kişinin meyiti evində tapıldı27.11.2026 21:00 Neftçalada balıqartırma zavodu özəlləşdirilib27.11.2026 18:00 Bakıda yol qəzası səbəbindən Heydər Əliyev prospektində sıxlıq yaranıb29.11.2026 21:00 Azərbaycan və Peru arasında konsulluq məsləhətləşmələri keçirilib29.11.2026 18:00 Dövlət Komissiyası itkin düşmüş şəxslərlə bağlı beynəlxalq konfransın yekunlarına həsr olunmuş paylaşım edib29.11.2026 15:00 Ağcabədidə 100 ildən artıq yaşı olan binada yanğın baş verib (FOTO)29.11.2026 12:00 Ermənistan parlamentindəki müxalifət konstitusiya referendumunun keçirilməsini dəstəkləməlidir – Paşinyan29.11.2026 09:00 Bakıda beynəlxalq arbitrajın etik standartlarının müzakirəsinə həsr olunan seminar keçirilib (FOTO)28.11.2026 21:00 Gələn ildən ƏDV hesabındakı vəsaitlər sosial müdafiə fonduna da köçürülə biləcək28.11.2026 18:00 Borclu olduğu adamın velosipedini oğurlayıb sataraq borcunu qaytardı28.11.2026 15:00 Ötən gün 57 cinayətin üstü açılıb28.11.2026 12:00 Lökbatanda yol qəzası: avtomobil piyada səkisinə çıxıb28.11.2026 09:00 Yevlaxda 74 yaşlı kişinin meyiti evində tapıldı27.11.2026 21:00 Neftçalada balıqartırma zavodu özəlləşdirilib27.11.2026 18:00
Siyasət

Sahibə Qafarova TÜRKPA-nın Baş katibini qəbul edib

23.02.2023 15:36 · 36 baxış · rubinroot
REKLAM YERİBanner üçün sahəReklam yerləşdirmək üçün redaksiya ilə əlaqə saxlayın

Milli Məclisin sədri Sahibə Qafarova fevralın 23-də TÜRKPA-nın Baş katibi Süreyya Eri qəbul edib.

 

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən Modern.az-a verilən xəbərə görə, spiker bildirib ki, Azərbaycan Milli Məclisi TÜRKPA yarandığı dövrdən bu təşkilatla əməkdaşlığa önəm verib və təşkilatın fəaliyyətinə diqqət və qayğı göstərib. Onun sözlərinə görə, TÜRKPA-nın fəaliyyəti dövlətlərimiz və xalqlarımız arasında mövcud olan dostluq və qardaşlıq münasibətlərinin daha da genişləndirilməsinə xidmət edir. Qeyd olunub ki, Milli Məclis TÜRKPA-ya üzv olan ölkələrin qanunverici orqanları ilə geniş əməkdaşlıq əlaqələrinə malikdir və ötən dövr ərzində təşkilata üzv parlamentlər arasında əməkdaşlıq daha da inkişaf edib.

Milli Məclisin sədri Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin fəaliyyəti barədə danışaraq, deyib ki, Prezident İlham Əliyevin Qoşulmama Hərəkatının Sədri kimi mühüm təşəbbüsləri beynəlxalq birlik tərəfindən dəstəklənir. Dövlətimizin başçısının təşəbbüsü ilə yaradılan Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinə də beynəlxalq maraq getdikcə daha da artır. Spiker TÜRKPA-nın həm təsis, həm də birinci konfransda təmsil olunmasını yüksək qiymətləndirib.

Spiker Sahibə Qafarova diqqətə çatdırıb ki, Parlament Şəbəkəsi beynəlxalq parlament təşkilatları ilə də əməkdaşlığı genişləndirir. Hazırda Qoşulmama Hərəkatı Parlament Şəbəkəsi 3 beynəlxalq parlament təşkilatında müşahidəçi statusu alıb. Bunlar Asiya Parlament Assambleyası, İslam Əməkdaşlıq Təşkilatı Parlament İttifaqı və Ərəb Parlamentidir.

Göstərilən yüksək diqqətə və təşkilata verilən dəstəyə görə Milli Məclisin sədrinə minnətdarlığını bildirən TÜRKPA-nın Baş katibi Süreyya Er Katibliyin fəaliyyəti haqqında geniş məlumat verib. O, həmçinin, TÜRKPA-nın Qoşulmama Hərəkatı Parlament Şəbəkəsi ilə əməkdaşlığa da böyük əhəmiyyət verdiyini diqqətə çatdırıb.

Görüşün sonunda Qoşulmama Hərəkatı Parlament Şəbəkəsi ilə TÜRKPA arasında əməkdaşlığa dair anlaşma memorandumu imzalanıb. Sənədi Milli Məclisin və Parlament Şəbəkəsinin sədri Sahibə Qafarova və TÜRKPA-nın Baş katibi Süreyya Er imzalayıblar.

↑