Millət vəkili Adil Əliyev “İstedadlı Əlillər” İctimai Birliyi tərəfindən Azərbaycan Mədəniyyət və İncəsənət Universitetində təşkil edilmiş, tariximizin ən dəhşətli və faciəli səhifələrdən biri kimi daxil olan Xocalı soyqırımına həsr olunmuş tədbirdə və sərgidə iştirak edib.
“XX əsrin faciəsi olan Xocalı soyqırımı aqressiv və cinayətkar erməni siyasətinin nəticəsidir. Bu faciə təkcə Azərbaycan xalqına deyil, bütün insanlığa, bəşəriyyətə qarşı yönəlmiş ən ağır cinayətlərdən biridir. Ümummilli lideri Heydər Əliyev Xocalı soyqırmının on illiyiyi münasibətilə Azərbaycan xalqına müraciətinə qeyd etmişdir: “Bu amansız və qəddar soyqırım aktı insanlıq tarixinə ən qorxulu kütləvi terror aktlarından biri kimi daxil oldu”.Xocalı və bütün şəhidlərimizin qisasını qüdrətli Azərbaycan Ordusu aldı və bizə tarixi qələbə bəxş etdi. Bu gün şəhidlərimizin ruhu artıq sakitdir, çünki tarixi torpaqlarımız azaddır, üçrəngli şanlı bayraq Vətən göylərində dalğalanır.Bu gün dövlətimiz üçün iki əsas prioritet istiqamət var, bunlardan biri Prezident İlham Əliyevin rəhbərliyi ilə Qarabağda aparılan genişmiqyaslı quruculuq işləri, digəri isə əhalinin sosial rifahının daha da yaxşılaşdırılması. Xüsusilə də, sosial həssas təbəqəyə aid olan şəxslərin qayğıları hər zaman Prezident İlham Əliyevin və Birinci xanım Mehriban Əliyevanın nəzarətindədir.Əlilliyi olan insanların hüquqlarının müdafiəsi, təhsil və iş məsələləri, cəmiyyətə inteqrasiyası, adaptasiyası hər zaman dövlətimiz üçün prioritet istiqamət olaraq müəyyən edilmişdir. Əlilliyi olan şəxslərin inkluziv cəmiyyətdə bərabər iştirakı zəruridir, heç bir halda diskriminasiyaya, ayrı-seçkiliyə yol verilmir, bu məqsədlə də dövlət bu istiqamətdə bütün imkanlarını səfərbər edir”-deyə millət vəkili qeyd edib.Tədbirin sonunda millət vəkili əlilliyi olan şəxslər tərəfindən Xocalı soyqırımına həsr edilmiş sənət əsərləri ilə tanış olub.RUBİN.AZ